Azərbaycanda ilk dəfə: İdeal Fan Card

Facebook səhifəmiz artan templə inkişaf edirdi. Hətta deyərdim ki, facebookda ən çox şərh yazılan, paylaşım edilən, haqqında danışılan səhifə idik. Fanlarımızı nə ilə daha da təəccübləndirək deyə düşünürdüm ki, bir an öncə mağazadan alış-veriş edənlərə necə endirim kartı verirdiksə, o cür də səhifəmizə üzv olanlara fan kart verək dedim. Tez müddətdə mexanizmi hazırlandı. Deməli, fan kart yalnız idealın facebook səhifəsinin fanı olanlara pulsuz veriləcəkdi. Kartın digər kartlardan əsas özəlliyi o olacaqdı ki, bizim facebookda keçirdiyimiz aksiyalarda yalnız bu kartı olanlar iştirak edə biləcəkdi, bundan da əlavə bu kart daşıyıcılarına digər kartlarımıza belə etmədiyimiz kampaniyalar edəcəkdik. Məsələn, deyək ki, 25 oktyabrda yalnız fan kartı olan müştərilərə 1+1 kampaniyası elan edirik. İştirakçılar da ancaq fan kartı olan müştərilər ola bilər. 2011-ci ilin iyun ayında ilk belə kartlarımızı buraxdıq. Artıq 5000-dən çox mağazamıza gəlib bu kartı alan fanlarımız var ki, onlar idealdan reklam xarakterli məlumat almaqdan heç yorulmurlar :))). Bu tip kart Azərbaycanda ilk dəfə idi və hələ heç bir şirkət öz fanlarını bu cür fərqləndirməmişdi. Maraqlı bir yenilik olduğunu düşünürəm.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (II hissə)

Ötən yazımızın birinci hissəsində biz çağrı/zəng mərkəzləri haqqında fikirlərimizi paylaşmışdıq. Amma bir yazıya sığışdırmaq mümkün olmadığına görə bu yazıda mövzunun davamını Sizlərlə bölüşürəm. Şirkətə gələn bütün zənglər təhlil edilməlidir Adətən

Marketinq 0 Comments

Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (I hissə)

Bu yaxınlarda 2-3 məsələ ilə bağlı müştəri xidmətləri ilə əlaqədə oldum. Öz yaşadığım 3 hadisədən sonra zəng/çağrı mərkəzləri (call-center) haqqında bloq yazmaq qərarına gəldim. Bugün Sizinlə call-center sistemləri, onların iş

Parfum və kosmetika sektorunda ilk endirim sistemi

2009-cu ilin aprelində İdealda işə start vermişdim. Və elə o vaxtdan beynimi ən çox məşğul edən hər yerdə olduğu kimi bizdə də endirim sisteminin olması idi. Bunun üçün bir çox

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın