Doktor Ziya ilə “Meqapolis” verilişində müzakirə (səs yazısı)

Doktor Ziya ilə “Meqapolis” verilişində müzakirə (səs yazısı)

Əziz dostlar, dünən dostumuz Doktor Ziyanın Antenn Fm-dəki “Meqapolis” verilişində qonaq oldum. Bu arada bilməyənlər üçün xatırladım ki, Doktor Ziya (soyadını bilmirəm 🙂 ) bu ilki Milli Marketinq Forumu 2016-nın Şəxsi Brendinq Panelində spiker olacaq. Düşünürəm ki, uzun illər maraqlı layihələrlə yadda qalan Doktor Ziyanın şəxsi brendinq təcrübəsi hamımız üçün maraqlı olacaq. Xüsusən də Azərbaycanda radio aparıcılar həm də marketoloq olmaq, ən az marketoloq kimi düşünmək məcburiyyətindədirlər. Bunu yaxşı bacaran aparıcılardan biri kimi maraqlı bir çıxış olacağını gözləyirik. Bu belə.

Dünənki verilişin mövzusu isə Azərbaycanda reklam bazarının hazırkı vəziyyəti idi. Mövzuya da Ziya bəy maraqlı giriş vermişdi – bir neçə il öncə də deyirdilər ki, reklam bazarı can verir, indi də. Niyə? 🙂 Həqiqətən də maraqlı yanaşmadır. Digər qonaq isə internet reklamı ilə məşğul olan agentliklərdən biri olan Universal reklamdan Elxan Mahmudov idi.  Verilişə tıxaclar səbəbindən geciksəm də, heç nəyi qaçırmamaq üçün yoldaca qulaq asmağa başladım. Çox sağ olsunlar ki, gözlədilər 🙂 Səs yazısında da gecikdiyim üçün çıxışım 15-ci dəqiqədən başlayır.

Veriliş boyu çox səmimi müzakirə getdiyini deyə bilərəm. Aşağıda Sizə çox danışmadan verilişin səs yazısını təqdim edəcəm. Rahat-rahat boş zamanınızda qulaq asa bilərsiniz. Qısa olaraq onu deyim ki, verilişdə biz çoxlarının danışmağa risk etmədiyi mövzulara da toxunmağa çalışdıq.

P.S. İşdən çıxıb tıxacda evə gedə-gedə qulaq assanız, zamanınıza da qənaət etmiş olarsınız. 🙂 Xoş dinləmələr.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 504 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Antenn Fm-də Doktor Ziyanın Meqapolis verilişində qonaq oldum. Verilişin audio yazsını bloqumda dinləyə bilərsiniz.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Yığışın, gəlin bizə

07 yanvar 2017 – marketerlərin ənənəvi yeni il görüşü olacaq Marketinq Azərbaycan qrupu yaranandan ilboyu fərqli aktivliklər, görüşlər edirik. Xatırladım ki, qrup 2012-ci ilin avqustunda yaranıb və bugünə 11300-dən çox

Tədbirlər 0 Comments

Marketerlərin iftar görüşü – “Marketinq Ramazannaməsi” niyə vacibdir?

Yaxın dostlar bilir ki, biz bununla artıq 4-cü ildir ki, davamlı olaraq marketoloqlar, reklamçılar və bu sahə ilə əlaqəli olanlar yığışırıq. Facemark.az-ın fb səhifəsində əvvəlki görüşlərin şəkillərini görə bilərsiniz.  Bu

Tədbirlər 0 Comments

BOMBA qalibləri və nominantlarının təhlili

İlk dəfə keçirilən “Bomba” sosial media mükafatı barəsində daha öncə yazmışdım. Bir daha qeyd edim ki, Azərbaycanda biznes, marketinq, sosial media üzrə çox faydalı, lazımlı layihələrdən biridir. Ümidvaram ki, belə mükafatlandırma

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın