Doktor Ziya ilə “Meqapolis” verilişində müzakirə (səs yazısı)
Əziz dostlar, dünən dostumuz Doktor Ziyanın Antenn Fm-dəki “Meqapolis” verilişində qonaq oldum. Bu arada bilməyənlər üçün xatırladım ki, Doktor Ziya (soyadını bilmirəm 🙂 ) bu ilki Milli Marketinq Forumu 2016-nın Şəxsi Brendinq Panelində spiker olacaq. Düşünürəm ki, uzun illər maraqlı layihələrlə yadda qalan Doktor Ziyanın şəxsi brendinq təcrübəsi hamımız üçün maraqlı olacaq. Xüsusən də Azərbaycanda radio aparıcılar həm də marketoloq olmaq, ən az marketoloq kimi düşünmək məcburiyyətindədirlər. Bunu yaxşı bacaran aparıcılardan biri kimi maraqlı bir çıxış olacağını gözləyirik. Bu belə.
Dünənki verilişin mövzusu isə Azərbaycanda reklam bazarının hazırkı vəziyyəti idi. Mövzuya da Ziya bəy maraqlı giriş vermişdi – bir neçə il öncə də deyirdilər ki, reklam bazarı can verir, indi də. Niyə? 🙂 Həqiqətən də maraqlı yanaşmadır. Digər qonaq isə internet reklamı ilə məşğul olan agentliklərdən biri olan Universal reklamdan Elxan Mahmudov idi. Verilişə tıxaclar səbəbindən geciksəm də, heç nəyi qaçırmamaq üçün yoldaca qulaq asmağa başladım. Çox sağ olsunlar ki, gözlədilər 🙂 Səs yazısında da gecikdiyim üçün çıxışım 15-ci dəqiqədən başlayır.
Veriliş boyu çox səmimi müzakirə getdiyini deyə bilərəm. Aşağıda Sizə çox danışmadan verilişin səs yazısını təqdim edəcəm. Rahat-rahat boş zamanınızda qulaq asa bilərsiniz. Qısa olaraq onu deyim ki, verilişdə biz çoxlarının danışmağa risk etmədiyi mövzulara da toxunmağa çalışdıq.
P.S. İşdən çıxıb tıxacda evə gedə-gedə qulaq assanız, zamanınıza da qənaət etmiş olarsınız. 🙂 Xoş dinləmələr.
Yazar haqqında
Editor review
Summary
Antenn Fm-də Doktor Ziyanın Meqapolis verilişində qonaq oldum. Verilişin audio yazsını bloqumda dinləyə bilərsiniz.
Həmçinin oxuya bilərsiniz
MMF2017-də FMCG və Dağıtım panelini niyə izləməlisiniz
Dostlar, artıq MMF2017-yə 3 gün qalır. Komanda olaraq sürətlə foruma hazırlaşırıq. Təşkilati işlərin ağırlığı öz yerində, amma foruma həm də moderator kimi hazırlaşmaq çox çətindir, gərgin zəhmət tələb edir. Foruma
Krizis Parti – 2016-cı ilin ilk 30 manatlıq revalvasiyası
2015-ci il yaddaşımızda bir xeyli maraqlı hadisələrlə qaldı. Bunların içərisində iqtisadi baxımdan biz marketoloqlar üçün də çox vacib yeri devalvasiya tutdu. Belə ki, azərbaycan manatı 2 dəfə devalvasiya uğradı. Biz
Marketing AİR 12 başladı
Bəli, 12. Artınq neçənci dəfədir Marketing AİR haqqında yazdığımı unutmuşam. İlk dəfəsi yəqin ki, 6 il öncə, 2012 oktyabr ayında olub. Ən romantiki isə budur – 3 qaranın sirri 🙂

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun