FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı

FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı

FIF2017-də II panel də öz rəngarəng çıxışları ilə yadda qaldı. Xüsusilə KPMG Azərbaycanın İdarəedici Partnyoru Vüqar bəyin moderatorluq xüsusiyyətləri çox yüksək səviyyədə idi. Vüqar bəy özü çox məşğul insandır, eyni zamanda ölkədə az-az olur, amma buna baxmayaraq bir neçə səfərini təxirə salıb tədbirimizdə iştirak etdi. Fürsətdən istifadə edib Vüqar bəyə bir daha təşəkkür edirəm.

PMD Group-dan Fərid Musayevi isə hələ Modern Holdinqdə olarkən tanıyırdım, daha doğrsu eşitmişdim. Onu tanıyan hər kəs şəxsi və intellektual bacarıqlarının çox yüksək olmasını bildirirdi. Bizim forumda da çox faydalı çıxışı ilə yadda qaldı. Azərbaycanda Private Equity & Venture Capital Ekosistemi haqqında danışdı. Fuad Kərimov Kapital Bazarı Klubu, İnvestAz-dan Orxan Bağırov Borc Alətləri Bazarı, Azersun Holdinqdən Uğur bəy Sığorta şirkətlərinin Azərbaycanın Maliyyə Bazarındakı Rolu mövzusunda çıxış etdilər.

Bu videolara baxdıqca yeni-yeni maliyyə sektoruna daxil olan menecerlərə müsbət mənada paxıllığım tutur. Biz universitetdə oxuyanda ancaq xarici youtube linklərindən olan və bizim bazara o qədər də aid olmayan məlumatlarla tanış olurduq. İndi isə sektorun ən professional mütəxəssislərindən birbaşa faydalı, praktik məlumatlar əldə etmək mümkündür. Biletin bahalığından şikayətlənənlər üçün də youtube-a bütün çıxışları yükləmişik, daha bundan artıq nə olsun? 🙂 Baxaq, faydalanaq.

Aşağıda Sizə II panelin bütün çıxışlarını, eyni zamanda çox maraqlı keçən sual-cavab bölümünü təqdim edirəm.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 496 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Marketerlərin Novruz görüşü baş tutdu

Bununla artıq 3-cü ildir ki, daha doğrusu Marketinq Azərbaycan qrupu yaranandan bu tərəfə hər il Novruz bayramında marketerlərin əyləncəli görüşünü edirik. İlk dəfə Dalida restoranında, sonra Şəki restoranı, son dəfə

Reklam festivalları 0 Comments

Digital Marketing Conference 2016-ya hazırsınız?

Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm. Məkan haradır? Bu ilin

Tədbirlər 0 Comments

Forumun kitabı da var – Böhrandan Yeni Dövrana

Nəhayət bugün gəldi. 1 ildir ki, fasilələrlə də olsa, üzərində işlədiyim böhran marketinqinə aid kitabım artıq çapa verilib. Bu il milli marketinq forumunun tarixində ilk dəfə forumun konseptinə uyğun öz

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın