FIF2017 III panel moderator və spikerlərin çıxışlarının video yazısı
Gəldik 3-cü panelə. Bilirsiniz ki, bizim tədbirlərimiz bütöv gün davam edir. Bu çox çətindir. Həm təşkilatçılar üçün, həm də iştirakçılar üçün. Çünki səhər 9-dan axşam 6-ya kimi informasiya ilə yüklənmək ağır olur. FIF2017-də 3-cü panel də günün son paneli kimi 4-5 aralığında olur. Adətən bir çox insanlar bu vaxta getmiş olur. Amma düşünün ki, bu panel o qədər maraqlı oldu ki, təkcə sual-cavab hissəsi 1 saat çəkdi. Təbii ki, burada şirkət çalışanları Vergilər Nazirliyi nümayəndəsini “tutmuşkən” çoxlu suallar yağdırmağa başladılar. Adamın üstündə Allah var, Vergilər Nazirliyi nümayəndəsi Nicat İmanov da çox ustalıqla rahat şəkildə izahlar verirdi. Ümumiyyətlə bu forumda 2-3 nəfəri özüm üçün maraqlı tanışlıq hesab edirəm ki, onun biri də Nicat bəydir. Ölkəmizdə belə savadlı dostları görmək sevindirir.
Panelin moderatoru qısa zamanda tanış olduğum Azersun Holdinqdən Emin İsmayılovdur. Emin həm də FIF2017 həmtəsisçilərindən biridir. Bu müddət ərzində çox əziyyət çəkdi. Paşa İnşaatdan Azad bəy, Azərbaycan Sənaye Sığortadan Rəşad Məmmədov, PWC-dən Arif bəy çox maraqlı mövzularda çıxış etdilər. Unutdum qeyd edəm ki, 3-cü panelin mövzusu Vergi Siyasəti və Şəffaf Hesabatlılıq panelidir. Elə bir mövzudur ki, bütün şirkətləri, menecerləri maraqlandırır. Gəlin, panelin spiker və moderatorlarının çıxışlarını tək-tək izləyək. Xüsusilə sonda sual-cavab hissəsini izləməyi unutmayın.
Yazar haqqında
Editor review
Summary
FIF2017-də 3-cü panel də günün son paneli kimi 4-5 aralığında olur. Adətən bir çox insanlar bu vaxta getmiş olur. Amma düşünün ki, bu panel o qədər maraqlı oldu ki, təkcə sual-cavab hissəsi 1 saat çəkdi.
Həmçinin oxuya bilərsiniz
Vergi və Mühasibatlıq Zirvəsi 2023 haqqında ATV kanalına müsahibəm
11 mart 2023 tarixində 600-dək mütəxəssisin iştirakı ilə keçirilən Vergi və Mühasibatlıq Zirvəsi haqqında ATV kanalına müsahibə verdim. ATV ilə yanaşı, Arb24 və Baku.tv komandasına da dərin təşəkkürlər.
28 aprel Kapital Bazarı Təlim Mərkəzində görüşürük
Əziz dostlar, yadınızdadırsa, öncəki bloqlarımın birində Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə əməkdaşlığa başlamam haqqında Sizə məlumat vermişdim. Ətraflı buradan oxuya bilərsiniz. KBTM məlumat üçün bildirim ki, Qiymətli Kağızlar Komitəsi
II Maliyyə və İnvestisiya Forumu nəticələri
Dostlar, 05 may tarixində II Maliyyə və İnvestisiya Forumunu keçirdik. Bu mənim təşkilatçılıq təcrübəmdə 12-ci forum idi. Elə həmin ayın sonu, yəni may ayının 25-26-sı həm də 6-cı Milli Marketinq

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun