FMCG sektorunda Azərbaycanın izləməli olduğu yeni trendlər

FMCG sektorunda Azərbaycanın izləməli olduğu yeni trendlər

Kiçilən bazarda amansız rəqabətdənsə, özümüzə yeni bazarlar yaradaq

Dünyada FMCG sektorunda trendlər son illər sürətli şəkildə dəyişməyə başlayıb. Düzdür, dünyadakı trendlər sürətlə dəyişsə də, Azərbaycana onlar eyni sürətlə gəlib çatmır. Məsələn, dünyada enerji içkiləri artıq pik həddini yaşayıb enişdədirsə, bizdə hələ 2020-ci ilə kimi daha 20% artacağı proqnozlaşdırılır. Ona görə də FMCG sektorundakı trendləri də izləmək lazımdır, ən əsası isə bir neçə il gecikmə ilə onları lokal bazarda tətbiq etmək lazımdır. Yoxsa ki, get-gedə ənənəvi öyrəşdiyimiz fmcg məhsullarının bazarları kiçilməyə başlayır. Nəticədə də kiçilən bazarda avtomatik olaraq rəqiblər böyümək üçün yeganə yolu rəqibindən pay almaqda görür. Təbii ki, bu da bir yoldur. Amma böyüyən bazarda hərənin özünə istədiyi payı götürə bilmə imkanı qədər rahat deyil.

Bu yazımda mən Sizə artıq 3 ilə yaxındır çalışdığım fmcg sektorunda yeni formalaşan trendlər və onların bizim bazara uyğun təhlilini aparmaq istəyirəm. Əvvəlcə gəlin görək, nə kimi yeni trendlər var:

Orqanik məhsullar bazarı böyüyür

Bugün Azərbaycanda, məsələn, meyvə şirəsi bazarı getdikcə kiçilir. İllərdir eyni üsulla istehsal etdiyimiz meyvə şirələrindən camaat artıq yumşaq desək “yorulub”. Son araşdırmalara görə sağlam məhsullar bazarı ümumidən 5% paya malikdir. Amma hər ötən il sürətlə artır. Bizə ən yaxın Rusiyada isə son ildə 2 dəfə bu seqment böyüyüb. Gəlin görək, fmcg-nin müxtəlif kateqoriyalarında bu yüksələn trendi qlobal şirkətlər necə tətbiq edir.

Heinenken-in SOLAR POWER Natural Energy Drink layihəsi

Heinenken alkoqollu içkilər istehsal edir. Təbii ki, onlar da böyük enerji içkisi bazarının olduğunu bilirlər. Amma eyni üsulla istehsal edilən dünyada söz gəlişi 100-cü brendi çıxarmaqdansa, yeni trendə uyğunlaşıb enerji içkisi buraxır, amma elan edir ki, tərkibində heç bir kimyəvi qatqı yoxdur, təbii kafein və taurindən istifadə edilib, vitaminlər əlavə edilib və s. Məncə, çox ağıllı addımdır. Hətta xatırladığım qədər Azərbaycanda da bu istiqamətdə hansısa enerji içkisi artıq bazarda var. Mənə görə enerji içkilərinin enişi ərəfəsində yüngül keçid bu tip enerji içkilərinə olacaqdır.

enerji içkiləri

Coca-Cola-nın yeni məhsulu – ADEZ

Coca-Cola da hamı kimi gözəl bilir ki, qazlı içkilər bazarı kiçilməkdən əlavə dünyada bu dəqiqə ciddi şəkildə şəkərdən imtina prosesi gedir. Orqanik hər şey sürətlə inkişaf edir. Yumşaq desək, avropa indi canlarının qədrini daha çox bilirlər. Hər bir uğurlu brendin etməli olduğu addım kimi Coca-Cola da bu istiqamətdə dəyişən trendlərlə ayaqlaşır. Məsələn, bu yaxınlarda Avropa və Rusiya bazarı üçün yeni kateqoriyada ADEZ adlı içki buraxıb. Tərkibində şəkər yoxdur, əvəzində təbii soya, düyü, mindal və s. bu kimi dadlar əlavə edilmiş, laktoza istifadə edilməyib, üstəlik vitaminlərlə də zənginləşdirib. Yəni qidalandırıcı süd kateqoriyasında bir içkidir, hansı ki, maddələr mübadəlisinə çox yaxşı təsir edir. Həm həmin dadı alırsınız, həm də əvəzində heç bir əlavə kalori qəbul etmirsiniz. Düşünürəm ki, çox yaxında bizdə də bu seqment məşhurlaşacaqdır. İndidən araşdırmağa dəyər.

AdeZ organic beverages

Təbii meyvə çipsləri

Orqanik çərəz bazarının sürətlə böyüməsindən ilhamlanan PepsiCo “Bare Foods” şirkətini bu yaxınlarda 200 milyon dollara alıb. PepsiCo keçən 60 milyard dollara yaxın dövriyyə edib, portfelində 22 brendi var. Amma o da yeni trendə uyğun öz portfelini genişləndirir. Qurudulmuş meyvə və təbii meyvə çipsləri istehsalına daha da güc verəcək. Bilirsiniz ki, uşaqlar çipsi dəhşət çox sevir. Amma tərkibindəki duz, digər qatqılara, qızarma və s. məsələlərə görə o qədər də faydalı deyil uşaqlar üçün. Meyvə çipsləri isə əksinə həm zərərli duzlar yoxdur, həm də təbii meyvələrdən əldə edilir. Yəqin “Böhrandan Yeni Dövrana” kitabımda da oxumusunuz ki, xüsusən böhran dövrlərində çərəz bazarı böyüyür (snack – deyək, bəlkə düz tərcümə etmirəm). Şirniyyat isə bizim ana tələbatımızdır xalq olaraq. Ona görə bu iki kateqoriyada da orqanikliyə addım atmaq bazardan ciddi paylar götürməyə səbəb ola bilər. Məsələn, MMF2018-də forumun tərəfdaşlarından biri də yerli istehsal olan Crispa meyvə çipsləri idi. Açıq desəm, həm bu addımı, həm də məhsulu çox bəyəndim. Bu məhsulun bazarının sürətlə böyüyəcəyinə çox inanıram.

Bare-food meyvə çipsləri

Qısacası, dostlar, şərti fmcg nümunəsində gördük ki, bugünün marketinqi bizdən dəyişən müştəri tələblərinə çevik uyğunlaşma, ayaqlaşmanı tələb edir. Təəssüf ki, bu bizdə bəzi sahələrdə hələ də istehsal, məhsul marketinqi mərhələsi yaşamaqdadır. FMCG elə sektordur ki, insanlar heç vaxt qidadan imtina etməyəcəklər. Amma qida seçimləri dəyişəcək. Dəyişən müştəri seçimlərində Sizin məhsulun da olmasını istəyirsinizsə, müştəri istəklərini çox ciddi öyrənib hərəkətə keçməlisiniz. Əks halda biz yavaş-yavaş öz yerimizi daha innovativ şirkət, məhsul və mütəxəssislərə verəcəyik. 

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Dəyişən müştəri seçimlərdə Sizin məhsulun da olmasını istəyirsinizsə, müştəri istəklərini çox ciddi öyrənib hərəkətə keçməlisiniz. Əks halda biz yavaş-yavaş öz yerimizi daha innovativ şirkət, məhsul və mütəxəssislərə verəcəyik.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Məhsul yerləşdirmədə buraxılan səhvlər

Son günlər Azərbaycanda baxdığım bir neçə veriliş, serialdan sonra bu yazını yazmaq qərarına gəldim. Marketoloqlar üçün çox yaxın bir mövzudur, eyni zamanda televiziyalarımız, reklam verən və alan tərəflər üçün də

Expert TV-də 7 suala video cavab

Bir müddət öncə Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Experttv.az kollektivi tərəfindən qonaq kimi dəvət edilmişdim. Maarifləndirici və çox faydalı bir video portal olan Expert tv-də Siz özünüz üçün maraqlı olan xeyli

Marketinq 0 Comments

Təhsil Nazirliyi Təhsil TV-nin “İş Dünyası” verilişinin qonağı oldum

Verilişdə Sevinc Məmmədovanın tələbə və müəllimlərə maraqlı olan marketinq elmi haqqında suallarını cavablandırdım. Aşağıda verilişin video yazısını izləyə bilərsiniz. Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın