Keyfiyyətli yerli təlimlər əvəzsizdir
Ötən ay yenə Sat Group ilə Şamaxı Şərədil oteldə təlimimiz var idi. Bu dəfə isə satış direktorları, satış nümayəndələri üçün idi. Təlimdən olduqca böyük zövq aldım. Auditoriya səninlə birgə müzakirələrdə aktiv olanda çox maraqlı nəticələr ortaya çıxır. Əsas da hamıya faydalı olur. Sevindirici haldır ki, artıq böyük şirkətlərin nümayəndələri aktiv şəkildə təlimlərlə maraqlanır, yeni nələrsə, öyrənmək istəyirlər. Və bütün bunları ən çox yerli təcrübəsi olanlardan eşitməyə maraqlıdırlar.
Həmin proqramda yazdığım kimi mən də iştirak edirdim. Mövzum “Satış prosesi, satış alətləri, satış xətaları” idi. Təxminən 5-6 saatlıq təlim proqramı idi. İştirakçılar çox həvəsli idi. Çünki yerli bazardan nümunələr daha inandırıcı, daha realdır. Bu yaxınlarda həm də Michael Bang-ın təlimində oldum. 3 günlük təlim proqramı da satışla bağlı idi. Faydalı yeni şeylər öyrəndim təbii ki. Amma səmimi deyim ki, yerli təcrübədə, işdə tətbiq edəcəyimiz şeylər o qədər də çox deyildi. Ona görə də marketinq yerli adaptasiyanı çox sevir. Marketinq alətləri yerlərə görə çox dəyişir.
Bizi tanıyan dostlar bilir ki, bizim gizlin heç nəyimiz yoxdur. Biz çox rahat şəkildə istənilən təlimdən fotolar, videolar yayımlayırıq. Həm təlimçi, həm iştirakçılar açıqlanır. Bəlkə də Sizin tez-tez gördüyünüz “yüzdən çox şirkətə təlim və konsultasiya” sözündəki qeyri-müəyyənlik, mücərrədlik bizdə ola bilməz. Məsələn, mən növbəti bloq yazılarımda silsilə olaraq həmin təlimlərdə toxunduğumuz mövzulardan danışacam. Daha ətraflı açıqlamalarla bloq oxucularına çatdırmağı düşünürəm. Təbii ki, bu heç bir halda proqramın özünün real effektini verə bilməz, amma 60% əhatə edəcəyinə əmin ola bilərsiniz. Bundan başqa bizim və dostlarımızın təşkil etdiyi bu tip proqramlar həmişə iştirakçı bolluğu ilə seçilib. Elə bu dəfə də xeyli sayda böyük şirkət 3 gün ərzində sırf bu təlimlər üçün Şərədil otelə gəldi, həm əyləndi, dincəldi, həm də öyrəndi. Aşağıda Sizə rahatlıqla həmin şirkətlərin və iştirakçıların adını da yaza bilərəm. Buyurun,
s/n | Ad soyad | Çalışdığı şirkət |
1 | Ramil Nasibov | Konsis-direktor |
2 | İlham Abdullayev | West Product Marketing|bolge mudiri |
3 | Emin Abbasov | West Product Marketing|bolge mudiri |
4 | Əbülfəz Quliyev | Piramida Ads/direktor |
5 | Orxan Hüseyn | Fotoxalça |
6 | Aysel Əmirova | Fotoxalça |
7 | Asif Xasməmmədov | Alloil -avtomobil yaglari -online satış |
8 | Afət Rüstəmova | LTS MMC/ marketinq menecer |
9 | Emin Kazımlı | Volumed |
10 | Araz Bayramov | Medika Hospital/baş həkim |
11 | Səbuhi Meydərli | Volumed |
12 | Rasim Dəmirli | BHE Consulting/satış və marketinq müdiri |
13 | Kazım Kazımov | Gilan Holding Lenkeran Beton zadovu/ direktor |
14 | Fuad Hacıyev | F-Group Academy-direktor |
15 | Ülvi Süleymanlı | Network Tecnologies |
16 | Məftunə Muxtarova | Network Tecnologies |
17 | Tərlan Əzizov | Egotech- tehlukesizlik kameralari |
18 | Orxan Qasımov | LifeGuard -tehlukesizlik kameralari |
19 | Vüqar Şəhnirov | İkiqapılı topdansatış |
20 | Mehman Vəliyev | İkiqapılı tpdansatış |
21 | Sarvan Aslanov | Gobustone |
22 | Daşqın İmayılov | Buxar Mühəndislik |
23 | Şahin Səfərov | Röyal Döşək |
24 | Zaur Vəliyev | Azertexnolayn |
25 | Günel Vəliyeva | Azertexnolayn |
26 | Fəxri Nəbiyev | Hidro-Park |
27 | Elxan Quliyev | Azertexnolayn |
28 | Rahim Səmədov | Hidro-Park |
29 | Ceyhun İsgəndərov | Azertexnolayn |
30 | İlxas Şabandayev | Ayan MMC |
31 | Kənan Bayramlı | Ayan MMC |
32 | Kamran Nəcəfov | Ayan MMC |
33 | Samir Quliyev | Ayan MMC |
34 | Əli Bayramov | Ayan MMC |
35 | Füzuli Həsənov | Ayan MMC |
36 | Anar Nəbiyev | Destec-Proqlamlaşdırma |
37 | Tural Ələkbərov | Superfon-mobil telefon ve aksesuarlar |
38 | Emin Əsgərov | Superfon-mobil telefon ve aksesuarlar |
39 | İsmayıl Rəhimov | Superfon-mobil telefon ve aksesuarlar |
40 | Sərxan Quliyev | Superfon-mobil telefon ve aksesuarlar |
Dostlarımıza güvənib öz əməkdaşlarını göndərən şirkətlərə, şirkət sahiblərinə dərin təşəkkür edirik. Ümidvarıq və inanırıq ki, 3 günlük bu təlimlər onların işi üçün çox faydalı oldu. Növbəti təlimlərdə görüşənədək.
P.S. Bu arada qeyd edim ki, 17-18 dekabr Sat Group Korporativ Satış Kursuna start verir. İri müştərilərin tapılması, korporativ satış texnikaları, planlama və sistemli iş, təcrübəli mütəxəssislərin hazırladığı unikal təlim proqramı, bol praktiki nümunələr, praktiki tapşırıqlar, praktiki texnologiya Sizin üçün maraqlıdırsa, iştirak edə bilərsiniz.
Yazar haqqında
Editor review
Summary
Bizi tanıyan dostlar bilir ki, bizim gizlin heç nəyimiz yoxdur. Biz çox rahat şəkildə istənilən təlimdən fotolar, videolar yayımlayırıq. Həm təlimçi, həm iştirakçılar açıqlanır. Bəlkə də Sizin tez-tez gördüyünüz "yüzdən çox şirkətə təlim və konsultasiya" sözündəki qeyri-müəyyənlik, mücərrədlik bizdə ola bilməz.
Həmçinin oxuya bilərsiniz
Məhsul yerləşdirmədə buraxılan səhvlər
Son günlər Azərbaycanda baxdığım bir neçə veriliş, serialdan sonra bu yazını yazmaq qərarına gəldim. Marketoloqlar üçün çox yaxın bir mövzudur, eyni zamanda televiziyalarımız, reklam verən və alan tərəflər üçün də
Faktlarla Facebook qalmaqalı. Bağlansa nə baş verər?
Yəqin hamınız məlum hadisədən xəbərdarsınız. Xəbəri olmayanlar üçün qısa arayış keçim. Facebookun əməkdaşlıq etdiyi şirkətlərdən biri – Cambridge Analytica deyilənə görə facebookun da icazəsi olmadan 50 milyon insana aid məlumatlardan
Expert TV-də 7 suala video cavab
Bir müddət öncə Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Experttv.az kollektivi tərəfindən qonaq kimi dəvət edilmişdim. Maarifləndirici və çox faydalı bir video portal olan Expert tv-də Siz özünüz üçün maraqlı olan xeyli
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun