Kreativ: “Sağa Çəkil” rekordu

Öncəki yazımda dediyim kimi 2011-ci ilin sentyabrı çox gərgin keçirdi. Bu arada yeni il ərəfəsi də rəqib “ürək bulandırmağa” başlamışdı. Bu ərəfədə anidən çox maraqlı bir ideya ağlıma gəldi. Yalnız internetdə non-standart bir banner hazırlayacaqdıq. Bannerdə ilk 4-5 gün tizer gedəcəkdi. Tizerdə sadəcə yarışan 2 maşın görünür – qara və qızılı. İlk anda banner o qədər maraq doğurdu ki, indiyədək həmin bannerin 17%-lik CTR-ni heç bir banner qıra bilməyib.4-5 günlük tizerdən sonra isə bannerin ideala aid olduğu məlum olurdu. Sloqanımız da çox yaxşı idi – İdeal – Sürətin Fərqindəyik. Bannerdə sözlərin gedişi təxminən belə idi. “Müştərisini razı sala bilməyənlər bu yolda sadəcə sağa çəkilir. Yüksək xidmət və keyfiyyətimiz sayəsində sol hərəkət zolağında ideal sürətdəyik. İdeal – Sürətin Fərqindəyik” 
Qızılı maşın rəqibi, qara maşın isə idealı ehtiva edirdi. Rəqibi o qədər qıcıqlandırmışdı ki, bu kampaniya, amma söz deməyə də səbəb tapa bilmirdilər, çünki heç yerdə rəqibin adı çəkilməmişdi ))). Yaxın ətrafımızdan, reklamçı dostlardan da eşitdiyimə görə o zaman üçün fərqli bir gediş olmuşdu bazarda. Aşağıda Sizə ssenarini təqdim edirəm.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 506 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Digital 0 Comments

İnternet media gəlirliliyi və milli brendlərimizin sosial şəbəkə aktivlikləri – video

13 iyun tarixində Region TV-nin “Media Radar” verilişinin qonağı idik. Dostumuz İsmayıl Həsənovun aparıcılığı ilə təxminən yarım saat ərzində ölkəmizdə internet reklamları, internet saytlar, milli brendlərimizin sosial şəbəkələrdə aktivlikləri haqqında

Digital 0 Comments

Fil Rəqəmsal Marketinq Agentliyi – Yeni Filimiz mübarək

Noyabrda DMC2016 başa çatdı. Bu dəfə daha uğurlu alınmışdı. Artıq 2 il olacaqdı ki, Rəqəmsal Marketinq Konfransı keçirirdik. Bu sferada çalışan bütün mütəxəssisləri, şirkətləri demək olar ki, tanıyırdıq. Onlarla tez-tez

Digital 0 Comments

Facebook fan səhifədə “cover photo”dan effektiv istifadə nümunəsi

Bu gün bir çox şirkətlər vacib hesab etdikləri informasiyaları facebook fan səhifələrinin “cover”lərinə şəkil kimi hazırlayıb paylaşırlar. Bildiyiniz kimi cover hər kəs tərəfindən görülməsi daha asan və yaddaqalandır. Bunu nəzərə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın