Krizis Parti – 2016-cı ilin ilk 30 manatlıq revalvasiyası

Krizis Parti – 2016-cı ilin ilk 30 manatlıq revalvasiyası

2015-ci il yaddaşımızda bir xeyli maraqlı hadisələrlə qaldı. Bunların içərisində iqtisadi baxımdan biz marketoloqlar üçün də çox vacib yeri  devalvasiya tutdu. Belə ki, azərbaycan manatı 2 dəfə devalvasiya uğradı. Biz millət olaraq ˝müvəqqəti çətinlikdir, ölənədək dözməliyik˝ prinsipi ilə getdiyimiz, yaşadığımız üçün düşünürəm ki, ˝bu da keçər˝. Gəlin, Sizə təsəlli verim. Uzağa getməyək, elə götürək qonşu Türkiyəni. Onlarda düz 6 dəfə devalvasiya olub. Hətta 221% olan vaxtı da olub. Bizdə isə 2 dəfə. Gərək həmişə hadisələrə bir də yaxşı tərəfdən baxa biləsən, axı biz gün-gündən çiçəkasdghhlkljihiennfnbbnfbmlbm.

Marketoloqlar və Marketinq Azərbaycan qrupu olaraq hər il müxtəlif səbəblərlə yığışırıq. Bunlardan biri də həmkarlarımızın illik ənənəvi yeni il toplantısıdır. Çalışırıq ki, işimizin azlığından və ya çoxluğundan, marağın olub-olmamasından asılı olmayaraq bu tip tədbirləri daim keçirək. Bu kimi görüşlər biz marketoloqlara öz icmamız və ölkə səviyyəsində gedən prosesləri təhlil etmək, müzakirə etmək, hətta yeri gələndə bir yerdə əylənmək, yeni biznes tanışlıqlar qurmaq üçün əla fürsətdir. Məsələn, mən əminəm ki, belə tədbirlərimiz zamanı aylarla görüşə bilməyən dostlar nəhayət görüşüb dərdləşə bilir.

Keçən il ˝Marketinq Parti-Marti˝ adı ilə Ramada Hotel-də yığışmışdıq, məsələn. Xatırlayanlar, iştirak edənlər bilir ki, o zamana qədər keçirdiyimiz tədbirlər içində ən maraqlı, ən əyləncəli tədbirlərdən biri idi. İştirak etməyənlər üçün qısa video yazını aşağıda Sizə təqdim edirəm. Elə özüm də baxacam. P.S. Bu arada deyirəm həqiqətən də vaxt tez keçir. Bəs görəsən, problemlər niyə belə tez gəlib keçmir 🙂

Keçək indi bu ilki partimizə. Bu il biz bütün olanların fonunda yeni il görüşümüzün adını ˝Krizis Party˝ qoyduq. Düzdür, dizayna baxan kimi deyəcəksiniz ki, adın biri ingiliscə, biri azərbaycanca, bu necə olur?! Qardaş və bacılar, bura vətəndir, başqa şeylər necə olursa, bu da elə o cür olur. 🙂

Partimiz haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bu qapıdan girin, zəhmət olmasa. 10 rəqəmli nömrəmiz də var – 0507858565. İştirakınızı təsdiq etmək, yer bron etmək, nə bilim ˝qoy zəng edim deyim gələcəm, sonra deyərəm işim çıxdı˝ zad üçün əlaqə saxlaya bilərsiniz. Hətta həmin gün yerində də ödəyə bilərsiniz. Qiyməti çox deyil, 30 manatdır. Keçən ilin məzənnəsi ilə 38.4 dollar edirdisə, bu ilin məzənnəsi ilə 19 dollar edir. Qiyməti də qaldırmamışıq görürsüz ki. Deyə bilərsiniz ki, Siz bəyəm dollarla işləyirsiniz ki? Cavab verim – Bəli. Biz marketoloqlar marketinqə aid nə öyrəniriksə, hamısını dolların işlədiyi ölkələrdən öyrənirik. Elə olduğu üçün də avtomatik olaraq başımız da dollarla işləməyə, yəni dollarla düşünməyə başlayır. Zarafat eləmirəm, bir sözlə yalan demirəmsə, bu o demək deyil ki, həqiqəti söyləyirəm.

P.S. Bu arada tədbir günü ödənişi dollarla edənlərə bir çox ˝ayrıcalıklarımız˝ olacaq. Məsələn, onlar vip lojalarda əyləşəcək, onlara qlamur kanapelər gələcək, onların ˝muzıka zakazı˝ hamıdan qabaq nəzərə alınacaq. 🙂 Bundan əlavə olaraq isə tədbirimizin ancaq dollarla ödəniş edən iştirakçıları üçün hamımızın çox hörmət bəslədiyi modern art rəssamı, qlamur PR-çısı Nigar Məmmədova göydən kəndirlə səhnəyə enəcək.

Krizis party – sözündə 2 ifadənin biri neqativ, digəri pozitiv səslənir.  Həyat da elə belədir. Bir üzü ağdır, biri qara, bir gözü ağlayanda, bir gözü də gülür. Axına qarşı üzəmmirsənsə, çox da zad eləyib özünüzə gücə salmayın. Qoşulun bizim üzən məzənnəmizə, gəlin Sapphire restoranına. Həmin gün bizi çox maraqlı zadlar gözləyir. Təşkilatçı və tədbirin bütün zəhmətini üzərinə götürən Eventer şirkətindən Nigar Nazim deyir ki, şən klounlardan tutmuş (Teymur Paşa), axırda aşı gətirən rəqqasəyə qədər hər şey olacaq. Yeməklər də ödənişi manatla edənlər üçün milli mətbəx, dollarla edənlər üçün avropa mətbəxi olacaq.

Əziz dostlar, nə başınızı ağrıdım, vaxtınızı çox almaq istəmirəm. Gəlin, sabah Krizis Parti-də görüşək. Saat 18:00-da olacaq tədbir, amma foyedə daha çox dərdləşmək istəyənlər bir az tez də gələ bilər. Çoxdandı görüşmürük. Biz sabah təxmini 100% faizlik manat devalvasiyasının əksinə olaraq, 30 manatlıq revalvasiya edəcəyik. 2015-in stresini devalvasiyaya uğradıb, 2016-ya olan ümidlərimizi revalvasiya edəcəyik. Adamın üstə Allah var, (Teymur paşam olsaydı, Uca Zevs deyərdi) 19 dollara bu qədər şeyə heç kim əlini bulamaz.

0507858565 yığıb YES-ə basdınızmı, olay bitmişdir.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Biz sabah təxmini 100% faizlik manat devalvasiyasının əksinə olaraq, 30 manatlıq revalvasiya edəcəyik. 2015-in stresini devalvasiyaya uğradıb, 2016-ya olan ümidlərimizi revalvasiya edəcəyik.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

DMC2016 dəstəkçilərini daha yaxşı tanıyaq

Dostlar, son həftələr gərgin iş qrafikim olduğuna görə bloq yaza bilmirdim. Son 2 həftədə xeyli yeniliklər edə bildik. Çox şükürlər ki, hər il öncədən sıxıntı yaşayacağımız bəzi məsələlər bəzən öz-özünə

Tədbirlər 0 Comments

Milli İnsan Resursları Forumu 2016 – fəxr edirik

Sevindirici haldır ki, artıq ölkəmizdə il ərzində biznes sektoruna aid tədbirlər əvvəlki illərlə müqayisədə xeyli artıb. İldə bir dəfə MMF, bir dəfə DMC, bir dəfə MİRF, 2 dəfə Marketing AİR

Tədbirlər 0 Comments

FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı

Əziz dostlar, FİF2017 06 may tarixində uğurla keçirildi. Tədbirdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də müzakirə edilir. Hissə-hissə facebook səhifəmizdə tədbirlə bağlı məlumat və videolar yayımlanmaqdadır. Mən ayrıca

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın