İlk dəfə 24 saat işlədik

Bu dəfə də 2010-nun dekabrında fərqli nə edək düşündük və qərara gəldik ki, gəlin bu dəfə yeni il qabağı 24 saat işləyək. Çünki insanlar bəzən istədikləri yerlərə gedir və sonda alış-verişə zamanları qalmır, xüsusən də bu yeni il ərəfəsi olur. Məsələn, yeni il qabağı daim dost-tanışlarla görüşlər olur, qonaq gedilir, gec saatlarda da qonaqlıqdan çıxan biri üçün yaxınlıqda açıq bir mağazadan tələbatını qarşılaması vaxtına çox qənaət etdirmiş olardı. Bu kimi nüansları nəzərə alıb 4 gün 24 saat işləməyə qərar verdik. Açığı nəticələr heç də pis olmadı, hətta saat 5-də Nizami küçəsindəki mağazamızdan da alış-veriş edənlər olmuşdu. Təbii ki, bu prosesi yaddaşa yazmaq üçün PR olunmalı idi, ama biz bunu etmədik, onu edəcək zamanımız da çox az idi. İstənilən halda sektor üçün bir yenilik idi və FB səhifəmizdə yazılanlardan da gördük ki, müştərilər çox məmnun qalıb.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 506 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sən gözəlsənsə, həyat gözəldir!

Bəli, son 1 aya yaxındır ki, dilimizdən bu söz düşmür. Televiziyanı açırsan tv-də, radioda, internetdə, facebook, instagram isə öz yerində. Hər yerdə bu sloqanla İdealın yeni imic reklamı gedir. Bugün

BOB-oyda iş görənlər.

Marketinq indiyədək bildiyimiz kimi nəzəri və praktik baxımdan 5 mərhələ keçib. Onlardan 5-cisi sosial-etik marketinqdir. Hətta bir az irəli gedən marketinq quruları son dövrlər marketinqdə yeni era – Relationship Marketing

Marketinq 0 Comments

Expert TV-də 7 suala video cavab

Bir müddət öncə Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Experttv.az kollektivi tərəfindən qonaq kimi dəvət edilmişdim. Maarifləndirici və çox faydalı bir video portal olan Expert tv-də Siz özünüz üçün maraqlı olan xeyli

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın