Marketing AIR 6 da belə bitdi

3 il öncə Atatürk prospektindəki “Park Fore” restoranında marketinq təliminə start vermək ideyası haqqında müzakirə apararkən təsəvvür etməzdik ki, bu yerlərə qədər gəlib çıxa bilər. Marketing AİR -in necə yaranmasını ətraflı oxumaq istəyənlər üçün hələ 2012-ci ildə yazdığım “3 qaranın sirri”ni oxumağı tövsiyyə edirəm. Peşman olmazsınız 🙂

Qısası ildə 2 dəfə olmaqla, 3 il ərzində 6 dəfə Marketing AİR təlimləri təşkil edib uğurla tamamladığımıza görə AnarIlkin müəllimləri təbrik edirəm. Bu gün bizim 300 nəfərdən çox əhatə dairəmiz, gücümüz, paylaşım ortamımız, dəyərimiz, gücümüz var. Marketing AİR-in qəribə bir havası var. Həmişə Anar və İlkin müəllimlərlə söhbət edəndə tez-tez bu haqda danışırıq. Nəyəsə görə Marketing AİR bu qədər işin, gücün arasında bizi yormur. Biz hər dəfə sanki konstitutsiya maddəsi kimi vaxtı gələndə hazırlıqlara başlayırıq. Açıq deyim ki, hələ indiyə qədər də heç birində görəsən bu təlimdə nə qədər iştirakçı olacaq, nə qədər olması lazımdır kimi fikirləri müzakirə etməmişik. Çünki şəxsən öz adıma əminliklə deyə bilərəm ki, paylaşma sevgisi, faydalı ola bilmə hissi bütün əsəb və yorğunluqları insana unutdurur. Əminəm ki, digər müəllimlərdə də elədir.

Sonuncu AİR-də xeyli yadda qalan dostlarla tanış oldum. Hərəsi bir ayrı dünya, bir ayrı aləm. Bu dəfə tələbə olan 2-3 dostumuz olsa da, onlar da təlimə ayrı rəng qatmışdılar. Ümumiyyətlə AİR 6 haqqında gec yazıram, bildiyiniz kimi aprelin sonunda bitib artıq. Amma bu gün İlkin Manafovun AİR 6 üzvlərindən 3 nəfər – Aliyə Əhmədova, Hikmət Hüseynov, Fərid Süleymanzadə ilə FMR TV-dəki görüşünü izləyərkən yazmaq ehtiyacı hiss etdim. AİR 6 iştirakçıları ilə bu 2 ayda xeyli yadda qalan hadisələrimiz oldu.

Qarşıdan #mmf2015 gəlir. Bu forumda da bundan öncəkilərdə olduğu kimi AİR iştirakçıları bizə yaxından kömək edir. Hətta kömək edir sözü çox kiçildmiş kimi də səslənə bilər. Nəinki kömək edir, birbaşa proseslərin içindədirlər, dayanmadan nəsə edir, görüşlər keçirib faydalı olmağa çalışırlar. Məncə AİR-in ən böyük uğurlarından biri də məhz budur. – Təmənnasız paylaşma mühiti formalaşdıra bilmək. Biz ona görə də öyrədirik demirik, paylaşırıq deyirik. Biz iştirakçılara heç vaxt əksər təlimlərdə olduğu kimi  “siz bilməzsiniz, biz bilərik” tərzində yanaşmırıq, yanaşmadıq da. Buna ehtiyac da yoxdur. Onlar özləri öz aralarında möhkəm dostluqlar quranda onun sevinci bizə bir ömür yetə bilər. Mən çox sevinirəm ki, əvvəllər nadir hallarda olsa da, son zamanlar daha tez-tez digər şirkətlərdə çalışan dostlarımdan “filankəs gəlmişdi görüşə, dedi AİR məzunuyam”, “filankəs necə işçidir, CV-də AİR məzunu olduğunu yazıb”, “Filankəs ən böyük filan şirkətin marketinq direktorudur, AİR məzunudur” tipli sözlər eşidirəm. Və təbii ki, birmənalı şəkildə tövsiyyə edirik, sevinirik, daha nə bilim, o loqomuzda olan paraşuta minib uçuruq 🙂

Sonda üzümü AİR 1-dən 6-dək olan hər bir iştirakçıya tutub onlara təşəkkür etmək istəyirəm. Yaxşı ki, Sizi tanıdıq. Yaxşı ki, varsınız. Uğurlarınız, səsiniz zirvələrdən gəlsin. Çox şadıq ki, Sizi marketinqə dair az qala istənilən tədbirdə mütləq görürük. Siz hər yerdəsiniz. Və inşallah da qarşıdan gələn ölkənin ən böyük marketinq hadisəsi MMF2015-də də görüşəcəyik.

Növbəti AİR-də görüşmək, növbəti AİR-i görmək ümidilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Neqativdən uzaq tənqid necə olur?!

Həyat çox sürətlidir. 2017-ci il asan olmadı, amma o da gəldi keçdi. Həqiqətən də insan su kimidir, töküldüyü qabın formasını gec ya da tez alır, almaq məcburiyyətindədir. Əksi mümkün deyil.

Köşə yazıları 0 Comments

Marketinqdə “çaynikbaş” metodu

Bloqun daimi oxucuları yəqin ki, “Marketinqdə “Rəqsadə metodu” nədir?” adlı yazımı xatırlayar. Bu gün də bir çox məclislərdə, görüşlərdə, tədbirlərdə bu metodun tətbiqini gördükdə, onu tətbiq edənləri gördükdə adam bilmir

Münasibət 0 Comments

Toksik pozitivlik

Son zamanlar oxuduğum bir çox xarici elmi məqalələrdə tez-tez “toksik pozitivlik” termininə rast gəlirəm. Düzdür, hələ ki, elmi termin kimi işlənmir, amma bir müddət sonra aktiv istifadə ediləcəyinə inanıram. Xüsusən

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın