Marketing AIR 8-də hansı mövzulardan danışacam
Ötən bloq yazımda Marketing AİR 8 haqqında ətraflı yazmışdım. Bu dəfə isə Sizinlə budəfəki təlimdə nələrdən danışacağam, hansı mövzulara, hansı istiqamətlərə toxunacağam ondan yazacam.
Ötən dəfə AİR-lə bağlı 3-lükdə görüşüb müzakirə apararkən qərara gəldik ki, təlimin 75%-ni 3-müz dediyimizə görə hər birimiz mövzularımız haqqında ətraflı bloq yazaq. Bu il AIR üçün yeniliklər çox olacaq. Onlardan biri də bu dəfə hər birimiz tamamilə yeni mövzular hazırlamışıq. Bu o deməkdir ki, nəinki yeni namizədlər, eyni zamanda öncəki AİR məzunlarından da rahatlıqla qoşulub yeni məlumatlar öyrənə bilərlər. Həm yeni konsept, həm də tamamilə gündəmə uyğun yeni mövzularla Sizlərə faydalı olmaq üçün çox hazırlaşmışıq.
Əgər hələ də qeydiyyatdan keçməmisinizsə, bu linkdən istifadə edərək qeyd ola bilərsiniz.
Bu dəfə mən aşağıdakı 5 istiqamət üzrə hərəkət edəcəm.
- Böhran dövründə kommunikasiya modelləri (Müştəri Marketinqi modeli və SHARE)
Hazırkı zamanda artıq bir çox şirkətlər strategiyalarına yenidən baxır. Əsas diqqət isə qısa müddət ərzində daha çox effektivliyə imkan verən üsullar axtarıb tapmaqdır. Şirkət nəinki gəlirin artırılmasına, ən pis halda qorunub saxlanmasına yönəlmiş bu strategiyalarını elə eyni effektivliklə də hədəf kütləyə çatdırmalıdır. Məhz burada effektiv kommunikasiya metodları dövriyyəyə girir. Bu mövzuda biz dünənə qədər istifadə edilən ənənəvi kommunikasiya modellərindən deyil, iqtisadi qeyri-müəyyənlik zamanı istifadə edilməli olan kommunikasiya alətlərindən istifadə etməliyik. Bu mövzuda həm bu metodları öyrənəcək, həm sahələr üzrə praktik tətbiq imkanları təhlil edəcək, praktik keys-tapşırıq əsasında Sizə verilən büdcə daxilində X şirkətinin kommunikasiya planını işləyəcəksiniz.
2. Digital və mobil marketinq 2016 trendi kimi
Böyük şirkətlər böhran dövründə xərclərini birdən-birə kəsə bilmirlər. Necə deyərlər, böyüyün böyük, kiçiyin kiçik dərdi olur. Praktika sübut edib ki, xərcləri kəsmək istiqamətində yox, optimallaşdırmaq üzərində çalışmaq lazımdır. 2016-cı il üçün artıq dünya nəhəgi şirkətlər öz reklam xərclərində büdcəni azaltmaqdan daha çox istiqamətini dəyişməyə üstünlük verəcəklərini bəyan ediblər. Unilever 2016-cı ilə ayrılmış 9 milyard dollara yaxın reklam büdcəsinin 1/4-ni tamamilə digitala ayıracağını bəyan edib. Eyni işi PG və digər iri şirkətlər də edir. Böhran dövründə digitallaşma qədər, mobilləşmə də ön plana çıxıb. Bu mövzuda biz bu kimi yeni trendlər, platformalar haqqında danışacağıq. Reklam xərclərinin idarəsində 3V modelinə toxunub fərqli platformalar üzrə tətbiqi istiqamətlərini araşdıracağıq.
3. İşçi və müştəri məmnuniyyətinin böhran dövründə önəmi
İstər böhran olsun, istər olmasın, işçisi məmnun olmayan şirkət, müştərisini məmnun edə bilməz. Bu artıq bir aksiomadır. Xüsusilə böhran şəraitində müştəri loyallığının qorunub saxlanması şirkət üçün ayaqdaqalma səbəbi ola bilər. Bunu isə ən yaxşı şəkildə və bəzi hallarda təmənnasız fədakarlıqla ancaq Sizin işçiləriniz edə bilər. Biz bu mövzuda böhran dövründə işçi məmnuniyyətini qoruyub saxlama üsullarından danışacağıq. Daha az xərclə daha çox effekt almaq və böhranda əsas, professional kadrları itirməməyin yollarını sadalayacağıq.
4. Müştəri şikayətləri və müştəri psixologiyası
Böhranın ilkin fazasında əsas problem satış gücünün aşağı düşməsi deyil, insanların gələcəklə bağlı şübhələridir. Bu şübhə onlara xərclərini anidən dayandırmağı, əvvəlki lükslərindən imtina etməyi tələb edir. Və təbii ki, bu prosesə alışmaq elə də rahat olmadığı üçün müştərilərdə stress yaradır. Ən kiçik detala belə aqressiv münasibət sərgiləyirlər. Kiçilən bazarda kiçilən payınızı da itirməmək üçün müştərilərin bu davranışlarını normal qəbul edib ona uyğun addımlar atmalısınız. Bu mövzuda da biz atıla biləcək praktik addımlardan danışacağıq.
5. Böhran dövründə pəkraəndə ticarət, xidmət və istehsal sferasında marketinq strategiyaları
Əziz dostlar, məndən soruşsanız ki, 5 mövzudan ən faydalı hansını hesab edirsiniz, heç düşünmədən bu mövzunu deyərdim. Yuxarıda da yazdığım ki, indi bir çox şirkətlər əsassız qənaətə getməklə olan-qalan payını da zamanla itirir. Rokfellerin yaxşı sözü var – Xərcləri kəsməklə qənaət edəcəyinizi düşünmək, saatı dayandırmaqla vaxta qənaət etməyə bənzəyir. Biz bu mövzuda şirkətlərin marketing mix elementlərinə tamam yeni baxışdan, 2008, 2010-cu illərdə dünyanın bir çox ölkələrində yaşanmış bu cür situasiyalardan çıxış yollarından, beynəlxalq nüfuzlu araşdırma şirkətlərinin hesabatlarından danışacağıq. Deyəcəyimiz hər bir qaydanın retail, xidmət və istehsal sferasına tətbiq imkanlarını da interaktiv şəkildə birlikdə müzakirə edəcəyik. Eyni zamanda böhranın müştəri davranışlarında nə kimi dəyişikliklərə səbəb olduğunu, ümumiyyətlə böhranın mümkün ssenariləri, proqnozları və o ssenarilərin hər birinə uyğun hansı addımlar atıla biləcəyini təhlil edəcəyik.
Əziz dostlar, nə yaxşı ki, biz hər dəfə Sizlərlə öz biliklərimizi paylaşmaq üçün görüşə bilirik. 2 ay müddətində demək olar ki, bir ailə kimi işdən sonra əsas işimizə çevrilir – AİR. Həm yeni tanışlıqlar, həm indiki çətin şəraitdə pozitivliyi qorumaq saxlamaq və bunların parallelində də yeni faydalı məlumatlar əldə etmək üçün ən gözəl demirəm, nə gözəl fürsətdir – AİR 🙂
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
DMC2017 nahar, kofe-breyk qiymətləndirməsi və izləyici rəyləri
Bundan öncəki yazıda DMC2017 spikerlərinin reytinqi haqqında yazmışdıq. Əvvəl də dediyimiz kimi toplam tədbir boyunca 2074 geri dönüş almışıq. Mərhələli şəkildə geri dönüşləri həm Sizinlə paylaşırıq, həm də özümüz üçün
MMF2014-ün ilk gününə olan maraqlı şərhlər, tvitlər
Əziz dostlar, bu gün MMF2014-ün ilk gününü geridə qoyduq. Bu haqda hələ çox yazılacaq. Qısaca onu deyim ki, bugün həştəqimiz aztwi-də top trend oldu. Bu gün həm də ANS TV
IV Milli İnsan Resursları Forumu nə vəd edir?
Dostlar, bildiyiniz kimi sabah IV Milli İnsan Resursları Forumu keçiriləcək. Artıq 4 ildir ki, mirf2018 sektorda fəaliyyət göstərən yüzlərlə şirkət çalışanını hər il bir yerə yığıb faydalı olmağa çalışır. Bu
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun