Marketinq Azərbaycan qrupunun yeni qaydaları və yenilikləri

Marketinq Azərbaycan qrupunun yeni qaydaları və yenilikləri

Əziz dostlar və Marketinq Azərbaycan qrupunun üzvləri.
Bildiyiniz kimi 18 sentyabrda qrupun yarandığı vaxtdan bu tərəfə adminlərinin ilk toplantısı keçirildi. Görüşdə çox önəmli qərarlar və dəyişikliklər edildi. Sizə qısa olaraq bəzi vacib məqamları qrup adminləri adından çatdırmaq istəyirəm.  Ondan əvvəl isə istəyirəm hamı bilsin ki, marketinq azərbaycan qrupu biznes layihə deyil, biznes məqsədi güdmür, idarəçilərin bu işdə maddi maraqları yoxdur, yeganə və bir daha yeganə məqsədləri ölkəmizdə marketinqin inkişafına öz bacarıq və imkanlarımız çərçivəsində dəstək olmaq, birlikdə inkişaf etmək, etdirməkdir. Beləliklə, görüşdə alınan qərarlar və dəyişikliklər aşağıdakılardır.
Yeni adminlər təyin edildi:
Qrup adminlərindən 1 nəfər adminlikdən öz istəyi ilə uzaqlaşdı, daha 5 nəfər (Aysel Cəbrayılova, Şahnaz Fərəczadə, Vaqif Abbasov, İslam Rzayev, Yeganə Qəhrəman) isə yeni admin təyin edildi. Onların hər birinə uğurlar arzular edir, inanırıq ki, qrupun işində faydalı ola biləcəklər.
Reklam və marketinq icmasının ortaq mükafatının təsis edilməsi
 
Əvvəllər də bu tip mükafatlar yaradılması barədə təşəbbüslər, hətta real işlər olub. Lakin davamlı və daha faydalı olanı hələ ki, yoxdur. O baxımdan qərara gəlindi ki, 2015-ci ilin ilk ayından etibarən bu işlər üçün xüsusi komanda yaradılsın və 2 ay ərzində tam sürətlə mükafat icmaya tanıdılsın və ilk mərhələ start götürsün.
Marketinq Azərbaycan qrupunun korporativ kimliyi
Tezliklə qrup üzvlərini çox maraqlı və faydalı yeniliklər gözləyir. İlin sonuna kimi qrupun dostlarının da dəstəyi ilə yeni korporativ kimlik hazırlanacaq və bütün aktivliklərdə yalnız onlar istifadə ediləcəkdir. Eyni zamanda qrup artıq şirkətlər tərəfindən danışıqlarda tərəf kimi çıxış edə bilməsi üçün ilkin etapda fiziki şəxs kimi qeydiyyatdan keçəcək, daha sonra MMC olaraq qeydiyyata alınacaqdır. Eyni zamanda qrup üzvləri üçün üzvlük kartları (virtual və ya real plastik kart) hazırlanacaq. Və bu kart sahibləri üçün yüzlərlə fərqli fürsətlər hazırlanacaq.
Bakcell ilə uzunmüddətli ortaq əməkdaşlıq
Bu haqda çoxunuzun artıq xəbəri var. Qısa olaraq bildirim ki, bu yazını belə gec yayımlamaqda məqsəd də Bakcell ilə ortaq əməkdaşlığa dair müzakirələrin nəticəsi idi. Dostlar, çox yaxında bütün qrup üzvləri öz aralarında pulsuz danışacaq, internetdən isə 5 gb-ı cəmi 6 azn-ə əldə edəcəklər. Bunun üçün prosedurlar var, bu haqda ayrıca məlumat verəcəyik. Amma əmin olun ki, çox rahat və sadə yolla bu fürsətdən yararlana biləcəksiniz. Eyni zamanda bundan sonrakı bir çox aktivliklərimizdə də Bakcell yaxından dəstək olacaq. Həmçinin qrup üzvləri pulsuz Gold nömrələrdən də istəyə əsasən istifadə edə bilərlər. İndi yəqin çoxunuz konkret vaxt gözləyir, amma inanın ki, biz bu işi maksimum sürətli həll etməyə çalışırıq.
Qrupun dekabr ayında yeni il tədbiri olacaq 
Bəli, biz yenidən #yığışacağıq. Yeni ildə və bu dəfə yeni tərkibdə, daha gözəl məkanda görüşümüz olacaq. Çox dərinə getməyəcəyik, sadəcə networking-i aramızda daha da yaymaq üçün birlikdə əylənəcəyik. Bizim bu tip tədbirlərimiz indiyədək səhv etmirəmsə, 10-dan çox olub. Və maraqlı bir fakt odur ki, bu tip tədbirlərimizdə çoxdan bir-birini görməyən dostlar da görüşür, yeni tanışlıqlar, yeni əməkdaşlıqların başlanğıcı olur. Sizi inandırım ki, başqa ölkələr də eyni mərhələlərdən keçiblər, onlarda hər şey indi göründüyü kimi birdən-birə yüksək səviyyəyə çatmayıb. Çox qısa zamanda Azərbaycanda iqtisadi sferada önəmli dəyişiklikləri də elə biz gənclər etməliyik. Əks halda özümüzdən sonrakılara problemlərdən başqa miras qoymayacağıq.
Qrupun qaydalarında dəyişikliklər edildi
 
Bildiyiniz kimi hazırda qrupun 9 bənddən ibarət qaydalar toplusu var. Onlardan bəziləri tamamilə yığışdırıldı, bəzilərinə isə dəyişiklik edildi. Dəyişikliklər aşağıdakı kimidir:
Qayda 1 – dəyişiklik edilmir.
Marketinq, Reklam, PR və bu sahəyə aid bölmələr xaric digər mövzularda paylaşım etmək olmaz.
Qayda 2 – “1 dəfə” və “eyni məzmunlu”sözü cümləyə əlavə edilir.
Şirkətlər, şəxslər və digər bazar subyektləri özlərinin qrupun təyinatına uyğun eyni məzmunlu xəbərlərini, kampaniyalarını, tədbirlərini, yarışmalarını, yeniliklərini və s. 1 dəfə paylaşa və müzakirəyə təqdim edə bilərlər.
Qayda 3 – bu bənd ləğv edilir. Əvəzində isə aşağıdakı cümlə ilə əvəz edilir.

Qrup üzvü gün ərzində ciddi zərurət olmadan dəfələrlə paylaşım etməklə digər üzvləri narahat etməməlidir. Bu bənd üzrə qrupda paylaşımlara nəzarət və məsuliyyət admin heyətinə aiddir. Admin heyəti bu tip postları müəyyən etdiyi halda ilk öncə xəbəradrlıq edərək, həmin postu silmək haqqına sahibdir.

Qayda 4 – xəbərdarlıq edilərək xaric edilir – sözü əlavə edilir.
Yazılan şərhlərdə təhqirə, kobud ifadəyə, qarşı tərəfə olunan hörmətsizliyə görə həmin şəxs qrupdan xəbərdarlıq edilərək xaric edilir. Eyni zamanda qrupun qaydalarına zidd hərəkət edən üzv adminlər tərəfindən xəbərdarlıq edilir, zərurət olarsa sonradan uzaqlaşdırılır.

 

Qayda 5 və 6 ləğv edilir. Onun mahiyyəti əvvəlki bəndlərdə verilib. Qayda 7 yeni qaydalarda 5-ci olaraq əvəzlənir.

 
Marketinq və onun alt bölmələri ilə əlaqəsi olmayan yazılar, tədbirlər , kurslar, videolar və bu tip paylaşımlar qrupdan silinəcək.
Qayda 6
İş və işçi axtarışı elanları yalnız Marketinq, Reklam və PR üzrə olarsa paylaşımına icazə var.
Qayda 7
İstənilən siyası, dini paylaşım silinəcək və müəllif qrupdan kənarlaşdırılacaq , müzakirələr zamanı kommentlərdə də bu kimi hallara rastlanarsa kommentlər də silinəcək. Qrup marketinq, biznes müzakirə platformasıdır. Siyasi və illegal məqsədlər üçün istifadə yolverilməzdir.
Əziz dostlar, hələlik bu qədər. Sonda çox sevdiyim bir sözü də qeyd edim – Hər kəsi razı salmağa çalışmaq ən böyük uğursuzluqdur. Qrup üzvləri olaraq əksəriyyətinizin rəğbətini fəaliyyətimizlə qazana bilmişiksə, nə gözəl. Yuxarıda yazdığım kimi, qrup adminləri tamamilə təmənnasız olaraq bu işə can, vaxt qoyan insanlardır. Və bu qrup hamımızındır, bir yerdə inkişaf etmək üçün əlimizdən gələni əsirgəməyək. Kimin düz, kimin səhv olduğunu isə yaxşısı budur zamana buraxaq. Zaman nələri ortaya çıxarmadı ki, bunu da çıxarmasın.
Növbəti dəfə daha faydalı olmaq ümidilə…
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

DMCBAKU2015 – Gün sayırıq

Əziz dostlar, Azərbaycanda keçiriləcək ilk dijital konfrans DMCBaku2015-in başlamasına 36 gün qalır. Təxminən avqustun sonlarından hazırlıqlara başlanılıb və 2 ay müddətində dostlarımız çalışır ki, bu faydalı missiyanın öhdəsindən layiqincə gəlsinlər.

Tədbirlər 0 Comments

Marketerlərin 2013 “Quba üsyanı” və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın

Tədbirlər 2 Comments

“Biznesdə Pandemiya” Onlayn Forumunda çıxışım

ARB24 kanalının bir ilkə imza ataraq Azərbaycanda ilk dəfə keçirdiyi “Biznesdə Pandemiya” onlayn forumunda spiker qismində çıxış etdim.  “Böhranın idarə olunmasında kommunikasiya”nın önəmi mövzusunu müzakirə etik.   Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın