Marketinq məktəbdən başlayır

Marketinq məktəbdən başlayır

2 ay bundan əvvəl Təhsil Nazirliyində işləyən bir tanışım maraqlı bir təklif verdi. Dedi ki, mən istəyirəm ki, pilot layihə olaraq məktəblərdə şagirdlərin praktik sahələri daha dərindən öyrənmələri, tanış olmaları üçün onları bu sahələrin adamları ilə görüşdürüm. Məni də bu səpkidə Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşə çağırmışdı. Məndən öncə isə həmin şagirdlər tanınmış bir audit şirkətinin menecerləri ilə görüşmüşdülər. Qısası məqsəd şagirdlərə onların anlayacağı dildən, sadə şəkildə marketinqi izah etmək idi. 1 həftə təxmini formatı beynimdə cızandan sonra təqdimatı hazırladım və adını da “Marketinq məktəbdən başlayır” qoydum. Aşağıda Sizə niyə bu adı qoyduğum və təqdimatın formatı haqqında qısa yazacam və eyni zamanda təqdimatın özünü paylaşacam.
Əvvəla onu qeyd edim ki, şagirdlər əsasən 9-11-ci sinifi təmsil edirdi. İlk əvvəl düşünürdüm ki, onlara bu tip layihələr məktəblərdə olan ənənəvi tədbirlərindən birini xatırladacaq və maraqları az olacaq. Lakin təqdimatdan sonra əmin oldum ki, məktəblərdə çox böyük potensial var, amma bu potensialı elə məktəblər özü öldürür. Məktəblərin şagirdlərin potensialını azaltması barədə növbəti bloqumda qeyd edəcəm. Onu da deyim ki, təqdimata dostum Coca-Coladan Emil Ələsgərovla getmişdim. O da maraqlı bir mövzuda şagirdlərlə söhbətləşdi.
Bir dəfə facebook statuslarımın birində yazmışdım ki, “uşaq vaxtı kosmonavt olmaq istəyirdim. Sonra fikrimi dəyişib 7-ci sinifdə tarixlə maraqlanmağa başladım. 9-cu sinifdə tarixdən hazırlaşmağa başladım. Sonra yenə fikrimi dəyişdim həkim olacam dedim və 1 il həkim olmaq üçün lazım olan fənlərdən hazırlığa getdim. 11-ci sinifdə isə nəhayət iqtisadiyyat sahəsi üzrə getmək qərarına gəldim. Və elə bu sahədə univeristetə daxil oldum, ilk illər dərslər maraqsız idi deyə, jurnalistikaya meyl etdim, xeyli yazdım-pozdum və sonra marketinqə gəlib çıxdım. Demək ki, mən elə əvvəldən axtarışda olduğum üçün marketoloq olmaq istəyirəmmiş. Sadəcə istəyə ad verəmmirdim” Sözüm ona ki, mənə də məktəbdə marketoloqlar gəlib marketinqin nə olduğunu asan dildən desəydilər mən də özümü çox dağa-daşa salmazdım. Bilərdim ki, mənimki marketinqdi. O səbəbdən bu yazıya da “marketinq məktəbdən başlayır” adını verdim. Məktəbdə insan istiqamətini düz götürə bilirsə, türklər demiş “nə mutlu ona”. Keçək təqdimata.
Təqdimatın ilk hissəsində qısa və kəsə yoldan 1-2 ifadə ilə marketinq ümumiyyətlə nədir, nə üçündür deyə şagirdlərlə bölüşdüm. İlk təəssüratlardır deyə çox dərinə getmədim. “Marketinqdə məqsəd pul qazanmaqdır, amma alver deyil”. Burdaca “al-ver deyil” sözünün üzərində çox durdum ki, sabah onu ticarətlə, satışla, al-verlə səhv salmasınlar. Pul qazanmaqdır deyəndə şagirdlər yerlərində tərpənməyə başladılar və suallar başladı nə başladı. Aşağıdakı təqdimatdan slaydları ətraflı izləyə bilərsiniz.
Təqdimatın ikinci hissəsində isə “Məktəbdə oxuduğumuz fənlər gələcək marketinq karyeramızda necə rol oynaya bilər ?” sualı ətrafında danışdım. Yəni şagirdlər məktəbdə hansı fənləri yaxşı oxusalar, marketinqin hansı sahəsində uğurlu ola bilərlər. Bu hissəsi onlara daha maraqlı gəlmişdi. Slaydda baxa bilərsiniz amma burada da qısaca həmin qeydlərimi sizinlə paylaşım.
Mənə görə, tarixi yaxşı oxuyan yaxşı PR menecer, rəsm, cizgi işlərindən anlayan qrafist, art direktor, ana-dili, ədəbiyyatı yaxşı bilən kopirayter, riyaziyyatı yaxşı bilən media planner, reklam agentliyində çalışa bilər, uşaqları bir yerə yığan, təşkilatçı biri yaxşı event menecer, tez ünsiyyət qurmağı bacaran şagird call-centerdə işləyə bilər, məsələn. Bundan başqa xarici dilləri yaxşı bilən brend menecer, dəqiq elmləri yaxşı bilən yaxşı satış mütəxəssisi ola bilər.
Sonda bir nəfər şagird durub dedi ki, mən heç bir fənni sevmirəm, bəs mən nə ola bilərəm? Mən də cavab verdim ki, elə əsl marketoloq sən ola bilərsən )))) Marağımı çəkən bir məsələ isə şagirdlərdən daha çox müəllimlərin diqqətlə dinlədiyinin şahidi oldum. Sanki yeni bir şey eşidirmiş kimi dinləyirdilər. Hətta təqdimat bitəndən sonra müəllimlərdən yaxınlaşıb oğlunun hansı sahəni seçməsi barədə məsləhət alanlar da oldu. Mən düşünürəm ki, biz menecerlər məktəblərdə tez-tez olmalıyıq. Bütün stereotiplər məktəbdən formalaşmağa başlayır. Yanlış formalaşan stereotipləri qırmaq üçün şagirdlər real, praktik insanlarla tanış olmalıdır. Axı, bu həyatda həmişə hər şey heç də kitabda yazıldığı kimi olmur. Elə deyil?!!!!

 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 1Comments

Mobil ticarət bazarı və müştəri özəllikləri + (Statistika və infoqrafika)

Bu gün dünyanın bir çox araşdırma şirkətlərinin saytını ziyarət etmə fürsətim oldu. Həftəsonu olduğundan rahat-rahat xeyli yeni araşdırmalar oxuya bildim. Bu gün onlardan ən sürətli inkişaf edən trend – mobil

Araşdırma 0 Comments

BCG-nin hesabatı: Lüksun Tərifi Dəyişir

Dünyada lüks bazarının böyüklüyü 1 trilyon avroya çatarkən lüks özünü yenidən təyin edir. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər lüks seqmentinə marağı daha da artırdı. The Boston Consulting Group (BCG) tərəfindən

Araşdırma 0 Comments

Televiziya kanallarına hansı vasitələrlə baxırıq?!

Azərbaycanda TV kanallarla bağlı ara-sıra araşdırmalar Sizinlə paylaşıram. Xüsusən ANS-in yoxluğunda hazırda TV kanallarımızda maraqlı yerdəyişmələr, fərqliliklər olacağı aydın görünür. Amma nə olur-olsun dəyişməyən bir şey var ki, biz yenə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın