Milli İnsan Resursları Forumu 2016 – fəxr edirik

Milli İnsan Resursları Forumu 2016 – fəxr edirik

Sevindirici haldır ki, artıq ölkəmizdə il ərzində biznes sektoruna aid tədbirlər əvvəlki illərlə müqayisədə xeyli artıb. İldə bir dəfə MMF, bir dəfə DMC, bir dəfə MİRF, 2 dəfə Marketing AİR – təkcə bunlar bizim yaxın ətrafımız tərəfindən təşkil edilir. Bundan əlavə də xeyli sayda aktivliklər, maarifləndirmə məqsədli seminarlar olur. SAT Group-un da ilboyu aktivliyini xüsusi qeyd etmək lazımdır. Onlar da öz növbəsində əsas fokusu həkimlərə verməklə nəhayət tibb sektoru üçün də ixtisaslaşmış marketinq təlimləri verirlər. Facemark.az isə ilboyu bu tip yerli və xarici tədbirləri məmnuniyyətlə işıqlandırmağa davam edir.

Bütün bunlarla biz səmimi qəlbdən fəxr edirik. Fəxr edirik ki, az da olsa, əlimizdən gələn nələrisə etmək üçün komfort zonamızı rahatlıqla tərk edirik. Kiçik bir sirr olaraq deyim ki, bu kimi işlərin əsas uğuru bilik və təcrübənlə yanaşı, faydanı da bölüşə bilməyindir. Biz və dostlarımız çalışırıq nə ediriksə edək həmişə hər tərəf qarşılıqlı fayda götürsün. Məncə, məhz bu xüsusiyyətə görə Allaha şükürlər olsun ki, neçə ildir ardıcıl olaraq onlarla söz-söhbətə, dedi-qoduya, hətta 2 devalvasiyaya baxmayaraq tempimizi artırmışıq ki, azaltmamışıq.

#MIRF2016 bu il 22 oktyabr Park Inn otelində keçiriləcək. Keçən ilki MİRF2015-i yəqin ki, çox dostlarımız xatırlayır. İlk dəfə idi ki, biz AİR olaraq o qədər HR-ı bir yerdə görürdük 🙂 O dəfə şərhlərimin birində də yazmışdım, yenə də deyim ki, HR-lar əslində çox yaxşı adamlardır, onlar bizi işə götürürlər 🙂 Zarafat bir yana, min cür əziyyət bahasına da olsa, Cabir Süleymanlı və Murad Maliki təbrik etmək lazımdır. Eyni zamanda bu il komandalarına yeni dostlar da əlavə edilib. Grow Center rəhbəri Telman, Vüsal Qasımov və Orxan Mirzə MİRF üçün zəhmətlərini əsirgəmirlər. Mirf2015-də böyük iş bacarmışdılar. Keçən ilki proqrama buradan göz ata bilərsiniz – http://2015.azmirf.com/proqram. Tədbirlə bağlı fotoşəkilləri facebook səhifələrindən də görə bilərsiniz: https://www.facebook.com/milliinsanresurslariforumu/photos/?tab=album&album_id=898514296928377 Keçən ilki foruma 142 fərqli şirkətdən 250 nəfərdən çox iştirakçı gəlmişdi. Onların arasında əsas yeri şirkət rəhbərləri, İR menecerləri və mütəxəssisləri, universitet rəsmiləri və tələbələr, eləcə də bir sıra media nümayəndələri var idi. Biz özümüz də iştirak edib böyük zövq aldıq. O ərəfədə dostumuz Tural Məmmədov də İnsan Resursları Forumu edirdi, heyf ki, orada iştirak edə bilmədim. Amma həmin tədbiri də alqışlayıram. Eyni istiqamət təxminən eyni vaxtda 2 forum etmək və hər ikisini də anşlaqla etmək çox sevindirir. Cabir və Murad hər ikisi də AİR iştirakçılarıdır, onların bu uğurları bizi hədsiz sevindirir və gələcək AİR-çilər üçün də ciddi stimul verir, motivasiya edir.

Təşkilatçılardan bir sıra məlumatlar aldım, istəyirəm onu Sizinlə də bölüşüm. Bu il MİRF2016-da panellər olmayacaq və çıxışlar spikerlərin özlərinin seçdikləri mövzular haqqında olacaq. İR-da avtomatlaşdırma, İR strategitasının qurulmasında əngəllər, Psixoloji müqavilə, İR-da koçinq, personal brendinq kimi maraqlı mövzular var. Taleh Yüzbəyovun çıxışı isə tədbirə biraz əyləncə qatmaq məqsədilə sketch tərzində olacaq. Çıxışlarla yanaşı, keçən ilki kimi spikerlərlə networkinq üçün, eləcə də onlara bol-bol suallar ünvanlamaq üçün iştirakçılara imkanlar veriləcək. Bu tip tədbirlər günbpyu davam edir, insan təbii olaraq yorulur. MMF-də həmişə axtarmışıq ki, nə edək ki, bir az əyləncə qataq, insanlar yorğunluqlarını atsınlar. Dostlarımız bu il MİRF2016-da bunu ediblər deyəsən. Amma demirlər ki, hələlik sürpriz olsun. Keçən il maraqlı hədiyyələri var idi. Bu il də forum iştirakçılarına öz sahələrinə aid maraqlı hədiyyə olacaq deyir Cabir. Görək.

Necə iştirak etmək olar?

Tədbirdə iştirak biletlədir. Biletləri www.azmirf.com internet saytından qeydiyyatdan keçərək və ya aşağıdakı nömrələrlə əlaqə saxlayaraq Grow Center-in Cəfər Cabbarlı 44, Caspian Plaza 1, 7-ci mərtəbədəki ofisindən əldə etmək mümkündür: 0124800944 / 0502545694
MİRF2016 spikerləri kimlərdir?
Bu ilki forumda çıxış edəcək spikerlərdən dəqiqləşənləri və tədbirdə çıxış edəcəkləri mövzu istiqamətlərini aşağıda yazıram. Əlavə məlumatı www.azmirf.com saytından da ala bilərsiniz.
    – Nahid Nəsirov –  Azersun Holdinq, İR avtomatlaşdırılması şöbəsinin rəisi.
    – Elçin Zeynalov – HR konsultant, (SOCAR, PSG Management Systems)
    – Fidan Əzimli – Alpha Consulting icraçı direktor (Embawood ex HR menecer)
    – Şölə Əkbərova – Modern Group İR idarəedilməsi departamentinin rəisi.
    – Afət Bağırova – Dəmirbank, İşə qəbul şöbəsinin rəisi.
    – Seymur Rəsulov – EBSCO, Regional Menecer (26 ölkə üzrə)
    – Şeyda Həsənova – Altes Group, İnsan resursları direktoru
    – Ruslan Ağayev – PSG Management Systems, Biznes konsultant
    – Taleh Yüzbəyov – Nar mobile əməkdaşı / Aktyor
    – Rəşad Məhərrəmov – Nar Mobile, İR təcrübələrinin tətbiqi şöbəsinin meneceri
Hələlik bu qədər. İnşallah, 22 oktyabr biz də komanda şəklində MİRF2016-də olub ilin HR trendlərini bu işin profesionallarından dinləyəcəyik. Siz də gəlin. Öyrənmək, öyrəndiyini təkrarlamaq və oifsdən kənara çıxıb həmkarlarla ünsiyyət heç vaxt gec deyil. Görüşənədək.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

#MIRF2016 bu il 22 oktyabr Park Inn otelində keçiriləcək. Keçən ilki MİRF2015-i yəqin ki, çox dostlarımız xatırlayır. İlk dəfə idi ki, biz AİR olaraq o qədər HR-ı bir yerdə görürdük :)

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Maliyyə və İnvestisiya Forumu 2017

2012-ci ildə ilk dəfə Marketing AİR təlimlərinə başlamaq üçün planlar quranda işlərin bu qədər böyüyə biləcəyini təsəvvür etməzdim. Zaman elə gətirdi ki, Marketing AİR mart ayında 10-cu dəfə olacaq ki,

Tədbirlər 0 Comments

Yığışın, gəlin bizə

07 yanvar 2017 – marketerlərin ənənəvi yeni il görüşü olacaq Marketinq Azərbaycan qrupu yaranandan ilboyu fərqli aktivliklər, görüşlər edirik. Xatırladım ki, qrup 2012-ci ilin avqustunda yaranıb və bugünə 11300-dən çox

Tədbirlər 0 Comments

24 mart marketinqdə yaz havası əsəcək

Artıq bir müddətdir ki, ən aktiv marketinq qrupu olan Marketinq Azərbaycanda xoş bir yaz havası hakimdir. Belə ki, mart ayı girərkən qrupun yaradıcılarından biri kimi cover şəklimizi necə kreativ dəyişək

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın