Mobilləşən rəqəmsal dünyamız haqqında yeni araşdırmalar
Dünən xəbər saytlarının birində oxudum ki, prezident İlham Əliyev xarici qonaqlarla görüşdə Azərbaycanda sosial mediada, konkret desək facebook və twitterdə 2 milyon insanın olduğu, ölkə əhalisinin də 75%-nin internetə çıxışı olduğunu deyib. Bu həm də onu göstərir ki, prezident aparatında da bu sahənin önəmini görür və araşdırırlar. Sosial medianın necə bir güc olduğundan danışmaq təkrarçılıq olardı. Bugünkü bloq yazımda rəqəmsal marketinq dünyamıza aid son bir həftədir oxuduğum bəzi məlumatları Sizinlə paylaşmaq istəyirəm. Məlumatlı olmayanlar üçün faydalı olacaq.
Əvvəlcə araşdırma…
Deməli, Zenith Optimedianın araşdırmasına görə 2018-ci ildə dünya üzrə internet reklamların 60%-i mobildə olacaq. Təsəvvür edin ki, 2012-də bu rəqəm 40%, 2016-da 68% olub. Hazırda mobil internet trafikinə görə İspaniya (85%) birincidir. Amma gözlənilir ki, 2018-ci ildə Honkonq (89%) birinci, Çin 87%-lə ikinci, İspaniya 86%-lə üçüncü olacaq. Digər bir maraqlı araşdırma da var. Belə ki, əgər 2012-ci ildə dünya üzrə smartfon istifadəsi 23% idisə, 2016-cı ildə 56% olub. 2018-ci ildə isə 63% olması gözlənilir. Təsəvvür edin ki, ölkələr üzrə smartfon istifadəsində İrlandiya 92%-lə birinci, Sinqapur isə 91%-lə ikincidir. Mən uzun-uzadı detalları yazmıram, amma qısa deyim ki, oxuduqlarımdan çıxan 2 vacib nəticə var: 1) Dünya sürətlə mobilləşir 2) yeni texnologiyalar icadı və istifadəsi sürətlə qərbdən şərqə doğru gedir. Daha doğrusu uzaq şərqə.
Yəqin ki, Siz də fikir verirsiniz ki, rəqəmsal platformalar arasında da qızğın rəqabət var. Məsələn, bu yaxınlarda facebook özü Linkedinin bazarına girmək istədiyini elan edib. Yəni FB-də yaxında JOBS funksiyası əlavə ediləcək. Burada şəxslər və şirkətlər iş elanları yaradıb onu sonradan reklama da qoya biləcəklər. Təsəvvür edin ki, Microsoft 26.2 milyard dollara Linkedini satın almışdı. Facebook da instagram və whatsappı almaqla əhatə dairəsini genişləndirdi. Bu platformalar ilk öncə ətrafına ciddi auditoriya yığır, söhbət milyarddan gedir. O vaxta qədər platformanın pul qazanması mövzu olmur. Bir şey ki, instagram neçə ildi var, amma mənfəətliliyə ilk dəfə keçən ilin sentyabrında çıxıb. O da instagramda reklam imkanı açılandan sonra. Sizcə, onlar bu qədər ildə çörəyi qulaqlarının dibinəmi yeyirlər ki, pulsuz iş görürlər. Yox, əlbəttə. 4-5 il gözləyib uğurlu olanı da olur, Myspace kimi batıranları da. Biz tarixən tacir, loru dildə desək “alverçi” olmuşuq deyə, xoşlayırıq ki, qoyduğumuz pulu tezcə çıxardaq və üstəlik qazanc da olsun. Uzunmüddətli bir az çətin və inandırıcı gəlmir. Amma get-gedə bizdə də düşünürəm ki, məsələlərə daha uzun müddətli effektivlik aspektindən yanaşacaqlar. Hətta bu proses başlayıb da demək olar. Bu belə.
Digər diqqətimi çəkən məsələ isə Google Creative Lab-ın yeni araşdırması oldu. Hətta deyərdim ki, bundan sonra indiyədək etdiyim bir çox səhvi də gördüm. Və bundan sonra o səhvləri təkrar etməməyə çalışacam. Bunlar nədir?! Deməli, GCL videoların internetdə, sosial mediada düzgün yerləşdirilməsinə aid yeni bir araşdırma edib. Və nəticədə 4-5 vacib qənaətə gəliblər ki, bunu hamımızın bilməsində fayda var. Başlayaq birincidən.
Uzunluq, ölçülər, izahlar platformalar üzrə fərqli olmalıdır
Deyək ki, Siz brendinizə, məhsulunuza aid video çarx hazırlatmısınız. İlk öncə 100% bu çarx əsasən TV-də göstərilmək üçün hazırlanır. Və adətən müddəti də uzun olur. Biz nə edirik? Həmin çarxı olduğu kimi həm tv-də, həm radioda, həm internetdə yerləşdiririk. Amma GCL deyir ki, hər platformanın istifadəçilərinin öz maraq kriteriyaları var. Yaxşı olar ki, ilk növbədə tv üçün çəkdiyiniz çarxı digər məcralara da onların xüsusiyyətlərinə uyğun adaptasiya edəsiniz. TV üçün ekran ölçüləri aydındır, Facebook, youtube videoları üzrə isə qeyd edirlər ki, horizontal videolar vertikaldan daha çox diqqət çəkir. Eyni zamanda tv üçün çəkilən çarxın internetdə yerləşdirilən versiyası mümkün olduğunca qısa olmalıdır. Çünki insanlar internetdə eyni anda çox iş görür, daha səbrsiz olur və buna görə də qısa olarsa, normal uzun çarxlara nisbətən +35% daha çox baxış almaq olur. Radio da həmçinin. Orada səs əsasdır. Görüntünün vermək istədiyi mesaja görə çarx tv-də uzun alınır, radioda isə bunu etməyə ehtiyac yoxdur. Amma baxın, qısa etmək o demək deyil ki, 50 saniyəlik videonun başından bir az, ortasından bir az, sonundan bir az kəs olsun 30 saniyə, vəssəlam. Xeyr. Bəzi yerlərdə kəsib mənanı tamamilə itirmək olar. Ona görə əsasən kadrların sürətini artırmağı məsləhət görürlər.
Videolarla bağlı digər vacib məsələ isə subtitrlərlə bağlıdır. Təklif edirlər ki, internetdə yerləşdirdiyiniz videolara tv-lərdən fərqli olaraq subtitr əlavə edin. Çünki internetdə, fb və ya youtube-da səssiz baxma imkanı, istəyi Tv-dən qat-qat yüksəkdir. Ona görə də çarıxınızın sosial media versiyasını subtitrlərlə yükləməniz daha çox baxış gətirəcəkdir. Subtitrlər ola bilər ki, həm kadrın altında kinolarda gördüyümüz kimi yazılsın, ola da bilər ki, kadrın istənilən uyğun yerində qısa sözlərlə izah xarakteri daşısın. Və təbii ki, ən sonda dəfələrlə eşitdiyimiz kreativ kontent durur. Bəli, nə ediriksə edək, verdiyimiz mesaj insanlara təsir etməlidir. “Ev istəyirsiniz? pulunuz yoxdur? Elə isə….” tipli reklam mətnlərinin dövrü keçdi artıq. Emosiya yarada bilən mesajlarla daha çox diqqət çəkə bilərik. Bəzən bütün ssenarini razılaşdırandan sonra ssenariyə uyğun mətn yazıldığını da görmüşəm təcrübədə. Halbuki ilk öncə kreativ mətn hədəf auditoriyaya ötürmək istədiyimiz mesaja uyğun hazırlanmalı, qalan hər şey bunun ətrafında planlaşdırılmalıdır.
Bugünlük bu qədər. İstədim yuxarıdakı məlumatları Sizinlə də paylaşım ki, bəlkə kiməsə faydalı olar.
Növbəti dəfə daha faydalı olmaq ümidilə…
Yazar haqqında
Editor review
Summary
Zenith Optimedianın araşdırmasına görə 2018-ci ildə dünya üzrə internet reklamların 60%-i mobildə olacaq. Təsəvvür edin ki, 2012-də bu rəqəm 40%, 2016-da 68% olub. Hazırda mobil internet trafikinə görə İspaniya (85%) birincidir. Amma gözlənilir ki, 2018-ci ildə Honkonq (89%) birinci, Çin 87%-lə ikinci, İspaniya 86%-lə üçüncü olacaq.
Həmçinin oxuya bilərsiniz
Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili
Hələ ötən aylarda Sizə yazmışdım ki, bu yaxınlarda Marketinq Azərbaycan qrupunun üzvlərinin təhlilini edəcəyik. Bilirsiniz ki, qrupumuz 2012-ci ildə yaranıb və artıq 5 ildir ki, sektora aid faydalı müzakirələr meydanıdır.
Oxu.az saytı ilə əməkdaşlığa başladıq
Əziz dostlar, son zamanlar aktiv şəkildə bloq yaza bilməsəm də yeni-yeni yazılar yazmaq üçün hər gün oxuyuram, araşdırıram. Mütaliə yazarlıqda şərtdir. Mütaliə, müşahidə və düzgün təhlil ilə siz ətrafınıza, fəaliyyət
Psixoloji qiymət qoyma növləri – bunu maa neçəyə verərsən?! (I hissə)
Qiymətləndirmə mürəkkəb və iqtisadi əsaslarla yanaşı psixoloji biliklər də tələb edir. Marketinqin 4P-nin 1 elementi olsa da satışların asılı olduğu ən vacib amillərdən biri, bəlkə də birincisidir. Ümumiyyətlə bir çox
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun