Niyə Satış Forumu?

Niyə Satış Forumu?

Hazırkı iqtisadi şəraitdə bir çox şirkətlər satışdan ciddi şəkildə asılı hala düşüb. Həm qlobal iqtisadi dəyişikliklər, həm də rəqabətin bu halda artması şirkətlərimizdən satışı artırmaqdan əlavə, ən pis halda öncəki satışları və bazar payını qorumağı tələb edir. Danılmaz faktdır ki, bu gün bir çox yerli şirkətlərimiz yaranmış şəraitə lazımınca uyğunlaşa bilmir. Bu özünü əsasən xərclərin optimallaşdırılmasında göstərir. Bunu edə bilməyən, etməkdə çətinlik çəkən şirkətlər son çarə olaraq qiyməti qaldırırlar. Təbii ki, deyə bilərsiniz ki, əsasən xaricdən gətirilmə xammalla çalışan subyektlərin qiymət qaldırmaqdan başqa çarəsi qalmır. Bu halın yaranmasının səbəblərinə getmədən, çıxış yolu kimi aktiv şəkildə operativ xərclərimizi optimallaşdırmalıyıq. Bununla parallel olaraq da mövcud bazar payımızı qorumalı, eyni zamanda rəqiblərin payından pay “”oğurlamağa” çalışmalıyıq. Yeni bazar, yeni müştərilər əldə etməkdən çox danışmıram. Çünki nəzəri olaraq yeni bazar, yeni müştəri satışı artırmaq üçün vasitə olsa da, bugünkü reallıqda bu 2 alət real görünmür. Yeni müştəri yoxdur, mövcud müştərilər də özlərini maksimum “sıxıb dayanıblar”.

Bütün bunları nəzərə alaraq bu ilin 11 fevralında ölkəmizin ilk tematik satış forumunu etmək qərarına gəldik.  Forumda müxtəlif sektorlarda çalışan satış rəhbərləri və eləcə də şirkət rəhbərlərinin çıxışı planlaşdırılıb. Spiker siyahısı ilə satforum.az saytından tanış olmaq mümkündür. Forumda eyni zamanda Türkiyədən ən məşhur brendinq ustası Güven Borça iştirak edəcəkdir. Satılan məhsulların müştərilər tərəfindən qəbul edilməsində brendin rolu əhəmiyyətlidir. Bu səbəbdən brendləşmə haqqında da dolğun məlumatlara ehtiyac var. Güven Borça bu sahədə yerli mütəxəssislərimizlə öz təcrübəsini bölüşəcəkdir. Güvən bəy, brendinq (marka danışmanlığı) sahəsində çox tanınmış mütəxəssislərdən biridir.  Bugünədək 7 kitabı nəşr edilib. Aşağıda isə onun Sat2017 iştirakçılarına video müraciətini izləyə bilərsiniz:

Dostlar, bilirsiniz ki, Milli Marketinq Forumu, Digital Marketing Conference, Marketing AİR, Digital AİR, Facemark.az, il ərzində bir neçə biznes-marketinq kitabları kimi proyektlər komandamız tərəfindən keçirilir. Bu ildən bu tip maarifləndirici layihələrə daha birini əlavə etmək qərarına gəldik – ölkəmizin ilk Satış Forumu SAT2017. Satış bu ərəfələr hamımıza hava-su kimi lazımdır. Yerli şərtlər daxilində bu işi uğurla görən, uğurlu gördüyünü düşünüb yanılan və s. keysləri dinləmək istəyirsinizsə, mütləq iştirak edin. Ölkəmizin biznes və satış mühitinin nə ilə nəfəs aldığını bilmək, həmkarlarınızla görüşüb müzakirələr aparmaq istəyənlər üçündür SAT2017. İnşallah, satış forumunu da bundan sonra illik olaraq etmək istəyirik. İrəlidə isə çox planlarımız var. Bir sıra tematik forumların üzərində işləyirik.

Çox az müddətdə hazırlaşdıq. 2012-2013-cü ildən bu işi görürük deyə illərin təcrübəsi də öz sözünü deyir. Çox sevinirik ki, bu müddətdə bizə dəstək olan komandamızla birgə böyüdük. Bu gün oturub o tədbirlərin video yazılarına günlərlə baxmaq olar. İndi baxanda düşünürsən ki, yaxşı ki, etmişik, yaxşı ki, çəkmişik. Nə qədər insan fərdi və ya ümumi görüşlər zamanı həm iştirak etməklə, həm izləməklə çox şey öyrəndiyini deyib. Bu çox gözəl hissdir – faydalı olmaq. Fürsətdən istifadə edib bütün komandamıza təşəkkür etmək istəyirəm. Facemark.az-ın Türkiyə təmsilçisi tələbə dostumuz Nicat isə Güven bəylə bütün danışıqları A-dan Z-yə aparmış adamdır. Az və ya çox bildiklərimizi paylaşaraq bugün böyük komanda ola bilmişik – ehtiyac olarsa, 1000-2000 nəfərlik tədbirləri də çox rahat şəkildə etməyə qadir komandamız var.

Sat2017-də bir çox yeniliklərimiz də olacaq. Hətta deyərdim 3 gözəl xəbər. Onlar haqqında indidən heç nə demirəm, iştirak edənlər bunu ilk eşidənlər olacaq. 

"Tez-tez soruşurlar ki, bu qədər işi eyni anda necə çatdırmaq olar?! Cavab çox sadədir – biz komanda olaraq heç vaxt edilən haqsız tənqidlərdən demotivasiya olmadıq. Haqlı iradların hamısını qəbul edib dəyişdik. Dayanmadan öz üzərimizdə işlədik, öyrəndik. Öyrəndiklərimizi, az bildiklərimizi sevə-sevə paylaşdıq. Mən olmadıq, həmişə BİZ dedik, BİZ olduq. Və.. Və ən əsası etdiklərimiz üçün heç kimdən heç nə gözləmədik. Gələcək necə olacaq bilmirik, amma bu gün üçün də edə biləcəklərimiz bunlardır. İnşallah, daha yaxşısını etmək üçün Allah bizə güc verər. "

Sirrimiz

Satış Forumu bu il daha fərqli məkanda – Akademik Milli Dram Teatrında keçiriləcək. Çox möhtəşəm zalı var. Elə bu şəkilə baxmaq bəs edir 🙂

16178767_1399529793391440_4438341800771015016_o

 

Bütün digər məlumatları satforum.az saytından əldə edə bilərsiniz. Biletləri əldə etməyin yolları isə aşağıdakı kimidir. 11 fevral, şənbə günü görüşənədək.

16114019_1398545350156551_5892586468952129412_n

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bu ildən bu tip maarifləndirici layihələrə daha birini əlavə etmək qərarına gəldik - ölkəmizin ilk Satış Forumu SAT2017.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

“Bugünün Marketinqi” kitabı “Booktreyler” müsabiqəsində

Əziz dostlar, bu il ilk dəfə olaraq Azərbaycanda “Buktreyler Festivalı” keçiriləcək. Festivalın saytı – www.booktrailer.az, facebook səhifəsilə isə bu linkdən tanış ola bilərsiniz – https://www.facebook.com/BooktrailerFest . Festival Beynəlxalq Kitab Günündə, yəni 23

Tədbirlər 0 Comments

MMF2017-də FMCG və Dağıtım panelini niyə izləməlisiniz

Dostlar, artıq MMF2017-yə 3 gün qalır. Komanda olaraq sürətlə foruma hazırlaşırıq. Təşkilati işlərin ağırlığı öz yerində, amma foruma həm də moderator kimi hazırlaşmaq çox çətindir, gərgin zəhmət tələb edir. Foruma

Tədbirlər 0 Comments

Marketing AİR 8-ə xoş gəldiniz

01 mart 2016-cı ildə 8-ci Marketing AİR təlimləri başlayır. Səhv eşitmədiniz? Nə az-nə çox düz 8-ci dəfə olacaq ki, praktiki marketinq təlimləri davam edir. Sakit başla oturub düşünəndə adama qəribə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın