Sən gözəlsənsə, həyat gözəldir!

Bəli, son 1 aya yaxındır ki, dilimizdən bu söz düşmür. Televiziyanı açırsan tv-də, radioda, internetdə, facebook, instagram isə öz yerində. Hər yerdə bu sloqanla İdealın yeni imic reklamı gedir. Bugün bu bloq yazımda İdealın yeni imic reklamından yazacam.

İdealda marketinq karyeramın ən gözəl 7 ilini keçirmişəm. Ona görə də bu şirkət mənim üçün çox əziz və doğmadır. Baxmayaraq ki, hazırda orada çalışmıram, şirkətin yenilikləri, uğurlarına səmimi qəlbdən çox sevinirəm. Dostlar, indiki şəraitdə, yeni iqtisadi cəhətdən vəziyyətin o qədər də yaxşı olmadığı bir vaxtda şirkət 360 dərəcə yeni kommunikasiya ilə imic reklamı çəkib yeni mövqeləndirmə ortaya qoydu. Son belə imic kampaniyası 2011-ci ilin payızında olmuşdu. Aşağıda həmin reklama baxa bilərsiniz. AlametiFarika reklam agentliyinin rəhbərliyi ilə Kala Film çəkmişdi.

O zaman yadımdadır ki, bu reklamla İdeal tamam yeni bir pilləyə qədəm atdı. O ana qədər hələ də Sabinanın hökmranlığına inanan bir çox adam İdealın artıq o İdeal olmadığını gördü və müştərisinə çevrildilər. Sizə səmimi deyim ki, hər kəsdən öncə loyallıq sisteminin buraxılması ilə artıq Sabinanı qabaqlamışdı. Amma bu önə keçmə vizual olaraq da beyinlərə oturmalı idi. Bu reklam bunu bacarmışdı. Hətta bir dostumuz Sabinanın ofisində belə işçilərin bu mahnını oxuya-oxuya gəzdiyini demişdi. Marketinq öz bəhrəsini tez vermir, amma ona sistemli olaraq yanaşanda nəticə gec-tez ortaya çıxır. Mən İdealdan ayrılanda şirkətin artıq 200-250 min illik loyal müştərisi var idi. Şirkət ilə 35 kampaniya ilə bütün digər şirkətləri də geridə qoyurdu. Operativlik, rəhbərliyin adekvat münasibəti və nəticəyə fokuslanması uğuru gətirirdi. İlk taksit layihəsi ilə də ölkə marketinqində və bank sektorunda çalxalanma yarada bilmişdi İdeal.

Bəli, indi aradan 5 il keçir. 2016-cı ilin oktyabr ayının 7-də bazara yeni tizer girir – “Həyatı gözəlləşdirməyə çox yaxınsınız” sloqanı ilə. Facebookda “sən gözəlsənsə, həyat gözəldir” facebook səhifəsi açılır, instagramda da eyni adlı hesab yaradılır. 10 gün ərzində 1 milyona yaxın insan bu iki hesab və çöl reklamları ilə “görəsən bu nədir” deyə düşünməyə başlayır. Bu məhz İdealın yeni imic reklamının tizeri idi. İmic reklamının detalları haqqında facemark.az-da yazılıb. Oxumayanlar buradan oxuya bilər. Qısaca deyim ki, reklamın kreativ konsepti Türkiyənin “Havas Media” reklam agentliyinə məxsusdur. İstehsal isə ANİMA-ya məxsusdur. Bakıdakı çəkilişlərində gecə yarı saat 4-ə qədər iştirak edən biri kimi deyim ki, komandanın professional yanaşması, qısa müddətdə bir kadrı yüz dəfə çəkmələri həmişəki kimi türk reklamçıların işinə sevərək yanaşdığını bir daha sübut etdi.

Bu arada onu bildirim ki, mənim İdeal ilə doğma münasibətlərim qalmaqdadır. Ona görə də həvəslə yeni imic kampaniyasının başlanğıcından işin içində oldum. Bərabər müzakirələr aparıb optimal yol xəritəsini hazırladıq. Xumar xanımın rəhbərliyində İdealın marketinq komandasının dəstəyini isə xüsusi qeyd etməliyəm. Bir də təbii ki, idealın bəxti bir az da onun İlqar müəllim kimi rəhbəri olmasında çox gətirib. Həyatımda ən zəhləm gedən şey yaltaqlıqdır, amma bu adamın satışı damarlarından axan qədər əla hiss etməsi, riskləri qəbullanması, inamı insanı valeh edir. Bir marketoloq üçün isə belə rəhbər həqiqi mənada tapıntıdır. Keçək indi kampaniyanın gedişatına. İlk öncə tizerlə maraq oyatdıqdan sonra 18 oktyabr müstəqillik günündə İdeal düz 5 il aradan sonra növəbti imic reklamını buraxdı. Bu reklama da yuxarıda baxa bilərsiniz.

Ona qədər qeyd edim ki, tizer üçün açılmış facebook və instagram səhifələrində “Sizcə nə gözəldirsə, həyat gözəldir?” deyə fanlara müraciət edildi. Alınan 10 000-dən çox cavab toplanıb arasında 100-dən çox daha maraqlı cavab seçildi. Və indi də tizer üçün açılan facebook və instagram hesablarında fanlardan gələn maraqlı cavablar yayımlanmaqdadır. Tizer üçün açılmış facebook hesabı – https://www.facebook.com/sengozelsenseheyatgozeldir/?fref=ts və instagram hesabı – https://www.instagram.com/sen_gozelsense_heyat_gozeldir/ Bu keçidlərdən fanlardan gələn maraqlı cavabları xüsusi hazırlanmış şablonda görə bilərsiniz. Dediyim kimi oktyabrın 7-dən başlayaraq səhifədə toplam 1 milyona yaxın “page reach” var. Bu səhifələrdə bundan sonra da şirkətin maraqlı sosial aktivliklərinin keçirilməsi nəzərdə tutulur.

Sən gözəlsənsə, həyat gözəldir – nə deməkdir?

Yuxarıda yazdığım kimi kampaniyanın əsas sloqanı – sən gözəlsənsə, həyat gözəldir. Reklamda Siz 3 bir-birindən fərqli tərzdə geyinən, davranan xanım görürsünüz. Bu ona işarədir ki, hətta fərqli tərzdə insanların da ortaq gözəl göründüyü məkan İdealdır. Əgər bir insan gözəl görünürsə, gözəl düşünürsə, onun üçün həyat da gözəl görünər. Həyata daha pozitiv baxar, daha şən olar. İnsanların indiki zamanda əhvalının o qədər yaxşı olmadığı vaxtda reklam insanda xoş təbəssüm yaradır, hətta bir az da düşündürür. Gələcək 6 ayda minimum sloqanın fərqli variasiyaları ilə satış, promotion xarakterli aktivliklər olacaq. Məsələn, yeni ildə Sən gözəlsənsə, yeni il də gözəldir adına uyğun konsept hazırlanacaq. Burada şirkət yeni şərtlərə tam ayaq uyduraraq vermək istədiyi mesajı belə verir – bizim üçün müştəri ən uca dəyərdir. Onun özünü yaxşı hiss etməsi üçün şirkət əlindən gələni edəcək. Çünki müştəri özünü yaxşı hiss edərsə, həyat da, ətraf aləm də ona xoş təsir bağışlayacaq, gözlənilməzliklərə, çətinliklərə qarşı daha mübariz olacaq. Müştərilərlə emosional bağ qurulması da əsas hədəflərdəndir. Məsələn, indi baxıram təkcə facebookda 580 000 insan yeni imic reklamına baxıb. Ümumilikdə post reach -700 000-dir. İdealın 07 oktyabrdan bu tərəfə facebook səhifəsinin ümumi reach sayı isə 3 milyonu keçib. Eyni qaydada instagram səhifəsində də reklama 400 mindən çox adam baxıb. Xatırladım ki, reklam ticarət mərkəzlərində, küçə reklamlarında, metrolarda, kinoteatrlarda, ən məşhur internet saytlarda yayımlanır. Demək olar ki, yarım ay ərzində bütün məcralar üzrə təxmini insanı əhatə etməsi 3 milyon 600 min insandır. Bu isə yumşaq desək o deməkdir ki, artıq bütün Azərbaycan görüb. Mağazalarda aktivliyin artması da, reklama gələn ilkin təəssüratlar da işin uğurlu olmasını deməyə əsas verir. 471 nəfər bu ana facebookda reklamı paylaşıb. Bu arada onu da vurğulayım ki, indi baxırdım kimlər paylaşıb. Aralarında bəzi tanış simaları da gördüm. 🙂 Paylaşaraq “ideal axır ki, daha səviyyəli reklam çəkdi, əvvəlki marketinq bərbad falan” tipli yazanlar var idi. O adamları da şəxsən tanıdığımdan, “bu dəfə də yandırdınız” deməkdən başqa əlimdən bir şey gəlmir 🙂 Eybi yox, olan şeydir. 6400-dən çox bəyənmə, 300-ə yaxın şərh. 99% pozitiv şərhlər olduğuna görə insanlara xoş təsir bağışladığını deyə bilərik.

Artıq bundan sonra şirkətin güclü kreativ konseptdən uzaqlaşmamaqla güclü satış kampaniyaları hazırlaması, eyni zamanda bir çox məhsul və xidmətlərini yeni konseptə uyğunlaşdırması lazımdır. Güclü marketinq və crm dəstəyi indiki çətin iqtisadi şəraitdə, hamının sakitliyə çəkildiyi vaxtda şirkəti daha irəliyə aparacağına inanıram. Yenə də deyirəm ki, ilin-günün bu vaxtı belə bir kampaniya ilə belə bir büdcəyə çox az adam riskə gedərdi. Ancaq mən də hesab edirəm ki, bu olmalı idi, bəlkə də bir il gecikib hətta. Reklam hələ daha yarım ay bütün məcralarda yayımlanacaq. Mağazalarda və satışlarda özünü necə göstərməsi haqqında isə daha sonra yazacam. Hələlik, imici dəstəkləyəcək daha effektiv marketinq, crm alətlər üzərində işləmək lazımdır. Bunun üzərində də iş getməkdədir.

Bayağı reklamların bol olduğu bir vaxtda gözümüzü oxşayan reklam, qəlbimizə yol tapan sloqanla İdeal etdi yenə edəcəyini. Halal olsun! Sükanı belə saxlayın. Fəxrlə deyə bilərəm ki, bugün Azərbaycanın 1 nömrəli parfum və kosmetika mağazalar şəbəkəsi məhz İdealdır. İstər marketinqi, istər idarəetməsi, istər mağazaları, istərsə də məhsulları ilə nəinki öz sektorunda, digər sektorlar üçün örnək olacaq işlər görüb və görməkdə də davam edir.

P.S. Bu arada yaxında idealın bloqerlərlə bağlı yeni və çox maraqlı bir müsabiqəsi gəlir. Bizi izləyin…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

SƏN GÖZƏLSƏNSƏ, HƏYAT GÖZƏLDİR! Bəli, son 1 aya yaxındır ki, dilimizdən bu söz düşmür. Televiziyanı açırsan tv-də, radioda, internetdə, facebook, instagram isə öz yerində. Hər yerdə bu sloqanla İdealın yeni imic reklamı gedir. Bugün bu bloq yazımda İdealın yeni imic reklamından yazdım.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Son 3 aya əsasən 4 böyük bankın facebook fan səhifə təhlili! Kim neçəncidir?!

Ötən bloqumda yazdığım kimi Socialbakerslə əməkdaşlığım çərçivəsində aylıq mütəmadi olaraq Azərbaycan və xarici şirkətlərin sosial media aktivliyini müqayisə edəcəm. Məqsəd həmin şirkətlərin öz fəaliyyətini təhlil edib səhvlərini düzəltməsi, güclü tərəflərini

Digital 0 Comments

“Socialbakers” rəsmi bloger partnyoru oldum

Əziz dostlar, ötən həftə dediyim kimi sosial mediya üzrə məşhur analitik mərkəz olan “Socialbakers”in Azərbaycan üzrə bu aydan etibarən bloger partnyoruyam. Qarşılıqlı əməkdaşlıq çərçivəsində mən hər ay istənilən 4 Azərbaycan

Araşdırma 0 Comments

Siyasi reklam və seçki marketinqi

Milli Məclisə növbədən kənar seçkilərin keçiriləcəyi bir ərəfədə seçki texnologiyaları, daha dəqiq desək seçki marketinqi ilə bağlı yazmağın faydalı ola biləcəyini düşünürəm. Marketinq və PR alətlərindən müxtəlif məqsədlər üçün istifadə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın