şəkilsiz yazılar seriyası

İş və həyat təcrübəsi göstərir ki, şirkətdaxili iclaslarda kimin danışdığı ilə yanaşı kimin susduğu da çox önəmlidir.

Xüsusən böyük holdinqlərdə, böyük təşkilatlarda iclaslarda susanlara xüsusi diqqət etmək lazımdır. Adətən belə yerlərdə çox adam ilk danışıb “minaya basma” ehtimalından ehtiyat edir. Rəhbər şəxsin nüfuzu artdıqca və ya siyasi manevrlərin meydan suladığı mühitlərdə ətrafı onunla ünsiyyətdə çox diqqətli və seçici olmağa başlayır.

Və belə situasiyada ən böyük risk rəhbərin səhv qərar vermə ehtimalından daha çox ümumiyyətlə düzgün məlumatı heç vaxt əldə edə bilməməsidir. Ona görə də rəhbərlər daim məlumatı müxtəlif mənbələrdən əldə etməli, bir mənbəni başqa bir mənbə ilə yoxlamalıdır. İnformasiyanı yalnız bəlli çevrədən aldıqca get-gedə informasiya blokadasına düşüb həqiqətdən də yavaş-yavaş uzaqlaşa bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir