Satan fikirlər

Satan fikirlər

Dahi şairmiz Füzuli deyirdi ki, “bu dünya hər kəsin öz malını satdığı bir yerdir”. Həqiqətən də biz zamanızı, qabiliyyətlərimizi, ideya və fikirlərimizi “sataraq” pul qazanırıq. Fikirlər müxtəlif məqsədli düşünülə və deyilə bilər, mən bu yazıda satışımıza müsbət təsir göstərə biləcək fikirlərdən, yəni satan fikirlərdən yazmaq istəyirəm.

Satış dünyanın hər yerində eyni cür işləmir. Hər millətin psixologiyası müxtəlif olduğu üçün onların alış qərarları, onlara təsir edən amillər də fərqli olur. Məsələn, Almanlar intizam məsələsində çox həssas, iralndiyalılar isə tam tərsidir. Fransızlar isveç və finlərlə müqayisədə daha analitik düşüncə tərzinə sahibdir. İngilislər gec bəyənən, gec qərar verən tipdir. İsveçrəlilər simic olduqları üçün ödəmə məsələlərində uzunçuluq edir, yaponlar isə dəqiq və qaydalara uyğun hərəkət etməyi sevir. Norveçlilər qərar verəndə ortaq qərar almağı daha çox sevirlər. Ərəblərlə iş görürsüzsə, danışıq zamanı ayağını ayağının üstünə qoymaq hörmətsizlik kimi qəbul edilir. Hansısa ölkədə yeməyi sona qədər yemək mədəniyyətsizlik sayılır, hansısa ölkədə qabda nəsə saxlamaq hörmətsizlik kimi qəbul edilir. Satış işində satıcı alıcısına oxşamaq məcburiyyətindədir.

Bəs biz niyə satın alırıq?! İnsanlar adətən 4 səbəbə görə satın alır:

  1. Ehtiyaclarını qarşılamaq üçün
  2. Verilən bir təklif sayəsində hər-hansı fürsətin fərqinə vardıqları və onu əldə etmək istədiyi zaman
  3. Ehtiyacı olmasa da şüuraltı emosional səbəblərə görə
  4. Göstəriş üçün

Əvvəlki yazılarımdan fərqli olaraq 1 fikir 1 cümlə prinsipi ilə gedərək özüm üçün müəyyən etdiyim bəzi “satan fikirlər” hesab etdiklərimi aşağıda paylaşıram:

  1. Malı almayan müştəri deyil, sata bilməyən bizik
  2. Malın qiymətini salmaq əvəzinə, müştəriyə verəcəyimiz dəyəri artırmalıyıq
  3. Əlimizdən qaçan balıq həmişə böyük olur, biz nə qədər çalışsaq da həmişə deyəcəklər ki, ən böyük fürsəti qaçırmışıq
  4. Satış adamının dünya görüşü olmalıdır. Ölkəsində və dünyada baş verən hadisələrdən xali olması satış etməsinə ancaq faydalı ola bilər
  5. Müştəri şikayətinin yayılması məmnuniyyətin yayılmasından 5 dəfə daha çoxdur
  6. Satış adamının ən yaxşı bacarmalı olduğu şey – “networking”dir. Onun üçün aşağıdakı məsələlərə xüsusi diqqət etmək lazımdır;
  • Dəvət edildiyiniz yerə hamıdan öncə getmək lazımdır, gecikmək olmaz
  • Getdiyiniz yerdə ancaq tanışlarla söhbət etmək olmaz, mənasızdır. Tanımadığınız adamları tanımağa çalışın
  • İlk görüşlərdə uzun-uzun özünü ifadə, müzakirə və s. edən adamlara qulaq asmırlar
  • Üz daimə gülümsəməlidir
  • Ünsiyyətə girmək istədiyiniz adam istəksiz görünürsə, vaxt itirməyin
  1. Müştəri ilə olan mübahisənin qalibi yoxdur. Vorlden deyirdi ki, “mübahisə vaxtı mütləq son sözü siz demək istəyirsizsə, “deyəsən, haqlısınız” deməyə çalışın”.
  2. Satış adamı pozitiv olmalıdır. Əksi mümkün deyil. Ən ağır şərtlər altında belə fürsətə fokuslanmalıdır nəinki maneələrə. Ümumiyyətlə fürsət və maneə ardıcıl düzülür. Pozitiv baxan əngəlin önündəki fürsəti, pessimist baxan isə fürsətin arxasındakı əngəli görər.
  3. Satıcı iş fəaliyyəti boyu 3 şeyin nəbzini tutmağı çox yaxşı bacarmalıdır: şirkətin nəbzi, sektorun nəbzi, müştərinin nəbzi
  4. Bura qədər oxumusuzsa, 10-cu satan fikri də Siz yazın.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 501 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

“mübahisə vaxtı mütləq son sözü siz demək istəyirsizsə, “deyəsən, haqlısınız” deməyə çalışın”

Həmçinin oxuya bilərsiniz

Oxu.az saytı ilə əməkdaşlığa başladıq

Əziz dostlar, son zamanlar aktiv şəkildə bloq yaza bilməsəm də yeni-yeni yazılar yazmaq üçün hər gün oxuyuram, araşdırıram. Mütaliə yazarlıqda şərtdir. Mütaliə, müşahidə və düzgün təhlil ilə siz ətrafınıza, fəaliyyət

Marketinq 0 Comments

Böhran zamanı internet televiziya niyə effektivdir?

Böhran dövründə marketinq kommunikasiya üsulları ciddi dəyişikliyə uğrayır. Uzun müddətdə effekt verən vasitələrlə müqayisədə qısa müddətdə effektli olan vasitələrə üstünlük verilir. Nəticədə adi vaxtda edilən bir çox xərclər böhran dövründə

Marketinq 0 Comments

Expert TV-də 7 suala video cavab

Bir müddət öncə Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Experttv.az kollektivi tərəfindən qonaq kimi dəvət edilmişdim. Maarifləndirici və çox faydalı bir video portal olan Expert tv-də Siz özünüz üçün maraqlı olan xeyli

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın