Şəkilsiz yazılar seriyası #14 – Terminoloji inflyasiya
Laura Empsonun Oxford kitabxanası tərəfindən yayımlanan bir kitabında maraqlı bir şərhə rast gəldim – TERMİNOLOJİ İNFLYASİYA
Nədir terminoloji inflyasiya?! Əksərən mahiyyət eyni qalmaqda eyni predmetə fərqli, yeni termin əlavə etməkdir. Əvvəlki terminlər isə müəllifin dili ilə desək, “köhnəlir”, “terminoloji inflyasiyaya” uğrayır. Hətta bu şərhə yüksək elmi müstəvidə rast gəldiyim üçün, əvvəllər nisbətən çəkinə-çəkinə dediyim bir sözü, indi daha inamla ifadə etmək istərdim: Agile falan söz oyunudur, bildiyimiz şeyə bir az daha havalı ad qoymaqdan başqa bir şey deyil. Bir vaxtlar yazmışdım ki, normal iclas edib qərar ala bilməyən şirkətlər var ki, dindirsən deyir, bizdə agile idarəetmə var, amma agile işin harasındadır bilmək olmur.
Yenə bir vaxtlar yazdığım ifadəni təkrarlamaqda fayda var: 𝐁𝐢𝐳𝐧𝐞𝐬 𝐩𝐫𝐨𝐬𝐞𝐬𝐥ə𝐫𝐢𝐧 𝐢𝐝𝐚𝐫ə𝐞𝐝𝐢𝐥𝐦ə𝐬𝐢 𝐬𝐨̈𝐳𝐮̈𝐧𝐝ə 𝐚𝐫𝐝ı𝐜ı𝐥𝐥ı𝐪 𝐧𝐞𝐜ə𝐝𝐢𝐫𝐬ə, 𝐦ə𝐧𝐭𝐢𝐪 𝐝ə 𝐨𝐝𝐮𝐫. 𝐁𝐢𝐫𝐢𝐧𝐜𝐢 𝐛𝐢𝐳𝐧𝐞𝐬, 𝐫𝐞𝐚𝐥 𝐛𝐢𝐳𝐧𝐞𝐬 𝐨𝐥𝐦𝐚𝐥ı𝐝ı𝐫, 𝐬𝐨𝐧𝐫𝐚 𝐨𝐧𝐚 𝐩𝐫𝐨𝐬𝐞𝐬 𝐲𝐚𝐳ı𝐥𝐦𝐚𝐥ı, 𝐝𝐚𝐡𝐚 𝐬𝐨𝐧𝐫𝐚 𝐢𝐬ə 𝐲𝐚𝐳ı𝐥𝐦ı𝐬̧ 𝐩𝐫𝐨𝐬𝐞𝐬𝐥ə𝐫ə 𝐮𝐲𝐠̆𝐮𝐧 𝐨𝐥𝐚𝐧 𝐛𝐢𝐳𝐧𝐞𝐬𝐢 𝐢𝐝𝐚𝐫ə𝐞𝐭𝐦ə𝐥𝐢𝐲𝐢𝐤. Bu ardıcıllığı pozanda ortaya süni bir şey çıxır. Biznes məntiqi olmayan prosesdə hansısa şöbənin qabağına AGİLE yazanda dönüb agile olmur.
Terminoloji inflyasiyanı başqa bir misal üzərindən də izah edək; Biz universitetdə oxuyanda ticarət kitabları bir anda dönüb marketinq olmuşdu. Hətta universitetdə ticarətə aid bir neçə kitabı olan müəllim, 1 il sonra marketinqə dair qalın bir kitab yazmışdı. İçi amma daha çox ticarət sözü idi. Sanki ticarət sözünü marketinqlə əvəz etmişdilər. Marketinq müasir termin idi, o dövrdə isə adına təbliğat-təşviqat falan deyib yola verirdilər. İndi idarəetmə, menecment, liderlik anlayışları da çox qarışıb. Müəssisənin idarəedilməsi deyiləndə köhnə bir şey, menecment deyiləndə sanki təzə bir termin, təzə bir nəsnə olduğu təəssüratı yaranırdı. Bir sözlə, yeni terminlər çıxır, köhnə terminlər isə bu yenilərlə əvəzlənir. Əksər vaxt mahiyyət eyni qalsa da, yeni terminlər daha “cool” göründüyünə görə diqqət çəkir. Həqiqətən də uzun müddət idarəçilik əvəzinə liderlik terminini gətirib xeyli kitab sata bilmişdilər. Oxuyurdun baxırdın ki, içi aşağı-yuxarı eynidir. Digər sahələrdə də bu yanaşmanı görmək olar. Məsələn, ictimaiyyətlə əlaqələr çevrilib olub korporativ əlaqələr, daxili kommunikasiya. Personal idarəetməsi çevrilib insan resursları idarəetməsi və s. Həqiqətən də universitet vaxtı o qədər terminin izahını əzbərlədiyimiz üçün nə qədər səhv etdiyimizi indi anlayıram. Bir şey ki, vahid tərif anlayışı yoxdur. Mövzuya aid olmasa da haşiyə çıxım ki, biz oxuyan vaxt “iqtisadi islahatlar” dərsimiz var idi, orada yaxşı oxuyan tələbə hansı qanunun hansı vaxt və bəzən neçənci oxunuşda qəbul edildiyini bilənə deyirdilər. İndiki uşaqlar da dərsin yeni metodlarla tədrisindən falan danışır, daha doğrusu gileylənir. 𝐁𝐢𝐳𝐢𝐦 𝐧ə𝐬𝐢𝐥 𝐡ə𝐪𝐢𝐪ə𝐭ə𝐧 𝐝ə 𝐤𝐞𝐜̧𝐢𝐝 𝐝𝐨̈𝐯𝐫𝐮̈𝐧ə 𝐭ə𝐬𝐚𝐝𝐮̈𝐟 𝐞𝐭𝐦𝐢𝐬̧𝐝𝐢. 𝐊𝐢𝐦 𝐤𝐢𝐦ə 𝐧ə𝐲𝐢 𝐧𝐞𝐜ə 𝐠ə𝐥𝐝𝐢 𝐤𝐞𝐜̧𝐢𝐫𝐝𝐢𝐫𝐝𝐢.
Əlqərəz, kökü olmayan iş su üstündə yazı kimidir. Köklü işlər görək, biz olmasaq da, tarix və kapitalist sistem ona bir ad verib sizi fortune500-ə falan salacaq, adınızdan kitab dərc edib, universitetlərdə tədris edib pul qazanacaq. O vaxt öz tikdiyiniz özünüzə möcüzə gəlsə, təəccüblənməyin.
P.S. Mənbə: Laura Empson – “Leading Professionals: Power, Politics and Prima Donnas”
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Sakit Səmədovla “Biznesdə keçərli olan həyat prinsipləri” video müsahibəsnin qısa xülasəsi
Əziz dostlar, sosial şəbəkələrdə Sakit Səmədovla olan saat yarımlıq videoya böyük marağınızı nəzərə alaraq, həmin canlı yayımın 6 dəqiqəlik qısa xülasəsini Sizə bloqumda təqdim edirəm: Facebook Comments
Haber Global-ın CEO-su Məmməd Gülməmmədovla canlı müsahibəm
Mövzu: Media – gözləntilər, yeniliklər, problemlərdir. Facebook Comments
“IKIGAI”yə çatmaq
IKIGAI fəlsəfəsinə görə uzun yaşamağın sirri səhər Sizi yuxudan qaldıracaq səbəblərin çoxluğu ilə ölçülür. Həmin fəlsəfəyə görə aşağıda sadalanan 4 şey bir yerdə bizi IKIGAI-yə, yəni uğur və xoşbəxtliyə çatdırır;
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun