“Sonuncu müştəriyədək xidmətinizdəyik”
Bu yaxınlarda çalışdığım İdeal parfum və kosmetika mağazaları şəbəkəsində belə bir addım atmaq qərarına gəldim. Mağazaların giriş qapılarında olan standart açılış-bağlanış saatı olan lövhələrdən fərqli formada istifadə etmək lazım idi. Qapılardan təbii ki, ən çox müştərilər girib-çıxdığından onlara xoş gələn, müştəri məmnuniyyətinə işləyən bir “mesaj” lazım idi. Bu səbəbdən mağazaların qapılarında “sonuncu müştəriyədək xidmətinizdəyik” sözü yazılmış fərqli lövhəciklər asdıq. Artıq bütün mağazalarımızda bu tətbiq olunmaqdadır. Dünənə qədər və elə yarandığımız gündən də mağazadan son müştəri çıxanadək işləmə və bütün müştərilərə maksimum servis prinsipi üzərində işlədiyimizdən daxili işçilər üçün bu yenilik olmasa da, müştərilərin xoşuna gələcəyini düşünürəm. Onlar şablon ifadələrdən daha çox bu cür emosional mesajlara ehtiyac duyurlar. Açıq desəm “İdeal ilə hər yerdə gÖzəlSən” sloqanından sonra ən çox bəyəndiyim iş də elə bu “sonuncu müştəriyədək xidmətinizdəyik” lövhəsi olub. Ümumiyyətlə həmişə çalışmaq lazımdır ki, mağaza daxili və xaricində istənilən dizayn, konfiqurasiya və ya hansısa element işlənəcəksə, o müştərilərin məmnuniyyətinə, fayda əldə etməsinə və funksional rahatlığına xidmət etsin.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Adverdiklərim silsiləsindən: “ƏN deyil, NƏ gözəldir”
Bildiyiniz kimi reklam haqqında qanunvericiliyə görə “ən”, “lap” və s. bu kimi sözlərin istifadəsi qadağandır. Amma onu da bilirik ki, bir çox şirkətlər bu sözdən rahatlıqla istifadə edə bilir. Demək
Adverdiklərim silsiləsindən: “Bizdən al – Bizdən qazan”
May ayına olan 1+1 kampaniyası üçün kreativ ad düşünək dedik və “bizdən al – bizdən qazan” mesajı yarandı. Mesaj həm də 1 bizdən al + 1 bizdən qazan kimi assosasiya olunur.
“Adverdiklərim” silsiləsindən: Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK.
Müəllimlər Günü münasibətilə çox maraqlı mesaj hazırlamaq lazım idi. Mesajımız isə çox maraqlı oldu, məncə. “Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK”.

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun