“Tüpürüb getmişlərin” gündəliyi
#istəyirəm 4-5 il Bakıda birtəhər başımı girələyim, sonra da bir yolunu tapıb gedim xaricə. Ordan da hər gün “Siz orda necə yaşayırsız voobşe? Orda hələ də filan adətlər qalıb? Ahaaha”, “Düzələn deyilik” tipli statuslar paylaşım.
Sonra hər postumda olduğum yeri check-in edim ki, hamı bilsin xaricdəyəm. Dostluğumda hələlik 6-7 xarici olsun, amma mən ruhdan düşməyərək ingilis dilində elan və fikirlərimi paylaşım. Arada bir nəfər də Masazırdan girib şərh yazsın ki, “fully agree” falan. Sonra bir-iki muzeyin içinə girməsəm də qabağında durub şəkil çəkdirim və başlığa da xarici dildə aforizm yazıb paylaşım. Elə bilsinlər ki, günüm görüşlərdə, boş olanda da muzeydə falan keçir.
Birdən-birə necəsə hiss edim ki, artıq siyasi mövqe göstərməliyəm. Gec olsun, güc olsun deyib özüməxas tərzdə bir az üsyankar, bir az da sanki vecimə deyilmiş kimi statuslar yazım. “Özümə görə demirəm, orda qalan sizlərsiz. mənə nə istəyirsiz gedin aztv-ni qucaqlayın yatın” tipli.
Bir də başımı qaldırım ki, xeyli vaxtdır xaricdəyəm. Mən Azərbaycandan çıxmışam, amma Azərbaycan məndən yox. Çevrəm də 2-3 özüm kimi azərbaycanlılardı, onlarla da görüşəndə mövzumuz ancaq Azərbaycandır.
Arada xarici seriallardan, komik kinolardan fraqmentlər paylaşım. Uğunum gedim gülməkdən. Başlıq da təxmini belə olsun “ohh my gosh, you made my day”. Həmən sonra yutubu açım Xumarın axırıncı mahnısını qoyum, bir az kövrəlim. Sonra dinləyə-dinləyə bir də baxım ki, keçmişəm uje smertelniy meyxana deyişmələrinə. Sonra da birini paylaşım və öz aləmimdə guya məzələnim ki, “2pac və eminem yerində fırlanır 100%”.
ardı var-mənası yoxdu
Yazar haqqında
Editor review
Summary
Bir də başımı qaldırım ki, xeyli vaxtdır xaricdəyəm. Mən Azərbaycandan çıxmışam, amma Azərbaycan məndən yox.
Həmçinin oxuya bilərsiniz
Yazılan qalır. Facebookda yazdığım 90 status
Ötən bloqların birində hamımızın sevimlisi Teymur Paşaya aid statusları bir yazıda cəmləmişdim. İstəsəniz buradan oxuya bilərsiniz. Bu dəfə isə istədim 2011-ci ildən bu tərəfə öz facebook profilimdə yazdığım bəzi statusları
“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”
İctimai tv-də Yasamal hadisəsinin səbəb və nəticələrinə dair 1 saatlıq verilişi diqqətlə izlədim. Sonda Erkin Qədirlinin”çıxılmaz vəziyyətdə çıxış yolu girişdədir” fikri çox xoşuma gəldi. Bilmirəm öz sözüdür ya yox, amma
Etirazın yerdəyişməsindən yaranan qəhrəmanlar
“Ласковый май” qrupu ilə tanışlığım hərbi xidmət illərimə təsadüf edir. Bekarçılıqdan az qala bir-birinə dəyəndə səs çıxardan hər şeyə qulaq asırdıq deyə zövqümüz də tamam korlanmışdı. Elə o ərəfələrdə necə

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun