Yazılan qalır. Facebookda yazdığım 90 status

Yazılan qalır. Facebookda yazdığım 90 status

Ötən bloqların birində hamımızın sevimlisi Teymur Paşaya aid statusları bir yazıda cəmləmişdim. İstəsəniz buradan oxuya bilərsiniz. Bu dəfə isə istədim 2011-ci ildən bu tərəfə öz facebook profilimdə yazdığım bəzi statusları bir yazıda cəmləyim. Yazılan hər şey qalıcıdır, facebookun işini bilmək olmaz, bir gün hamısı it-bat ola bilər. Onsuz Teymur Paşamın sayəsində facebookda son xəbərdarlığımdır, balaca bir səhvdə hesabı bağlaya bilərlər 🙂 Bu arada bu işdə yaxından göstərdiyi əməyə görə paşamıza təşəkkür edirəm.

Aşağıda Sizə bəzi maraqlı hesab etdiyim statusları, fikirləri paylaşıram. Sizə də məsləhət görürəm ki, onları bir yerdə cəmləyəsiniz. Bilirsiniz niyə? Ona görə ki, elə anlar olur ki, siz hər hansı bir məsələ haqqında uzun-uzadı bir yazı yazmaq istəmirsiniz, amma yazmaq istədiyiniz şeyin ən əsas məqamını qısaca facebookda yazırsınız. Sonra isə paylaşımlar artdıqca onlar itib-batır. Amma sonradan o yazılanlara nəzər salanda aralarında bugün də aktual olub, Sizə və ətrafınıza faydalı olan fikirlər görə bilərsiniz. Odur ki, Sizə də məsləhət görürəm. Bunun üçün sadəcə facebook tənzimləmələrindən arxivinizi yükləməyiniz kifayətdir. İndi isə keçək statuslara. Qeyd edim ki, statusları yazılma ardıcıllığına görə sıralamışam.

P.S. Statuslarda qrammatik düzəliş etmədim, olduğu kimi paylaşıram.

  1. Menim artiq bir heqiqetim var: GUCUM ARTDIQCA EDALETIM DE ARTACAQ
  2. Zəri ver zərgərə, zərgər zəri zərdən tanıyar !!! – Kobud desək, sev səni candan sevəni !!! Gor kim itirdi? sən onu, ya o səni? :))
  3. Vaxtı çatmamış həqiqətə UTOPİYA, vaxtı çatanda REALLIQ, vaxtı ötəndə isə TARİX deyirlər.
  4. İstər daş yumurtanın üstünə düşsün, istər də yumurta daşın üstünə… Olan yenə yumurtaya olur
  5. Kiyev sirkinin elan lövhesinde bele bir yazi var idi: “Heyvanlar Size Baxmaq Isteyir”
  6. Gel-gel a yaz günleri, Neftin ucuz günleri
  7. facie tez qocalmaq deyil, gec agillanmaqdir
  8. Susmanın xəyanətə bərabər olduğu an gəldi….
  9. Eger problem varsa, onun helli de varsa, demek ki, problem yoxdur. Ve ya eger problem varsa, ancaq helli yoxdursa, demek ki yene problem yoxdu, cunki helli yoxdu:)
  10. HƏQİQƏTİN SÜBUTA EHTİYACI OLMASA DA, ZAMANA VAR !!!
  11. “Nəyi dəyişə bilmirsənsə, ona münasibətini dəyiş”
  12. Bütün siyasətçilər hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orda çay yoxdur.
  13. Bir vaxt kosmonavt olmaq istiyirdim,sonra dashindim fikrimden,general olacam dedim. Vaxt kecdi diplomat olmaq istedim.Nedense sonra hekim olmaq istedim,10-cu sinifde fikrimi deyisherek huquqshunas olmaga qerar verdim.Sonuncu il iqtisadiyyati secdim. Universitetin son kurslarinda marketinqi cox sevdim ve marketer olmaq en yaxshidir deye dusundum. Indi anlayiram ki, sen deme o vaxtdan marketoloq imishem, axtarirmisham.
  14. bu istiye qar$i soyuqqanli olmaq olmur.
  15. Əlinin papağı Vəlinin başına, Vəlinin papağı Əlinin başına qoyulan bir yerdə yaşamaq məcburiyyətindədir
  16. Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir. (Şekspir)
  17. “Allah yoxdur” – Karl Marks. “Karl Marks artiq yoxdur” – Allah
  18. Dünyada bütün zəiflərin özlərinə verdiyi ortaq bir sual var; “NİYƏ MƏN?”
  19. Növbeti stansiya “i$”Gence…
  20. Ayaq deymeyen yer var, bes dil deymeyen soz varmi? Bilene eshq olsun
  21. Köhne başqadır, köhnelmiş başqa.. Ele köhneler var ki heç vaxt köhnelmez…
  22. Dişi “Like” eləməsə, erkək “PM” yazmaz
  23. Gecənin “friend request”inden gündüzün kommenti yaxşıdı (Facebook atalarının sözü)
  24. Keçid dövrü bitdi camaat!!! Artıq KEÇİRT dövrü başlayıb. Kim kimə nəyi necə gəldi keçirdə bilər
  25. Niyə Azərbaycan dilində “xoşuma GƏLİR” deyirlər, Türkcə isə “xoşuma GEDİR”
  26. Dünyada tıxaca qarşı ən effektiv taktika DYP əməkdaşlarındaymış: “SÜR SÜR SÜR, SAXLAMA SÜR”
  27. Keçmişdə: “- Qızım səni ərə verim? “- Ver, dədə qurbanım olumm!!” İNDİ: “- Qızım səni ərə verim? “- Ərdəyəm, dədə qurbanın olumm!!”
  28. TQDK-nın SINaq kampaniyası ilə Misirin yOXLAMA kampaniyası üst-üstə düşdüyündən şaGİRdlər çaş-baş qalıb …..
  29. Mənim ƏLİM də öz AYAQları üstündə durur, nəinki özüm
  30. Bizdə it də meymunluq eliyir, meymun da itliyinə salır. ne etməli?!!!!
  31. Var qabağa baxmaq, bir də var qabağa aşağı baxmaq. Qabağa aşağı baxanlar da özlərini qabağa gedən hesab edəndə daldakılara yazığım gəlir.
  32. Bakida “avtobus” sozunu “basabus” sozune deyishsek ela olardi…
  33. Sıradan bir tanış rəhmətə gedəndə “Allah rəhmət eləsin”, bir az tanınmış, ictimai nüfuzlu biri rəhmətə gedəndə isə “O da mı öldü???!!!” deyirik. Niyə????
  34. Qabağa getmək lazımdır, ya qabağa, ya da qabağa. Gələcəkdə arxada buraxdıqların haqqında ən yaxşı halda kitab, memuar yazmaq olar…
  35. Olmaqla olmamagin arasinda sadece MAQ var. Beslesen YuMaq olacaq, beslemesen CoMaq.
  36. “AZAL”a göstərdiyi servisə uyğun yeni sloqan fikirləşmişəm: UÇ BURDAN !
  37. İşıqlı adamları qaranlıqda vururlar…
  38. görəsən dünyada itən uşaqlar çoxdu, yoxsa itirilən uşaqlıq?
  39. Təklif edirəm ki, “ödəmə tarixi nə vaxtdır” sualına cavab variantlarından biri “Allah qoysa” olsun
  40. Hərdən klaviaturada yazmaq barmaqlarımı o qədər yorur ki, əlimin içi ilə basmaq istəyirəm düymələri
  41. Çay olanda dəm olmur, dəm olanda çay olmur, ikisi də olanda mən olmuram
  42. gecenin brain-storminginden seherin copywitingi yaxshidir deyib creactive babalar
  43. Hər 5 dəqiqədən bir ya mail gəlir, ya zəng gəlir, ya sms gəlir, ya tənqid gəlir, ən azı təklif gəlir, kimdənsə xoşum gəlir, kimdənsə xəbər gəlir, şairdən əzbər, yaltaqdan zəhər gəlir, uzaqdan dilbər gəlir, yaxından əntər gəlir, dərd də gəlir, qəm də gəlir, indi deyir, sonra gəlir, dünya mənə gəliş gəlir, gör hər saat nələr gəlir……
  44. bezi adamlar ucun sponSOR tefekkuru sozun axirinci 3 herfi ile mehdudlashir.
  45. Ayagimizin altdan yer de surushur, surunmekle surushmeyin ortasindasiyiq.
  46. Bir metr ish gormeyi 1 kilometr soz vermeye deyisdirmirem!
  47. Kimlər üçünsə bazar günü anlayışı yoxdur, sadəcə 7-ci gün var. Onlardan biri də mən
  48. hər şeyin “bu qədəri” hərdən “o qədər” olur ki, adamın lap “qədəri”nə ağlamağı gəlir…
  49. Bəzən insanlar mənasını başa düşmədikləri şeyə “mənasız” deyirlər.
  50. Biri var idi, biri yox idi, varın yoxdan başqa kimsəsi yox idi…
  51. Nissan “getdiyin yolları dəyiş” deyirsə, gərək AZAL da “uçduğun yolları dəyiş” desin
  52. Küçədə əli çatan divarlara mənasız saytları yazıb zibilləyənlər facebook çıxandan sonra da onun bunun divarını zibilləyirlər. Demək ki, müstəvi dəyişir, amma xarakter dəyişmir. Dəyişək, inkişaf edək, Bakcell demiş.
  53. Metbex verilishlerinde cavan-cavan qizlar adi kartofu bele soya bilmediklerini efirin gozunun icine nece de fexrle deyirler )))) kartofu soya bilmeyenin sabah erini soyacagina shubhe yoxdur
  54. “Deyildim mən facebooka mail, fb etdi əqlimi zail, mənə PM atan qafil, walluma yazsan, alınmazmı” Füzuli via Blackberry Azercell
  55. Səhv və ya düz heç vaxt arxama baxmadım. Rahatlıqla arxada buraxdım, önümdəkilərə isə heç vaxt arxa çevirmədim, həyat mənim üçün önümdəkilərdir, arxa(m)da qalanlardan üzr istəyirəm, önümə keçin kişi kimi danışaq.
  56. Gtalkdakı profil mesajım 1 ilə yaxın idi ki, “sübutu sevirəm” idi. Bu gün dəyişib “sübutu sevdirdim” qoydum. Sübutsuz söz köz kimidir, mütləq sönəcək.
  57. Bir marketoloq bu heyatda ozunu 3 adamdan qorumalidir mene gore; 3 kitab oxuyandan, 3 kelimeni dalbadal qosha bilmeyenden ve bir de 3 qramliq insanligi olmayandan
  58. Bu tıxacda insanlar necə də mehribancasına söyüş söyürlər. sürücünün biri o birinə məlahətlə “qanmaz hara girirsən” dedi, o isə hörmət və ehtiramını bildirəndən sonra “qanmaz özünsən, görmürsən hara girirəm” dedi və sülhlə ayrıldılar. Bakıda kanalizasiyaların olmadığını deyənlər, onun olmamasının nəticəsi olan bu gözəl mənzərəni nədənsə görmək istəmirlər. Axı o biri dövlətlər belə mənzərə üçün tonlarla pul xərcləyir, bizdə isə təbiətin təmənnasız bəxşi.
  59. Hamı özünə yaxşı-piş yer tapacaq, amma çörəyi dizinin üstündə olanlar, dizdən yuxarı qalxa bilməyəcəklər, adım ki, əminəm.
  60. Facebookun qüdrətini mən belə bilməmişdim Zuker, mən belə bilməmişdim Zuker….
  61. Facebookda elə statuslar var ki, onlara “de, sən öl?!” düyməsini basmaq istərdim. Nə like, nə koment, nə də share bu effekti vermir.
  62. Azərbaycanda 3 cür ödəmə üsulu var: Nağd, köçürmə və süründürmə
  63. Heyat hemishe suret heddini ashir, bes niye radara dushmur?
  64. Adam var aci dildir, Adam var aci sevir, Adam var aci cekir. Ferq etmez ne cekirsen, cekdiyini derk etdiyin muddetce adamsan.
  65. Bir tanish var deyirem «Ishler necedir?» deyir ki, «Yaxshidir, hamisi flesh kartdadir»
  66. Pozitivlik adam var onun həyat tərzidir, adam da var çıxış yoludur.
  67. Kitab oxumaq ve mutalie insanin ozune zaman ayirmasidir. Eger ozunuze zaman ayira bilmirsinizse, emin olun basqalarina da cox faydali deyilsiniz.
  68. Seher axira, axsham naxira prinsipile yashayanlar ya axir, ya da naxir yolunda ölür, amal, meqsed ugrunda deyil.
  69. Hami her sheyi bilib susursa, bilib danishanlar basha gelende «Nece oldu?» demesinler. Cox sade – susmadilar.
  70. 7-8 il bundan qabaq «Buna da shukur» deyib jurnalistikaya parashutle dushenlerin elinde qalmishiq da.
  71. Servis sözü rusca deyil, hetta onlarliq da deyil.
  72. Biz “semiçkanı” kitab vərəqinə bükən gənclikdən çıxıb kitabı semiçka kimi “çırtdayan” gəncliyə çevrilməliyik. Çıxış yolumuz budur
  73. Deyirler Hitler ushaqliqda cox agilli ushaq olub, amma cox yox bir az dalashqan olub.
  74. Allah (c.c.) Bakını sevməsəydi yağışı fasilələrlə yağdırmazdı
  75. Xahish edirik alternativ hava yollarindan istifade edesiniz. P.S. Ele yerde tixacdayam ki, burda alternativ bir yol var, o da mashini sondurub arsiz-arsiz ora-bura baxmaqdir.
  76. Qədim şairlər saraylarda “divan ədəbiyyatı” yaradırdılar, indikilər isə facebookda “divar ədəbiyyatı”.
  77. A – Sabah bələdiyyə seçkiləridir, gedəcəksən? B – Nə???… A – Bələdiyyə seçkiləri. B – Realın oyunu nə vaxtdı bilmirsən? 🙂
  78. Bir azdan yollarda “müvəqqəti narahatçılığa” görə yox, “müvəqqəti rahatçılığa” görə üzr istəyib tezliklə narahatçılığı bərpa edəcəklər
  79. Uşaqların “mənimlə oynamırlar” sözünə içimdən “bir az böyü, gör nə oyunlar oynayacaqlar səninlə” demək gəlir.
  80. Zamanın heç nəyin fərqinə varmadan GEDƏN bir vaxtında GƏLƏN bir tək şey var – #MMF2015.
  81. Düşünməyi bacaran xeyli sayda adamlarımız var, amma problemləri düşündüklərini ifadə edə bilməməkdir. İstər qorxudan, istər bacarıqsızlıqdan, istərsə də biganəlikdən. Amma hara qədər…
  82. Hər peşənin öz günü var, bəs hər peşənin ağ günü hanı?!!!
  83. Biz çox vaxt “təbiət qoynu” ilə “təbiət boynu”nu səhv salırıq. Ona görə də təbiətin qoynuna yox, boynuna çıxırıq.
  84. Həyatın qısalığının verdiyi kədər, o kədərdən doğan yaşamaq hissi heç bir alçaqlığa haqq qazandıra bilməz
  85. Etrafimizda xeyli sayda yalan danisha bilmeyib, amma duzunu de demeyen insanlar var
  86. Fikir vermişəm bu böhranda camaat daha çox dindar olmağa başlayıb. Dillərindən “inşallah”, “maşallah” əksik olmur.
  87. Hər peşənin öz günü var. Bizdə müəllimin nə peşəsi peşədir, nə də günü bir gün. Bayramınız mübarək, əziz müəllimlər. Müvəqqəti çətinlikdir, ölənədək dözməliyik.
  88. “Az-az ye, tez-tez ye” – tibb və siyasət bu kəlamın doğruluğunu təsdiq edir
  89. BU GÜN Fransada HƏR GÜN başqa yerlərdə olan terrorlardan biri oldu. HƏR GÜN şərqdə olduğu kimi BU GÜN də Fransada günahsız neçə – neçə insan öldü. Hər gün hər yerdə sakitçilik olmasa, bu günlərdən yenə ola bilər. Allah rəhmət etsin.
  90. Azərbaycanda modern “iskustvaya” maragi olan coxlu “iskustvenni” adamlar var. 🙂

Bu qədər 🙂

P.S. Əgər Siz yazılarımızdan mütəmadi olaraq xəbər tutmaq istəyirsinizsə, o zaman bloqun ana səhifəsində olan ˝subscribe˝ xanasına öz mailinizi qeyd edə bilərsiniz.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bu dəfə isə istədim 2011-ci ildən bu tərəfə öz facebook profilimdə yazdığım bəzi statusları bir yazıda cəmləyim. Yazılan hər şey qalıcıdır, facebookun işini bilmək olmaz, bir gün hamısı it-bat ola bilər.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Cabir Novruzdan hər başın bilməli olduğu 3 fikir

Dostlar, bugün Sizə maraqlı hesab etdiyim həftəsonu yazısı təqdim edəcəm. Bu yazıda mən marketerlərimizin də bilməli olduğu 3 faktdan danışacam. Bu o faktlardır ki, mən bunu Cabir Novruzun şerləri ilə

Sərbəst 0 Comments

Biz niyə yazmalıyıq ?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin

Sərbəst 0 Comments

Əsgərlikdə “yaxşı fırlanan oğlanın” gündəliyi

#istəyirəm səhər açılmamış qanım it qanına dönsün. Dəlləyə gedim ki, başımı qırx. O da soruşsun ki, nə əcəb, deyim “əsgərliyə gedirəm, saldıra bilmədim, dədəm pulu kimə veribsə, əclaf 1 ay

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın