Şəkilsiz yazılar seriyası #13 – 𝐇𝐚𝐧𝐬ı ö𝐳?
“Özün ol’, “özün kimi ol”, “olduğun kimi görün və ya göründüyün kimi ol” kimi ifadələri uşaqlıqdan bu tərəfə tez-tez kitablardan və ya ətrafdan eşidirik. Bizə təlqin olunan da budur ki, özün kimi olmaq yaxşıdır, özün kimi görünmək daha səmimidir. Açıq deyim ki, bugünə qədər mən də elə düşünürdüm ki, özün kimi olmaq mümkündür. Bəlkə də nəzəri olaraq mümkündür, amma praktiki baxımdan deyərdim ki, hətta istəsən də mümkün deyil. Yəni istəsən də ola bilmirsən, bilməzsən. Olsan, uduzacaqsan. 𝐁𝐢𝐫 𝐬ö𝐳𝐥ə, ö𝐳ü𝐧 𝐤𝐢𝐦𝐢 𝐨𝐥𝐦𝐚𝐪 𝐲𝐚𝐱şı𝐝ı𝐫, 𝐚𝐦𝐦𝐚 𝐦ü𝐦𝐤ü𝐧 𝐝𝐞𝐲𝐢𝐥.
Gəlin orta statistik ölkə insanının gündəlik ömür rutuna nəzər yetirək. O evdə başqa cürdür. Ən yaxşı halda işi evə gətirməmək üçün başqa cür olmaq məcburiyyətindədir ki, evdə salamatçılıq olsun. İşdə olanlar, işdə sağ qalmaq üçün çabalar, işdə siyasət, işdəki gündəlik proses və problemlər səni evdə özün kimi edə bilməz. Evdəki işlər, ev qayğıları da səni işdə özün kimi olmağa imkan vermir. Evin problemlərini işə yansıtsan işdə gərək “qan düşə” və sonda yenə itirən tərəf ola bilərsən. O səbəbdən dəqiqdir ki, bizim reallıqda “evdəki mən” ilə “işdəki mən” ayrı-ayrı adamlardır.
Bu hələ evdəki mən ilə işdəki məndir. Bunun dost yanında məni var, qohumlar içində olan məni var, yaşadığın mühitə münasibətdə olan məni, yaşadığın mühitin sənə olan münasibətindəki mən var və s. Siyahını çox uzatmaq olar.
Bir də insanın içindəki mən var. Məncə, səmimiyyət axtarırıqsa, ən səmimisi insanın içindəki məndir. O da ki, çox qəliz məndir. İçdəki məni hər yerdə göstərmək olmur və ya olmaz. Yunus Emre demiş “içimdə bir mən var, məndən içəri”.
Ona görə də kiməsə deyəndə ki, “özün kimi ol” gərək qabağına “”hansı öz”ü əlavə edəsən. Onda cavab daha səmimi olar. 𝐁ə𝐬 𝐒𝐢𝐳 ə𝐧 ç𝐨𝐱 𝐡𝐚𝐧𝐬ı “𝐦ə𝐧”𝐥ə 𝐞𝐯𝐝ə𝐧 çı𝐱ı𝐛, 𝐡𝐚𝐧𝐬ı “𝐦ə𝐧”𝐥ə 𝐞𝐯ə 𝐪𝐚𝐲ı𝐝ı𝐫𝐬ı𝐳?!
Yazar haqqında
Editor review
Summary
𝐁ə𝐬 𝐒𝐢𝐳 ə𝐧 ç𝐨𝐱 𝐡𝐚𝐧𝐬ı “𝐦ə𝐧”𝐥ə 𝐞𝐯𝐝ə𝐧 çı𝐱ı𝐛, 𝐡𝐚𝐧𝐬ı “𝐦ə𝐧”𝐥ə 𝐞𝐯ə 𝐪𝐚𝐲ı𝐝ı𝐫𝐬ı𝐳?!
Həmçinin oxuya bilərsiniz
Niyə belədir?!
Vaxt və pul. Bunlar ikisi eyni anda bitməməlidir Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədəki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa
Sietl Overleyk. Dövrümüzün ziddiyyəti.
“Dövrümüzün ziddiyyəti” essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorhead) tərəfindən yazılmış və 1995-ci ildə “Məqamında deyilən sözlər” kitabında nəşr olunmuşdur. “Dövrümüzn
Gözə girən müdirin gündəliyi
İstəyirəm günü-günə calaya-calaya sıravi işçidən minbir hiyləylə müdirlik səviyyəsinə çatım. Tez-tez işi dəyişim, amma xasiyyətim dəyişməsin. Mənə elə gəlsin ki, sahibkarın xoşuna gələn-gedən istənilən yol məqbuldur. Bu fikir həyat kredom
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun