3 rəngli bayrağa hər baxanda O ulduzu görürəm
Rəsulzadəyə heyran olmamaq mümkün deyil. Gənc yaşdan Bakıda təşkilatlanmağa başlayır, fərqli cərəyanlara qoşulur, aktiv siyasi mübarizə aparır. İrana gedir, orda qəzet buraxır, kitab yazır, partiya qurur. İstanbula gedir, kitablar yazır, qəzet buraxır, dərnəklər yaradır. 1918-1920-ci illərdə bir az da irəli gedib dövlət qurur a kişi, dövlət. Süqutdan sonra avropanın demək olar getdiyi hər şəhərində yenə kitab, yenə jurnallar, radio çıxışları, təşkilatlar və daha nələr, nələr. Faşistlərlə anlaşmır, etiraz edir qayıdır Türkiyəyə. Düz ölənədək yüzlərlə fəaliyyət sahəsində aktiv iştirak, minlərlə yazı yazır. Bir ədibdən daha çox ədib, yazıçıdan daha çox yazıçı, siyasətçidən daha çox siyasətçi olur. Dediyi hər şey demək olar ki, düz çıxır. Hardandır bu enerji, necə insan bu qədər pozitiv ola, ölkəsini və onun müstəqilliyini bu qədər arzulaya bilər. Və ən əsası bütün bunları çox məhdud resurslarla, maddi çətinliklər içərisində edir. İstanbulda yaşadıqları evin pəncərəsi yox imiş, zirzəmi qatında olduğu üçün günəş düşmürmüş. İnanmaq olmur vallah. Ümumiyyətlə o nə dövrdür, necə möcüzəli illərdir. Rəsulzadə bu tərəfdə tarix yaradır, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu o tərəfdə Türkiyənin quruculuğunda aktiv iştirak edir. Ağaoğlunun qızı Türkiyənin ilk qadın hüquqşünasıdır. Bu basa-basda oturub baxırsan hərəsi 4-5 dil bilir. Necə öyrənirlər, nə vaxt öyrənirlər.
Və bütün bunlardan sonra anlayırsan ki, insanın gücü inandığı dəyərlərlə çox sıx bağlıdır. O dəyər uğrunda mübarizədə insan yorulmur, depressiyaya düşmür, yıxıldıqca qalxır, yıxıldıqca qalxır və davam edir. Son nəfəsinədək davam edir. Yaşamaq bu olsa gərək.
Ruhunuz şad olsun, əziz fəadilər, difailər.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Marketinqdə “çaynikbaş” metodu
Bloqun daimi oxucuları yəqin ki, “Marketinqdə “Rəqsadə metodu” nədir?” adlı yazımı xatırlayar. Bu gün də bir çox məclislərdə, görüşlərdə, tədbirlərdə bu metodun tətbiqini gördükdə, onu tətbiq edənləri gördükdə adam bilmir
Müqayisə etmək
Mütəmadi kitablar oxuyursan. Amma elə bir kitaba rast gəlirsən ki, deyirsən kaş ki, çox yox 1 il öncə oxusaydım da həyatım tamam başqa cür olardı. Filmlərə baxırsan, elə bir film
İtirmək qorxusu (I hissə)
Ötən həftə qarşıma bir yazı çıxdı. Bu yazını yazarkən nə qədər çalışdımsa, xatırlaya bilmədim müəllifi də, yazını da. Bəlkə də yazıdakı iynə kimi bir söz mənə hər şeyi unutdurmuşdu, bilmirəm.

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun