Marketinq Azərbaycan qrupu üzvləri hansı növ şirkətləri təmsil edir?
Yəqin xatırlayırsınız ki, ötən aylarda biz Azərbaycanın marketinq sferasında ən böyük qapalı qrupu olan Marketinq Azərbaycan qrupuna aid statistik yazılar yayımladıq. Onlardan birincisi Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili, ikincisi isə Marketinq Azərbaycan qrupu üzvlərinin bitirdiyi universitetlər idi. Oxumayanlar göz gəzdirə bilər, maraqlıdır.
Əslində bu statistikanı aparmaqda məqsəd il ərzində bir çox aktivlikləri ilə marketinq sferasının inkişafına töhvə verən qrupun tam profilinin hər kəs üçün aydın olmasıdır. Yəni biz maksimum çalışırıq ki, qrupdan hər kəs özü üçün faydalana bilsin. Həqiqətən də bu gün bir çox menecerlər, blogerlər, şirkət sahibləri və digər sektorlardan n qədər adam gün ərzində onları maraqlandıran suallara cavab tapır, müzakirələrə qoşulub öyrənir, öyrədir. Biz maksimum çalışırıq ki, burada ancaq reklam, pr, marketinq, bir sözlə biznes sektorundan olan insanlar təmsil olunsun. Buna tam nail olmaq çox çətindir. Baxmayaraq ki, qrup qapalı qrupdur, baxmayaraq ki, adminlər nəzarət edirlər hər yeni müraciəti həmən qəbul etmir, profilinə göz atır və s. amma yenə də əlaqəsiz adamları da qrupda görmək mümkündür. Zarafat deyil, qapalı dediyimiz qrupun bu gün 12000-ə yaxın üzvü var. Biz statistikanı qeyd etməyə başlayanda 10600 adam var idi. Bu arada əvvəl də yazmışdım, indi də qeyd edim ki, facemark.az əməkdaşları 2 ay ərzində hər bir qrup üzvünü tək-tək araşdırıb. Çox böyük zəhmətlərindən dolayı hər birinə təşəkkür edirəm.
İndi isə keçək yazımızın 3-cü hissəsinə. Yəni marketinq azərbaycan qrupu üzvlərinin çalışdığı şirkət profillərinə. Bu çox böyük bir excell fayl idi. Neçə gündü üzərində işləyib nəhayət bitirə bildik.
Qrup üzvlərindən yalnız 47%-nin iş yeri məlumatlarını dəqiq əldə edə bildik. Bir çoxları sadəcə peşə adlarını, bir çoxu dostluğunda olmayanlar üçün məlumatlarını bağlı etdiyindən dəqiqləşdirmədə çətinliklər yarandı. Amma bununla belə 47% özü də ciddi göstəricidir ki, təxmini şirkət profilini çıxara bilək. Dostlar, qrafik və cədvəllər qarışıq olduğundan ümumiləşdirmədə subyektiv yanaşmalar ola bilər, o da məlumatların tam olmaması ilə bağlıdır. Ümidvaram, çox ciddiyə almayacaqsınız 🙂
Qrup üzvlərini 26 müxtəlif iş-şirkət profili üzrə böldük.
Yuxarıdakı siyahıdan gördüyümüz kimi üzvlər ən çox xidmət sektorunda çalışırlar. Xatırladım ki, böhran şəraitində əlavə dəyəri yaratmağa ən yaxşı şərait məhz xidmət sektorunda olur. Bu baxımdan xidmət sektorunda çalışan marketoloqlar daha yaradıcı olmağa məcburdur. Eyni zamanda müştəri ehtiyaclarını bilmə, düzgün müəyyən etmə xidmət sektorunda, onun uğurunda ciddi rol oynayır.
Təhsil, bank, dövlət qurumları da sonrakı yerləri tutur. Reklam agentliyindən dostlarımız da var. Bir sözlə, demək olar ki, bütün sahələrdən üzvlərimiz var. Hələ bunlar üzvlərin yarısının məlumatları əsasında hazırlanıb, yuvarlaqlaşdırılıb.
Marketinq Azərbaycan qrupu gördüyümüz kimi böyük və ciddi platformadır. Ona görə istər üzvlər, istər qrup idarəçiləri olaraq daha çox öyrənmək, bildiklərimizi paylaşıb faydalı olmaq adına hələ görəcəyimiz çox iş var.
Bununla da marketinq azərbaycan qrupu üzvlərinin məlumatlarına dair 3 statistik yazının sonuna gəldik. Ümidvaram gələcəkdə qrup üzvləri ilə, qrupun hər hansı bir tədbirində əməkdaşlıqla maraqlanan insanlar üçün bu yazılar təsəvvür formalaşdıra bilər. Məlumat üçün bildirim ki, Marketinq Azərbaycan qrupu 5 ildir ki, fəaliyyət göstərir.
Editor review
Summary
Qrup üzvlərini 26 müxtəlif iş-şirkət profili üzrə böldük.
Həmçinin oxuya bilərsiniz
Təhsil Nazirliyi Təhsil TV-nin “İş Dünyası” verilişinin qonağı oldum
Verilişdə Sevinc Məmmədovanın tələbə və müəllimlərə maraqlı olan marketinq elmi haqqında suallarını cavablandırdım. Aşağıda verilişin video yazısını izləyə bilərsiniz. Facebook Comments
Öz dilimizdə keyfiyyətli dublyaj niyə vacibdir?
Bugün dostumuz Xətai Əlinin dəvətilə “Leyləklər” cizgi filminin azərbaycan dilində olan dublyajının qapalı təqdimatına baxdım. Təqdimat Cinema Plus kinoteatrında keçirilirdi. Mən də DMC2016 hazırlığı ilə əlaqədar 28mall-da olduğum üçün təqdimata
Oxu.az saytı ilə əməkdaşlığa başladıq
Əziz dostlar, son zamanlar aktiv şəkildə bloq yaza bilməsəm də yeni-yeni yazılar yazmaq üçün hər gün oxuyuram, araşdırıram. Mütaliə yazarlıqda şərtdir. Mütaliə, müşahidə və düzgün təhlil ilə siz ətrafınıza, fəaliyyət
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun