Şəkilsiz yazılar seriyası #2 – Təcrübənin başına gələn insan
Azad fikirləşə bilməyən adamın dərdi onu fikirləşib dilə gətirə bilməyəndən daha azdır. Dəqiq bildiyin nəyisə başqa cür ifadə etməyə çalışmaq, ona məcbur olmağın verdiyi əzabı sözlə təsvir etmək çətindir.
Başa gələn təcrübədir deyirlər, amma hərdən təcrübənin də başına insan gəlir.
Təcrübənin başına gələn adam heç nəyi dəyişdirməyə cəhd etmir. Əzbərlədiyi konkret bir hadisə və onun baş verəcəyi halda nə etməli olduğu var.
Qıraqdan və qulaqdan dolma daşlaşmış fikirləri yeri gəldi-gəlmədi istifadə edib bütün təşəbbüskarlığı bələkdəcə boğmaqdan həzz alırlar.
Başa gələn təcrübədir məntiqi ilə yola çıxanda isə vəziyyət başqa cür olur. İnsan hər gün yeni bir şey öyrənir. Detala ilişib qalmır, əvəzində baş verən hadisənin sonrakı taleyi haqqında vaxt itirmədən düşünməyə və hərəkətə keçməyə başlayır.
Beyin fikirləşməkdə sərbəstdir. Belə olduğu üçün də qarşılaşdığı heç bir maneə yorucu gəlmir. Əksinə hər dəfə yeni nələrinsə olmağı prosesdən zövq alan adamlar üçün əsl adrenalindir.
Elə bil ən bahalı avtomobili sürürsən, amma sənə o həzzi vermir. Köhnə 07-nin salonun ətri sənə daha xoş gəlir. Marketə girirsən cibində pulun da var, nəsə almaq istəyirsən amma bilmirsən nə.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Biznesdə kitabların yazmadığı şeylər (II hissə)
Bundan öncəki yazımda biznesdə yazılmamış, praktikada sübut olunmuş 6-7 qaydadan danışdıq. Həmin seriyanı davam etmək istəyirəm. Belə ki, yadıma düşdükcə, hiss edirəm ki, bunları mütləq yazmaq lazımdı. Onsuz DMC2018 üçün
Şəkilsiz yazılar #14 – 2025-ci ildə buraxmalı olduğumuz 5 xüsusiyyət
HBR çox maraqlı bir yazı yayımlayıb – 2026-cı ilə keçirməməli olduğumuz 5 xüsusiyyət. Paylaşıram, çox faydalıdır; 1. Məşğul görünmə və ya çox məşğul olma Daim məşğul olmaq, davamlı əməliyyatın içində
İş aşırmağın 10 qaydası
Bir də görürsən işlər qarışıb bir-birinə. Heç nəyə vaxt çatdırmaq olmur. Arada sənə elə gəlir ki, bir neçə gün ertələsən öz-özünə düzələcək, amma elə də olmur. İşlər daha da üst-üstə

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun