Şəkilsiz yazılar seriyası #5 -Xoşbəxtlik nə deyil?!
İngilis iqtisadçı Richard Layard “Happiness” (Xoşbəxtlik) kitabında maraqlı bir meta-təhlil təqdim edir. Deməli, müəllif bu kitabında XOŞBƏXTLİK anlayışımıza təsir edən 7, heç təsir etməyən 5 faktor haqqında yazır.
Belə ki, müəllifə görə xoşbəxtliyə heç təsir etməyən 5 faktor:
- Xoşbəxtliyin yaşla əlaqəsi yoxdur
- Cinsiyyətlə xoşbəxtliyin əlaqəsi yoxdur
- Görünüşlə xoşbəxtliyin əlaqəsi yoxdur
- Zeka səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur (ağıl ayrıdır, zəka ayrı)
- Təhsil səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur
Və müəllifə görə xoşbəxtliyə çox təsir edən 7 faktor:
- Ailə münasibətləri
- Bəlli bir miqdara qədər gəlir səviyyəsi (burada izah edir ki, ona lazım olan miqdar gəlirdən sonra insan 1 milyon da qazansa, 10 milyon da qazansa eyni hissləri yaşayır)
- Peşən və gördüyün işi sevmək, sənin üçün məna kəsb etməsi
- Özünü yanlarında çox rahat hiss etdiyin dost, qonşu, qohum əlaqələri
- Cəsur və azad birisənmi? – sualına öz daxilində verdiyin cavab
- Sağlamlıq (əsas can sağlığıdır deyirdik, məgər ki, 6-cı yerdə imiş)
- Dəyərlərinlə vicdanın rahatdırmı?!
Maraqlıdır və doğrudur, məncə!
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Yəhudilərə xas biznes qaydaları
Moskvada sərgidə olarkən təbii ki, vaxt edib kitabxanalarını gəzmək imkanım oldu. Aldığım kitablardan biri də Mixail Abramoviçin “Yəhidələrə xas biznes – 67 qızıl qayda” adlı kitabı idi. Kitabı almamışdan öncə
Karyera ortasında böhran
“Harvard Business Review” jurnalında bu yaxınlarda bir yazı çıxmışdı. O yazını oxuyandan sonra uzun müddətdir beynimi məşğul edən suala cavab tapmış kimi oldum və bir az rahatladım. Yazının mövzusu karyera

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun