şəkilsiz yazılar seriyası
Çox networking tədbirlərində oluruq. Aşağı-yuxarı bilirik networking nədir. Bəs networking nə deyil?
– Qarşınıza çıxan hər tədbirə getmək deyil
– Hamıdan vizitka toplamaq deyil
– Hamı ilə tanış olmaq deyil. Tanıdıqlarınla davamlı ünsiyyəti saxlaya bilmək önəmlidir
– İşiniz düşəndə kimisə axtarmaq deyil
– Olduğunuz tədbirlərdə ancaq özü danışıb, başqalarına imkan verməmək deyil.
– Hamıya “pozitivəm, gülürəm, işlərim əla gedir” mesajı vermək deyil
– O saat nəsə satmağa çalışmaq deyil
– İlk gördüyün adamla həmin an səmimiyyət qurmaq deyil, kimisə sənə salam verdiyinə peşman etmək deyil
Mənə elə gəlir ki, bir çox adam yuxarıdakı hallarda da elə bilir ki, networking edir. Amma deyil. Bəs Sizcə başqa nələr networking deyil?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir