Biznes icmal - iyun
  • Tiktok video baxan adamları göstərəcək
  • İnstagram valideynlərə uşaqları üçün app-də vaxt keçirmələrini limitləmək imkanı verəcək.
  • Votsap android-dən iphone-a və tərsinə məlumatların köçürülməsini icazə verəcək.
  • Youtube yüklənən videolara düzəliş etmək imkanı verən “corrections” funksiyası əlavə edib.
  • Baby Shark videosu Youtube rekordu qıraraq 10 milyard izlənməni keçib
  • Apple-in bazar dəyəri 1 trilyon dollara yaxınlaşır (947,1 milyard dollar), ikinci yerdə Google (819,6 milyard), üçüncü yerdə isə Amazon 705,6 milyard dollardır.
  • İnstagram, Facebook, Twitter Rusiyadakı trafiklərinin 80%-ni itiriblər. Youtube isə mobil trafikə görə Rusiyada birinci yerdədir.
  • Youtube Shorts aylıq 1,5 milyar istifadəçiyə qalxıb.
  • TetraPak şirkəti Rusiyaya ixracı dayandırdığına görə Rusiya hazırda ona alternativ istehsal üzərində çalışır.
  • Pandemiya və Rusiya-Ukrayna müharibəsi səbəbilə Dünya Bankı qlobal iqtisadi böyümə tempini 4.1%-dən 2.9%-a salıb.
  • İnstagram postları “pin” funksiyasını aktiv edib
  • Qrafik redaktor olan Canva da Rusiyada fəaliyyətini dayandırıb.
  • Türk şirkəti FLO Rusiya bazarını tərk edən Reebokun mağazalarını alıb. Hazırda Çıtır Fast Food markası da McDonalds-ların yerinə “göz tikib”, danışıqlar gedir. Rusiyanın ticarət mərkəzlərində türk brendlərinin genişlənməsi ilə bağlı təklif də türk tərəfinə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir