Həyat 4.0 — 40-dan sonra dərk etdiyim 10 həqiqət

Həyat 4.0 — 40-dan sonra dərk etdiyim 10 həqiqət

Mənim üçün əlamətdar olan bir dövrü geridə qoymuş sayılıram. Ömürdən 40 il ötür. IT və innovasiya dünyasında 4.0 metaforası daha yetkin, balanslı, daha təcrübəli, güclü “update” sayılır. O səbəbdən də 40 yaş yazısını “Həyat 4.0” adlandırdım. Bu illərə çox şeyi sığışdıra bildiyimi düşünürəm. Bunlara görə Allaha sonsuz minnətdaram. Bir də həyatın öyrətdikləri var. İlk təəssüratlarımı 30 yaşım olanda yazmışdım. 10 il sonra fikirlərim də çox dəyişib. Hələliksə, 40-dan sonra daha dərindən dərk etdiyim 10 həqiqəti paylaşmaq istərdim;

 

  1. İnsan bəlli bir yaşdan sonra “var” ilə sınağa çəkilir, nəinki “yox”larla. Ömrün ilk yarısında həyatımızda çatışmayan “yox”lara can atır, onları əldə etməyə çalışırıq. İkinci yarısı isə “var”larımızla sınanır, onları qorumağa çalışırıq.
  2. Çox planlı, sistemli biri olmuşam. Bu gün isə olduğum yerin, sahib olduqlarımın heç birini illər öncə təxmin etməmişdim, hətta arzulamamışdım. Düşünəndə ki bəs necə oldu belə alındı – zəhmət deyərdim. Bəli, sadəcə səmimi inam, davamlılıq və zəhmət nəticəsində həyat sənə layiq olduğunu bəxş edəcək. Yoxdan var edən yaradanı da unutmaq olmaz bu arada. Həyatda ilahi bir nizam var və o zamanla hər şeyi öz yerinə qoyur, hər şeyi öz adı ilə çağırmağı öyrənirsən.
  3. Uğur hər şeyin ən gözəl cavabıdır, amma davamı deyil. Atatürk deyirdi ki, “insan uğur əldə edəndən sonra qürura, fəlakətdə isə ümidsizliyə qalib gəlməlidir” Uğurun bizi yoldan çıxarmasına icazə vermək olmaz.
  4. Qaçan heç nəyi qovmayacaqsan. Nəsə və kimsə qaçırsa da düz edir, qalırsa da.
  5. Heç kimi düzəltməyə çalışmaq olmaz. Dedin inandım, təkrarladın şübhələndim misalı. Ən böyük səhv düzəlmək istəməyən adama sərf edilən zamandır. İbn Sina demiş “heç kim görmək istəməyən biri qədər kor ola bilməz”.
  6. Həyatın mərkəzində özünsən. Özünü mərkəzə qoymayan adam sonda məyus olar. Dostum Xaqani demiş heç nəyə və heç kimə qarşı qurban olmayacaqsan, maksimum qayğıkeş ola bilərsən.
  7. Etdiyin səhvi başa düşmədikcə, onun daha betəri ilə sınanacaqsan. Ta ki, başa düşənə qədər. Bu da Xaqanidən öyrəndiyim ən vacib dərslərdəndir.
  8. Yaş artdıqca sular çəkilir və həqiqi dostlar üzə çıxır. Ən böyük ələk isə təəssüf ki, puldur. Bəzi adamlar ona görə dönməyib ki, qarşılarına döngə çıxmayıb. Həyatın döngələri də yaxşı ələk sayıla bilər. Bu yaxınlarda Fərabinin bir fikrini oxudum. Deyir ki, “dost kimi görünüb dostunuz olmayanlara güvənməyin. Amma onlarla əlaqənizi də kəsməyin. Onlara yaxşı davranın, belə ki, gələcəkdə həqiqə bir dosta da çevrilə bilərlər”.
  9. İndi məni çox az şey əsəbiləşdirir. İndiki ağlım olsa idi heç kimlə mübahisə etməz, heç nəyə heyfslənməz, olan hər şeyin səbəbinə ilişmək əvəzinə nəticəsini təhlil edərdim. Çılğınlıq və emosionallığın kiməsə fayda verdiyini görmədim.
  10. Eşq gözəl olanı sevmək deyil o gözəlliyi yaratmaqdır. Həyatımızda etdiyimiz şeylər bizə sevgi və hüzur bəxş etmirsə, zaman və əmək itkisidir. İnsan hüzura isə nəyi niyə istədiyini dərk edəndə qovuşur. Başqalarının gördüyü ilə deyil, özünün necə hiss etdiyi ilə hadisələri ölçən insan rahatdır. Belə olanda insan özünü sübut etməyə vaxt sərf etmir. Sahib olduqlarını, biliyini paylaşan insan xoşbəxtliyi, rahatlığı tapa bilər. Çalışıb yaş artdıqca çiynimizdəki artıq yüklərdən azad olmalıyıq. Bu isə qəbullunmaqla olur. İbn Xəldun deyir ki, “coğrafiya qədərdir” Bəzi şeyləri dəyişmək mümkün deyilsə, ona yanaşmamızı dəyişərək, qəbullanaraq çıxış yolu tapa bilərik.

 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 497 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

FMR TV by AİR başladı (İlk çəkilişlərdən xatirələr)

Yəqin ki, bir çoxlarımızın artıq məlumatı var ki, Azərbaycanın ilk onlayn marketinq televiziyası layihəsi üzərində iş gedirdi. İdeyanın yaranması və inkişafı haqqında İlkin daha öncə öz yazısında məlumat vermişdi.  Bu

Münasibət 0 Comments

Müqayisə etmək

Mütəmadi kitablar oxuyursan. Amma elə bir kitaba rast gəlirsən ki, deyirsən kaş ki, çox yox 1 il öncə oxusaydım da həyatım tamam başqa cür olardı. Filmlərə baxırsan, elə bir film

Münasibət 0 Comments

İtirmək qorxusu (I hissə)

Ötən həftə qarşıma bir yazı çıxdı. Bu yazını yazarkən nə qədər çalışdımsa, xatırlaya bilmədim müəllifi də, yazını da. Bəlkə də yazıdakı iynə kimi bir söz mənə hər şeyi unutdurmuşdu, bilmirəm.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın