Dinləmək bəzən qarşı tərəfin danışa-danışa suallarına cavab tapması deməkdir. Bu hissəni çalışıram mən də tətbiq edim. Zamanla daha yaxşı alınır.
Görəsən bütün soyuqqanlı adamlar təmkinli olur, ya tərsinə. Ən stressli situasiyalarda belə təmkinini qorumaq bir tərəfə, hətta onu idarə edir. Deyərdim ki, bu növ davranış Onun sonrakı addımlarını proqnozlaşdırmağa imkan vermir. Növbəti addımlarını yalnız çox yaxın və Onu tanıyanlar təxmin edə bilər, o da 100% yox. Bir dəfə oxumuşdum ki, istənilən mübahisədən bir müddət sonra mübahisə motivi unudulur, amma həmin an sərgilədiyin davranış yadda qalır. Təmkinli olmaq körpülərin sona kimi yanmasına və emosiyaya meydan vermir. Tarix də göstərir ki, səbr edənləri Allah da sevir və yol açır.
3. Daim insan qazanmağa çalışır
Hətta ona qarşı çıxmış adamları belə sərt uzaqlaşdırmır. Şəxsən mən bu söhbətlərdən sonra həyatımdan kimsəni çıxarmıram, sadəcə onun məndəki yerini dəyişirəm. Mənim mövqeyim budur ki, bəlli yaşdan sonra heç kimin ikinci şansı olmamalıdır. Bu mövzuda mənlə razılaşmır. Mən də məntiqə təvəkkül edərək, əvvəl dedikləri və razılaşmadığım hər şey düz çıxıb deyə məntiqlə düşünürəm ki, bu mövzuda da haqlı çıxacaq. Amma mən öz fikrimdəyəm hələ ki. 40-dan sonra insanın həyatında heç kimin 2-ci şansı olmamalıdır, ona görə ki, zaman çox məhduddur, onu qənaətlə xərcləmək lazımdır.
4. Heç vaxt yüksək səslə danışmır
Şəxsən mən də maksimum buna riayət etməyə çalışıram. Hələ ki, həmişə alınmır. Başa düşürəm ki, əsəbilik səni nəyinsə kontrolu deməkdir. Amma O ən böyük səhvdə belə çox sakit tərzdə, qarşısındakını utandırmadan fikrini izah edir. Gərək ürəyimdə qışqırmağı öyrənəm

Nə yaxşılığı, nə pisliyi. Yaxşılığı unutmadığının çox şahidi olmuşam, amma birbaşa və ya məcazi mənada pisliyi unutmama şəklini görməmişdim, gördüm. Məncə, bağışlayır, amma unutmur. Maraqlı odur ki, pisliyini unutmadığı adamlara daim özünü xatırlatmağı bacarır və onlara düşünürəm ki, ən böyük cavabı da budur.
Mustafa müəllimin dostluğunu itirən gələcək hansısa fürsəti itirmir, özündən nəyisə yolda düşürür.
Onun dostluğunu qazanan da gələcək hansısa fürsəti qazanmır, süni intellektin sürət götürdüyü bir zamanda öncə insan olmağı və insan qalmağı öyrənir.
Yaxşıları görmək, yaxşılardan götürmək və onları qorumaq lazımdır. Həyat həm də belə şeylərlə gözəldir.
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun