Kreativ: İdealı sevməyən 10 000 adam axtarıram
2011-ci ilin sentyabr ayı gərgin idi. Həm yeni və böyük imic kampaniyasına hazırlaşırdıq, həm də kampaniyalar keçirirdik. Müəlllimlər Günü yaxınlaşdığı üçün başımız ona qarışmışdı. Bu arada rəhbərlikdən belə bir fikir gəldi ki, bəs müştərilərimiz arasında idealın facebook səhifəsində pis rəy yazanlar çoxalır. Mən də öz növbəmdə bunun çox da kritik durumda olmadığını göstərmək üçün belə bir “taktik çözümləmə” etdim. Deməli, yeni bir gizli fb səhifəsi yaratdıq və adı da “idealı sevməyən 10000 adam axtarıram” oldu. İdeyanı cəmi 3nəfər bilirdi şirkətdə. Qısa müddətdə hazırlığı tamamladıq və hətta fb reklamlar belə buraxdıq. Aşağıdakı şəkillərdən onları görə bilərsiniz. İlk müddətdə səhifəmizə çoxlu sayda fanlar tərəfindən yazı daxil oldu ki, bəs sizi filan yerdə pisləyirlər, girin imkan verməyin. Həmin səhifədə isə hətta rəqib şirkətin top menecerləri belə fan olmuşdu. Demək ki, istədiyimizi almışdıq. İstədiyimiz isə ən çox da o idi ki, hətta reklamla belə çox insanın o səhifəyə qoşulmadığını göstərmək. Xatırladım ki, həmin səhifə hələ də qalır və cəmi 339 üzvü var. Rəqiblər və müştərilər bundan çox sonra bizim tərəfimizdən yaradıldığını anladılar ki, onda da gec idi artıq. Biz istədiyimizi almışdıq.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Sosial media ölçülə bilərmi?
Sosial media dünyanın hər yerində olduğu kimi Azərbaycanda da olduqca məşhurdur və qısa müddət ərzində özünə xeyli kütlə cəmləyə bilib. Bu gün şirkətlərin bir çoxu sadəcə imic xatirinə, bir çoxu
Azərbaycan brendlərinin facebookda son göstəriciləri (05 fevral – 05 mart)
Ötən dəfəki yazımda olduğu kimi bu dəfə də fevral-mart aylarında, daha konkret desək 05 fevral – 05 mart tarixləri arasında yerli brendlərimizin facebook aktivlikləri haqqında məlumat verməyə çalışacam. Öncədən xatırladım
Sosial Media haqqında baxmalı olduğumuz 3 önəmli video statistika və 2013 noyabr Azərbaycan üzrə Sosial Media Statistik Analizi
Sosial media haqqında çox yazılıb, çox deyilib. Artıq Azərbaycanda da 1300 000-ə yaxın təkcə facebook istifadəçisi var. Bu yazıda sosial media haqqında yazı deyil 3 maraqlı video statistikanı Sizinlə paylaşmaq
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun