“Adverdiklərim” silsiləsindən: Bu bir də olmayacaq!
1+1 kampaniyaları ilə hamının ən sevimli mağazası idik. Yayın cırhacırında yay ayının ən son 1+1 kampaniyasını etməyə qərar verdik. Ən son olmasını elə bir formada çatdırmaq lazım idi ki, insanlar inanılmaz dərəcədə maraqlansın və bütün planlarını bu kampaniya üzərinə qursunlar. Çox düşünəndən sonra belə bir taktiki mesaj seçdim – Sloqanımız “Bu bir də olmayacaq” oldu. Bunu eşidən və görən insanlar ümumiyyətlə bu kampaniyanın bir daha olmayacağını zənn etmişdilər, deyəsən. Çünki inanılmaz satış göstəriciləri almışdıq. Mağaza müdirləri ilə söhbətim zamanı da öyrəndim ki, hər kəs mağazada onu soruşub ki, 1+1 bir də olacaq ya yox? :). İndiyədək verdiyim adlar içində ən uğurlu adlardan birinin də məhz bu ad olduğunu düşünürəm.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Marketing AIR 14 üçün sloqan – Optimal Həllər
Artıq 14-cü dəfə keçirilən Marketing AİR praktiki marketinq təlimləri üçün yeni konsept mesajı düşündük. Marketinqin birbaşa və dolayı əlaqəli olduğu 3 böyük istiqamətə 14-cü təlimimizdə yeni istiqamət müəyyən etdik –
Adverdiklərim silsiləsindən: “İdealda nə baş verir?”
10-13 aprel 2012-ci il üçün Türkiyəyə istirahət şansı qazanmaq üçün keçirilən aksiyaya verdiyim ad.
“Sonuncu müştəriyədək xidmətinizdəyik”
Bu yaxınlarda çalışdığım İdeal parfum və kosmetika mağazaları şəbəkəsində belə bir addım atmaq qərarına gəldim. Mağazaların giriş qapılarında olan standart açılış-bağlanış saatı olan lövhələrdən fərqli formada istifadə etmək lazım idi.


Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun