“ADverdiklərim” silsiləsindən: “İdealda nə baş verir?”
Həyat o qədər sürətlə irəliləyir ki, bir də baxdım İdealda işləməyimin 3 ili tamam olur. Bu 3 ildə o qədər çox şey gəldi-keçdi ki, gələnlərin içində gedənləri yola salmaq bəzən çox ağır oldu. Bu haqda uzun yazmaq fikrim yoxdu, sadəcə arxivi qurdalayarkən bir xeyli kampaniyaya ad düşündüyümü, bir neçə Azərbaycanda ilk sayıla biləcək işlərin olduğunu gördüm. Açığı çoxu da yadımdan çıxıb artıq. Və bundan sonrakıları unutmamaq üçün qərara gəldim ki, copywriting işlərimdən bəzilərini tapdıqca paylaşım.
Bunlardan isti-isti ən son olanı “İdealda nə baş verir?” adını verdiyim kampaniya olub. Kampaniyada mağazalarımızdan gün ərzində ən çox alış-veriş edən müştəri Türkiyəyə səyahət imkanı qazanırdı. Aksiya 4 gün davam etdi. Yalnız ideal kart sahiblərinə aid olan kampaniya “İdealda nə baş verir? Müştərilər yay istirahətini indidən qazanır” sloqanı ilə dizyan olundu.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
“Adverdiklərim” silsiləsindən: Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK.
Müəllimlər Günü münasibətilə çox maraqlı mesaj hazırlamaq lazım idi. Mesajımız isə çox maraqlı oldu, məncə. “Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK”.
“Adverdiklərim” silsiləsindən: İdealda Yenə Bayram Var
Qurban bayramı münasibətilə İdealın ilk dəfə 2011-ci ildə keçirdiyi kampaniyaya “İdealda yenə bayram var” adı seçdim. Çünki bundan öncə Ramazan olmuşdu, Ramazandan sonra yenə bayram əhval-ruhiyyəsinə girmək üçün o bayramın
ADverdiklərim silsiləsindən: “Hər qadın bir idealdır, ideallarımızı sevindirək”
Mart ayı üçün İdealın reklam çarxı hazırlanmalı idi. Çarxın hazırlanması MaxCreative şirkətinə, copywriting isə mənə tapşırıldı. “Hər qadın bir idealdır, ideallarımızı sevindirək” sloqanı ilə belə bir çarx ərsəyə gəlmiş oldu.


Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun