“Adres” qalmaqalı

Ötən ilin noyabr ayında İdeal özünün indiyəqədərki ən böyük imic kampaniyasını buraxmışdı. O ana qədər çəkilən reklamlar içərisində ən bahalılardan sayılırdı. Reklamı Türkiyədə top 5-likdə olan reklam agentliklərindən olan Alametifarika çəkmişdi. Reklam haqqında danışmaq istəmirəm, bu haqda çox yazıldı, çox deyildi. Reklamın ideyası hələ beyinlərdə olarkən dəqiq konkretləşdirdiyimiz bir şey var idi. Bu reklam çarxı ilk yayın günündən çox müzakirə olunmalı idi. Nəysə ki, bir çox reklam agentlikləri ilə görüşdük. Sonunda Alametdə dayanarkən onlara belə bir fikrimizin olduğunu bildirdik. Lakin onlar deyəsən bunu tam anlamadılar, yenə öz bildikləri kimi bir sloqan təklif etmişdilər – Gözəlliyin adresi. Daha sonra biz başladıq bunun Azərbaycan versiyasını düşünməyə. lakin o vaxt anidən öyrəndik ki, əslində Azərbaycan dilinin izahlı lüğətində bu söz var, hətta adresat sözü belə var. Çox gözəl fürsət idi. Heç düşünmədən reklamı bu sloqanla buraxdıq. Sonra iradlar gəldi nə gəldi. Hətta antiinhisar departamentindən belə bizi sloqanı Azərbaycan dilinə adaptasiya ilə bağlı xəbərdarlıq belə gəldi, dərhal reklamları yığışdırmaq tapşırıldı. Təəssüf dövlət orqanı iddianı irəli sürəndə lüğətə gözucu olsa belə göz gəzdirməmişdi. Nəysə ki, biz də 4 cildlik izahlı lüğəti də qoltuğumuza vurub yollandıq nazirliyə, sübut edib qayıtdıq. Facebook səhifəmizə, saytımıza, maillərə belə n qədər şikayətlər daxil oldu ki, niyə rus dilində yazmısınız sloqanı. İstədiyimiz alınmışdı. Hamı bu haqda danışırdı şəhərdə. Biz isə hələ də geniş ictimaiyyətə bu haqda məlumat vermirdik. Hətta marketoloqlar, kopirayterlər belə bunu sezə bilməmişdi. Nəhayət bir müddət keçəndən sonra kitabın adres sözü olan səhifəsini print-skrin edib yayımladıq və şərhlər o andan anidən susdu. Bu gün iş stolumda 4 cildlik izahlı lüğətin olmasını elə o adres sözünə borcluyam :).

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 501 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Oxuyan, bilən, yoxsa öyrənən?!

Yılmaz Özdilin “ADAM” kitabını oxuyurdum, hər kəsə şiddətlə tövsiyyə edirəm. Deməli, Salih Neftçi adında iqtisadçı haqqında yazır. Bu arada deyim ki, Salih Neftçi Kərkükdə doğulub sonra Türkiyəyə ailəsi ilə birgə

Münasibət 0 Comments

İşə yeni müdir gələndə…

Hər işçi yəqin ki, həyatında ən az bir dəfə belə situasiya ilə qarşılaşıb. Nəsə dəyişiklik olub, nəticədə ya ümumən şirkətə, ya da işçinin çalışdığı sahənin başına yeni müdir təyin edilib.

Köşə yazıları 0 Comments

Xarakter(siz) olanda

Ümumiyyətlə qədim zamanların alimləri ilə bağlı rəvayətlərlə tanış olandan sonra məndə belə bir fikir yaranır ki, onlar adətən küçədə falan oturur, yanlarından keçən adamlar da onlara yaxınlaşıb mütəmadi nəsə soruşurmuş.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın