Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları (I hissə)

Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları (I hissə)

Keçən ilin 3-cü kvartalının sonunda 2015-ci ilin analoji dövrü ilə 2014-cü ilin analoji dövrünü müqayisə etmişdim. Buradan keçid edərək oxuya bilərsiniz. Həmin yazıda böhran dövründə radio və internet üzrə dinamikanı müqayisə etmişdik. Artıq yeni statistik rəqəmlərlə müqayisə etmək lazım olduğunu düşünürəm. Ona görə də bu yazıda Sizə tamamilə yenilənmiş formada bütün marketerlər üçün maraqlı ola biləcək məlumatları paylaşacam. Hesab edirəm ki, biz əlimizdə olan məlumatlarla bir-birimizə faydalı ola biləriksə, bunu etməkdən çəkinməməliyik.

Bu arada onu bildirim ki, istər Türkiyə, istərsə də Rusiya bazarında müxtəlif araşdırma şirkətləri, o cümlədən AGB hər kvartal çox faydalı statistik məlumatlar bölüşürlər. Təəssüf ki, Azərbaycan üzrə belə məlumatları almaq demək olar ki, qeyri-mümkündür. Ona görə də hər kəsdə öz imkanları daxilində, araşdıra biləcəyi qədər informasiya vardır. Bu yaxınlarda mən özüm AGB şirkətinə analoji xahişlə müraciət etdim, lakin cavabım müsbət olmadı. Məcbur olub şəxsi kanallarım vasitəsilə məlumatları toplamalı oldum. Amma yaxşı olardı ki, Azərbaycan bazarında fəaliyyət göstərən araşdırma şirkətləri mütəmadi olaraq ictimai açıq informasiyaları paylaşsınlar. Bunu edənlər var və onları alqışlamaq lazımdır. Bu həm də reklam agentliklərinə aiddir. Ötən yazılarımın birində dediyim kimi, təkcə pul qazandığınız işlər görməyin, həm də ətrafınıza faydalı olaraq özünüzə də pozitiv imic qazanın. Son zamanlar YelloAd-ın “Rayikon”larından başqa maraqlı, sosial proyekt görmədim, təəssüf ki. Nə isə, mövzum bu deyil.

Rusiya bazarında vəziyyət necədir?

Öncəki yazımda dediyim kimi böhran dövründə yeganə artan sahə internetdir. Ondan sonra isə ən az azalan sahə radio olub. Bu dünyada da eyni qayda ilə gedir. Həmçinin böhranın daha çox təsir etdiyi Rusiya bazarında da eynidir. 2015-ci ilin əvvəlində Rusiyada radio reklam bazarının 30-40%, ümumi reklam bazarının isə 20% düşəcəyi proqnozlaşdırılırdı. Ancaq 2015-ci ildə digər ənənəvi mediyalarla müqayisədə radio daha az düşüş göstərdi. (-16%) Və təəccüblü deyil ki, Rusiyada böhran dövründə yeganə düşməyən, əksinə 15% artan yeganə sektor məhz DİGİTAL oldu. 2015-ci il digital reklam bazarının dövriyyəsi 1 milyard 68 milyon dollar oldu. Ümumi reklam dövriyyəsi isə 6 milyard 820 milyon dollar olub. Digitalın payı təxminən 25%-ə yaxındır.

Türkiyə reklam bazarı

Zenith Optimedia şirkətinin araşdırmasına görə 2016-cı ildə Türkiyə reklam bazarı 5% böyümə gözləyərkən, bunun içərisində internet reklam bazarının 15% böyüyəcəyi gözlənilir. Gördüyünüz kimi təxminən Rusiya bazarı ilə eyni göstəriciləridir (digital üzrə) Amma onu da deyək ki, 2016-cı ildə reklam dövriyyəsinin ən böyük hissəsini TV reklamları tutacaq.

Dünya reklam bazarı ilə bağlı maraqlı məlumatlar

Şirkətin araşdırmasına görə ümumiyyətlə, dünyada GDP ilə reklam bazarının böyümə faizi bir-birinə yaxındır. Aşağıdakı cədvəldən görə bilərsiniz.

Bölgələrə görə reklam bazarının böyümə faizi isə aşağıdakı kimidir. Gördüyünüz kimi Çinin də daxil olduğu “Fast-Track Asia” bölgəsi 10%-dən çox böyüyür.

Reklam bazarının ən çox böyüməsinə təsir göstərən 10 ölkə isə aşağıdakı kimidir. Maraqlıdır ki, 10-luqda Rusiyanın da adı var. Eyni zamanda o da maraqlıdır ki, bu top 10 ölkənin içində hələ ki, Türkiyə yoxdur.

İnternet reklam bazarında isə ən çox artım göstərən axtarış motorlarında olan reklamlardır. Dünya üzrə bu reklam bazarı 71 milyard dollardan çoxdur. İnternet reklamının içərisində mobil reklamın payı isə son 3 illə müqayisədə 50%-ə qədər böyüyəcək. Ona görə də istiqamətin indidən hara doğru gedəcəyini təxmin edin və işinizi ona görə qurun.Ümumiyyətlə dünya üzrə reklam növlərinə görə bazar payları son 3 ildə aşağıdakı kimi dəyişmişdir:

Bu arada diqqət edin ki, tv reklam bazarı 2-ci yerdədir. Bu isə o deməkdir ki, internet hər nə qədər ənənəvi mediyanı sıxışdırsa da, televiziya gücünü qoruyub saxlaya bilir. Daha doğrusu TV-lər də get-gedə digitall-a keçid etdiyindən inkişaf edə bilir. Ancaq əvvəlki yazılarda dediyim kimi, get-gedə dünyada tv-yə baxma artsa da, eyni məcraya baxma azalır. Yəni insan bir saat tv izləyirsə, minimum 20-30 fərqli işlə məşğul olur (kanalı dəyişir, telefonda qurdalanır və s.)

Yazımın ikinci hissəsində isə ən əsas məsələyə, öz bazarımızda olan vəziyyətə dair qısa araşdırmamı Sizlərlə bölüşəcəm. Bloqun xəbərlərinə mail abunə olaraq ilk xəbər tutanlardan ola bilərsiniz.

 

Davamı var…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Faktlarla Facebook qalmaqalı. Bağlansa nə baş verər?

Yəqin hamınız məlum hadisədən xəbərdarsınız. Xəbəri olmayanlar üçün qısa arayış keçim. Facebookun əməkdaşlıq etdiyi şirkətlərdən biri – Cambridge Analytica deyilənə görə facebookun da icazəsi olmadan 50 milyon insana aid məlumatlardan

Marketinq 0 Comments

Marketinq Direktoru vəzifəsi ləğv olur?

Qlobal şirkətlərin kadr siyasətində yeni trend yaranıb. Belə ki, bir çox böyük şirkətlər marketinq direktoru vəzifəsini ləğv edib onun funksiyalarını digər top menecerlərin arasında bölürlər. Məsələn, Coca-cola, Mars, Johnson&Johnson, Uber,

Araşdırma 0 Comments

Blogerlər üçün top 5 informasiya toplama mənbəyi

Son vaxtlar gərgin iş rejimindən dolayı bloqa çox zaman ayıra bilmirəm. Amma inşallah yaxın aylarda 4 yeni proyekt üzərində işləyirəm və düşünürəm ki, irəlidə hələ yazılacaq çox şeyimiz var. Bu

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın