Birincilərə qoşul nə deməkdir?! AİR 9 haqqında

Birincilərə qoşul nə deməkdir?! AİR 9 haqqında

Vaxt var idi marketinq kursları tək-tük olsa da çox zəif idi, olana şükür deyirdilər. İndi 5 ildir ki, AİR var, Yaradana Şükür deyirlər. 

Nə??! Pafos? Olsun da. Elə deyil ki? 🙂 Bu bloqda mən Sizinlə Marketing AİR 9-un yeni “Birincilərə Qoşul” konseptindən danışacam.

Bəli, Marketing AİR 9. 1 yox, 2 yox, 8 yox, artıq 9. Bu dəfə də 5 il, 3 qara və 9-cu sürət. Biz yenə başlayırıq. İlk günkü kimi, ilk həyəcanın eynisini yaşayaraq. Bu müddətdə eyni olmayan, eyni qalmayan şey təcrübəmiz, səbrimiz, sayımız və keyfiyyətimizdir.

Biz bu 5 ildə bir xeyli təcrübə qazanmışıq. İstər öz iş sferamızda, istər faydalı olma yolunda, istərsə də insanları tanımaq, ilk baxışdan niyyətini anlama baxımdan həqiqətən də xeyli təcrübə qazanmışıq.

Biz həm də səbrli olmağı öyrənmişik. Əvvəlki səhvlərimizi qəbul edir, onun üzərində işləyir və doğru bildiyimiz yolda bütün haqsız tənqidlərə, təhqirlərə baxmadan irəliləyirik. Çünki gedişat bizə səbrli olub ancaq iş görmək lazım olduğunu öyrətdi. Zaman çox qəddardı, onla xoş davranmasan Səni ən sevmədiyin şeylərlə cəzalandırır. Səbrli olacaqsan. Vəssəlam. Deyəcəklər ki, filankəslər varkən, sən kimə lazımsan? Olsun, özümdən başqa faydalı ola biləcəyim ən az 1 nəfər mütləq var deyəcəksən. Danışan adamlar həmişə olub, olacaq da. Hərə bir şeyi yaxşı bacarır. Elədirsə, qoy hər kəs öz bacardığı işi görsün. Zaman özü göstərəcək, yerbəyer edəcək.

Sayımız da eyni qalmayıb. Təlimlərimizdə bizimlə biryerdə iştirak edən adamlar 500-ə qədərdir. Bugün onların 90%-i sənin, mənim, hamımızın tanıdığı şirkətlərdə, dövlət müəsissələrində işləyirlər. Onlar hər yerdədir. Bu 5 ildə üzərimizdə də xeyli işləmişik. AİR 1 ilə AİR 9 arasında əminəm ki, ən az 9 qat fərq var. Biz hər şeyi sınaqdan keçirmişik az qala. Səhv etməkdən qətiyyən qorxmamışıq. Məsələn, sinema formatı təlim üçün daha gözəldir düşündük, səhv etdik. AİR yox AİR++ adlı yeni məhsul çıxardıq səhv etdik. İldə 2 dəfə AİR bəsdir dedik və zaman göstərdi ki, səhv etdik. Daha çox etmək lazım idi. Səhvlərimizi qətiyyən inkar etmirik. Hərəsindən bir şey öyrənib ən azı növbəti dəfə bu səhvləri etmədik. Nəticədə hər şey keyfiyyətin nisbətdə daha da artmasına gətirib çıxardı. Elə özümüz də çox şey öyrəndik. Sizlər bizi daha çox oxumağa, daha çox araşdırmağa və hamıdan daha çox davamlı olmağa məcbur etdiniz. Bu gün AİR təlimlər içində 1-cidirsə, bu Sizin birincilər olduğunuzdan qaynaqlanır. Bir az da ətraflı oxumaq istəsəniz buyurun, Manafov yazıb – Birincilərə Qoşul – Marketing AİR

Niyə “Birincilərə Qoşul”malısınız?! Konseptin mahiyyəti nədir?

Oktyabr ayında yenidən Marketing AİR təlimləri start götürür. 2 ay müddətində yeni, praktik mövzularla Sizinlə birlikdə olacağıq. Neçə ildir nə qeydiyyat üçün domenimiz (http://marketingair.facemark.org/) və yerimiz  də (Dəmirçi Plaza) dəyişmir.

Ötən həftə AİR 9-un hazırlıq işlərini müzakirə edərkən bu ilki konseptimiz də öz-özünə yarandı. Anar, İlkin, Günel, mən və bu dəfəki AİR-in yeni “account manager”i Təhminə xanım bir yerdə müzakirə edirdik. Uzun söhbətdən və bir az da keçmişə qayıdıb olanları xatırladıqdan sonra gördük ki, bugün AİR məzunları hərəsi öz sahəsində demək olar ki, birincidirlər, ulduzdurlar. Onlar ölkədə marketinq sferasında əməlli-başlı gücdürlər. Ona görə də çox düşünmədən AİR 9 üçün “birincilərə qoşul” devizini özümüzə konsept seçdik. Aşağıda şəkilə diqqətlə baxın. Belə şəkillərdən 10-a yaxın hazırlanacaq. Hamısında da fonda ancaq və ancaq AİR məzunlarının şəkilləri olacaq. Bəli, biz heç bir dizayn elementindən, fotoşopdan, xüsusi effektlərdən istifadə etməyək dedik. AİR məzunlarının şəkli və üzərində də BİRİNCİLƏRƏ QOŞUL sloqanı. Şəkillərdə təxminən 300-dən çox AİR məzununun şəkli istifadə ediləcək. Oktyabr ayına qədər hər yerdə periodik olaraq bu şəkilləri dəyişəcəkli istifadə edəcəyik. Birincilər sözünün ilk hərfi B hərfi də AİR 9-un şərəfinə 9 rəqəminin tərsidir 🙂 Onlar bizim üçün, marketinq icmamız üçün çox vacib adamlardır. Onların arasında bizi sevməyənlər də var, amma bu bizi əsla narahat etmir. Hamı sevəcək deyə bir şey də yoxdur. Yəqin ki, nəsə bir səhvimiz olub ki, sevmirlər. Çalışarıq daha olmasın. Aşağıda gördüyünüz şəkil hələ nümunədir. İrəlidə hamısını görə biləcəksiniz.

cover air3

Mütəmadi olaraq çox şirkətlərlə görüşdə oluruq. Hara getsək orada bir AİR məzunu var. Hamısı da iş yoldaşları tərəfindən, həmkarları tərəfindən sevilir. İşlərinə görə, insani keyfiyyətlərinə görə sevirlər. Çünki AİR-i AİR edən marketinq, elm, paylaşmaq, komyuniti gücü və s. dən də daha çox, təmənnasız olaraq faydalı olmağı aşılaya bilməkdir. Nə hikmətdirsə, AİR məzunları həmişə belə olurlar. Əziz dost, sən də birincilərdən olmaq istəyirsənsə, bizə qoşul. Bizə Sonanın uşaqları da deyənlər var. Fikir verməyin 🙂 Sonanın uşaqları elə də pis deyillər. İnanmırsınızsa, buradan oxuyun – Sonanın Uşaqları.

Gəlin, yeni mövsümdə görüşəyin. Çox maraqlı olacaq. İnsan səhhətinə faydalı hansısa dərmanı reklam edəndə deyirlər e sonda ki, “apteklərdən soruşun”. Siz də AİR haqqında bilmək istəyirsinizsə, “birincilərdən soruşun” deyirik. Başqa da heç nə! Görüşərik!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Gəlin, yeni mövsümdə görüşəyin. Çox maraqlı olacaq. İnsan səhhətinə faydalı hansısa dərmanı reklam edəndə deyirlər e sonda ki, "apteklərdən soruşun". Siz də AİR haqqında bilmək istəyirsinizsə, "birincilərdən soruşun" deyirik. Başqa da heç nə! Görüşərik!

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

İctimadi Radioda MMF2019 haqqında danışdıq

Bildiyiniz kimi bu ilin may ayında artıq 7-ci dəfə keçirilən Milli Marketinq Forumunu arxada qoyduq. 2 gün davam edən tədbirdə ölkənin reklam, marketinq sektorunda çalışan 400-dən çox menecer iştirak etdi.

Tədbirlər 0 Comments

“Marketoloq biznesin həkimidir” logo yarışması

Marketing AİR olaraq bizə həmişə dəstək verən Azərbaycan Marketinq Cəmiyyəti yeni yarışma başladıb. Yarışma kifayət qədər maraqlı və kreativ bir yanaşma üzərində qurulub. Bu fikri biz AMC-nin ofisində Rəhim müəllimdən

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın