Bu ildən İqtisad Universiteti MBA proqramında tədrisə başladıq
Əziz dostlar, ötən bloqlarımın birində 1 il yarımdır dərs dediyim bakalavr marketinq qrupları haqqında yazmışdım. Bu müddət ərzində təxminən 500 nəfərlik tələbə heyəti ilə görüşmək imkanımız oldu. Çalışdıq ki, dərslər, mövzular, təqdimatlar bir az fərqli olsun. Ümid edir və inanıram ki, tələbələrə faydalı ola bilmişik. Lakin sonda dediyim kimi bəzi texniki, vaxt və tələbələrin göstərdikləri maraq səbəbindən artıq bakalavrda tədrisi dayandırmaq qərarına gəldim. Bakalavr həm iş vaxtına düşdüyündən vaxta görə uyğun deyildi, həm hər dəfə proyektor, təmiz lövhə, marker sarıdan əziyyət çəkirdik. Üstəlik də tələbələrin bir çoxu “Komikadze tələbələr” yazımda dediyim kimi sanki hələ reallıqları dərk etməyib başqa bir dünyada yaşayırlar. Bir qrupda 30 nəfər varsa, bunlardan ancaq 2-3 nəfərin maraq göstərməsi, oxumaq, öyrənmək istəməsi yumşaq desək ürəkaçan məsələ deyil. Bakalavr hələ həyatla, onun ağır üzü ilə üz-üzə gəlməyib deyə irəlidə hər şeyin öz-özünə “”düzələcəyini” zənn edir bəlkə də. Bloqu oxuyan bakalavr tələbələr varsa, onlara səslənərək bildirirəm ki, vaxtınızın qədrini bilin, heç vaxt tələbəlik illərində olduğu qədər boş vaxtınız olmayacaq. Zaman KEÇDİKCƏ insan zamanın qədrini bilir. Çalışın, o zaman KEÇMƏMİŞ zamanın qədrini bilin.
Bu il – 2016-cı il üçün də qrafikimiz sıxdır. Bilirsiniz ki, hazırda mənim üçün tamamilə yeni olan bir işdə çalışıram. FCMG çox maraqlı sahədir. Ona görə də ilk olaraq bütün diqqətimi ancaq işimə verirəm. Hər gün daha çox öyrənmək zövq verir. Daha sonra isə hamımızın həvəslə gözlədiyi Milli Marketinq Forumu 2016 və Marketing AİR 8 üçün dayanmadan çalışırıq. Yaxınlarda forum haqqında maraqlı xəbərlərimiz olacaq Sizə. Bir həftə sonra isə Sizinlə Marketinq AİR-in ilk təlimində görüşəcəm. Facemark.az portalımızın illik aktivlikləri isə öz qaydasında dayanmadan davam edir. Qismət olsa, inşallah qısa zamanda “Məxfilər” kitabını da bitirib çapa göndərmək istəyirəm. Bundan başqa yəqin ki, marketerlərin novruz görüşünü də keçirəcəyik. Bir sözlə marketerlər üçün həyat çox sürətlidir. Böhranın olub-olmaması ancaq marketerin taktika dəyişlikliyində hiss edilir, aktivliyində deyil.
Bu il həm də ona görə əlamətdardır ki, mən də dostumuz Anar Bayramov və İlkin Manafov kimi İqtisad Universiteti MBA qruplarında dərs deməyə başladım. Açığı hər dəfə mənə təkid edirdilər ki, MBA yaxşıdı, amma mənə nədənsə bakalavr maraqlı gəlirdi. Ona görə də bu il qismət belə alındı ki, MBA-da dərsə başlayası olduq. Deməli, artıq MBA-da iki dərsimizi də bitimişik. Qrupun adını hələki yadımda saxlamamışam təəssüf ki, amma mövzumu dəqiq bilirəm 🙂 İngilis dili MBA proqramı, “Strategic Marketing in Creative İndustry”.
Yuxarıda yazdığım kimi artıq 2 dərsimizi arxada buraxdıq. Açıq desəm iştirakçıların marağı məni qane edir. Hiss olunur ki, hamısı öyrənmək üçün çox həvəslidir. Ona görə tələbə yazmadım ki, onlara əslində tələbə deyil. Onlar özlərinə nə lazım olduğunu bilir, çoxu hardasa işləyir və MBA-ya sırf ixtisas biliklərini elmi-praktiki cəhətdən artırmaq yolu kimi baxır. Yeganə narazılığım İqtisad Universitetinin MBA dərslərini xarici ölkələrdən olduğu kimi tətbiq etməsidir. Məsələn, elə götürək mənim dərs mövzumu – Strategic Marketing in Creative İndustry. Marketinqi elə gözəl öyrəndik ki, qaldı hələ strateji marketinq tərəfi. Bunun da üstünə strateji marketinqi xaricilərin “creative industry” dediyi film, musiqi, əyləncə kimi sferalarda tətbiqini nəzərdə tutur. Düşünürəm ki, əvəzində daha praktik, hazırda tələbələrə sonrakı iş mühitində hava-su kimi lazım olan və bakalavrda keçilməyən mövzular keçilsin. Ona görə də biz tələbələrlə razılaşdıq ki, strateji marketinq, digital marketinq, müştəri davranışları, böhranlı şəraitdə marketinq strategiyaları kimi mövzulara toxunacağıq. Marketing AİR-də olduğu kimi biz istənilən mövzunun nəzəriyyəsini onun praktik tətbiqi ilə bol nümunələrlə, keyslərlə izah edirik. İnşallah bu dəfə də elə olar və MBA tələbələrinə maksimum faydalı olmuş olarıq. MBA tələbələri üçün yaxın həftələrdə müxtəlif sahələrdə çalışan və mövzumuza uyğun gələn qonaq spikerlərin dəvətini də nəzərdə tutmuşam.
Hələlik bu qədər. Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Ticari marketinqin biznesin inkişafında rolu – video müsahibə
Facebook Comments
Mümkün böhran ssenariləri
Dünyada fərqli vaxtlarda fərqli səbəblərdən qaynaqlanan böhranlar olub. Onları iqtisadi, siyasi və digər parametrlərə görə qruplaşdırmaq olar. İqtisadi nöqteyi nəzərdən böhranları qruplaşdırası olsaq, görərik ki, mümkün böhran ssenariləri bir neçə
Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə əməkdaşlığa başladıq
Əziz dostlar, bu yaxınlarda Linkedin-dən dostluq etdiyimiz Elcan Məmmədov elə linkedin üzərindən mənə bir təklif göndərdi. Xatırladım ki, Elcan bəy Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı Təlim Mərkəzinin rəhbəridir.
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun