Enerji içkiləri VS İdman içkisi – səhv düşəndə yerimiz

Enerji içkiləri VS İdman içkisi – səhv düşəndə yerimiz

Bu gün enerji içkiləri çox geniş yayılıb. Bununla yanaşı idman içkiləri də qərbdə xüsusilə məşhurdur. Enerji içkiləri qısa müddətdə Azərbaycanda da məşhurlaşsa da, idman içkiləri haqqında təəssüf bunları demək mümkün deyil. Nəticədə də müştərilərin məhsul haqqında ilkin təəssüratları və onların istehlakı qaydalarında yanlış yerlərə yönəlmə müşahidə edilir. Bugün bu bloq yazısında mən Sizlərə hansı hallarda enerji içkisi, hansı hallarda isə idman içkisi istifadə etməli olduğumuz haqqında yazacam. Eyni zamanda Azərbaycanın enerji və idman içki bazarı haqqında bəzi məlumatları Sizinlə paylaşacam. 

Əvvəla ondan başlayım ki, Azərbaycanda müştərilər tərəfindən ciddi şəkildə bu 2 kateqoriya məhsulun istehlakında səhvlərə yol verilir. İdman içkisi lazım olan yerdə enerji, enerji içkisi uyğun olan yerdə isə idman içkisindən istifadə edilir. Və ya ümumiyyətlə idman içkisi istifadə edilmir.

Dostlar, son 10 ildir ki, enerji içkiləri dünyada çox geniş yayılmağa başlayıb. Parallel olaraq da Coca-Cola-ya məxsus Powerade və Pepsi-yə məxsus Gatorade idman içkiləri də vardır. Gəlin görək bu kateqoriya məhsulların bazarda vəziyyəti nə yerdədir.

Enerji içkiləri bazarı

Təkcə 2014-cü il məlumatlarına görə dünyada enerji içkiləri bazarı 50 milyard dollardan çoxdur. 1997-ci ildə qurulmuş Red Bull 20 milyard dollar civarında qiymətləndirilir. Uzun müddət də Red Bull dünyada lider olsa da, artıq bu belə deyil. İndi Amerikanın Monster brendi satışlarına görə dünyada birinci yeri tutur. Ümumiyyətlə, Amerikada 3 brend əsas yeri tutur – Monster, Red Bull və Rockstar. Azərbaycanda da 20-yə qədər enerji içki brendi vardır. Təxminən 60 milyon manat civarında bazar tutumu haqqında məlumatlar vardır. Birinci yeri Hell, ikinci yeri isə Red-Bull tutur. Dünyanın 167 ölkəsində satılır. Hell-in bazar payı 2016-cı ilin əvvəlinə olan məlumata görə 50%-in üzərindədir. İstifadəçi yaş qrupu isə 18-35 aralığında daha sıx müşahidə edilir. Xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda məktəbyaşlı gənclərin düzgün olmayan aktiv istifdəsi ürəkaçan fakt deyil. Enerji içkilərindən export olunanlardan başqa, yerli istehsal, private label olaraq hazırlanıb bazara təqdim edilənlər də var. Son dönəmlər isə bazara yayılma və reklam aktivliyinə görə HAZZARD brendi xüsusi seçilir.

İdman içkiləri bazarı

Dünyada idman içkiləri enerji içkilərindən daha əvvəldən yaranıb və aktiv istifadə edilib. Lakin enerji içkiləri qədər kütlə tərəfindən məşhurluq qazanmayıb. Adətən idmanla məşğul olanlar, xüsusən də professional olaraq idmanla məşğul olan hər kəs idman içkisinin nə olmasını və niyə vacib olmasını bilib. Lakin bunlardan kənar qalanlar isə demək olar ki, məlumatsızdır. Dünyada əsas 2 güclü idman içkisi brendi var. Onlardan birinci yeri Pepsi-yə məxsus Gatorade, ikinci yeri isə Coca-Cola-ya daxil olan Powerade tutur. Euro2016-da reklamlarını yəqin ki, görmüsünüz. Arada fasilələr yaranan zaman futbolçuların içdikləri əsasən bu brendlərə məxsus içkilər olur. Çoxları elə bilir ki, onlar adi su içir. Amma bu belə deyil.

İdman içkisi nədir? Niyə bizdə çox məşhur deyil? İstifadə qaydaları necədir?

Azərbaycanda idman içkiləri kateqoriyası demək olar ki, yox kimi bir şeydir. Bir tək Gilan FMCG qrupa məxsus Xsport adlı idman içkisi var. Onun da bazarda yayılması çox geniş deyil. İdman içkisinin məqsədi idmançılara bu və ya digər idman növləri və ya hər hansı bir fiziki aktivlik zamanı, məşqlərdən sonra bədəndən təbii yolla itirilmiş su, duz, mineral ehtiyatını bərpa etməyə imkan verir. Fiziki aktivlik zamanı su və duzlar bədəndəki normal miqdarından azalmağa başlayır. Bu zaman vacibdir ki, onlar sağlam yolla bərpa edilsin. İdman içkiləri kateqoriyalarından asılı olaraq aktiv həyat tərzi keçirən insanlar üçün əvəzedilməz içkidir. Daha sadə dildə izah etməyə çalışaq.

Təsəvvür edin ki, Siz aktiv həyat tərzi keçirirsiniz. İdmanla məşğul olursunuz və ya hər hansı fiziki aktiv bir iş görürsünüz. Bu zaman Sizin bədəninizdən tər vasitəsilə su və lazımı minerallar, duz buxarlanır. İdman sağlamlıqdır, əzələləriniz möhkəmlənir və s. bu öz yerində, amma idman edərkən bədənə lazım olan bir çox minerallar da buxarlanır. Bu maddələrin bədəndə tezliklə bərpa olunmaması bir çox problemlərə gətirib çıxara bilər. Fikir vermisinizsə, idmanla məşğul olan adamlar tez-tez maye qəbul edirlər. Çünki bədəndən su buxarlanır və o bərpa edilməlidir. Amma yuxarıda da yazdığım kimi təkcə su deyil, duz, şəkər və digər minerallar da su ilə birgə buxarlandığına görə Sizə bunları tez müddətdə bərpa etmək lazım gəlir. Tək su içərək isə bunu edə bilməzsiniz. İdman içkiləri məhz gərgin idman məşqləri, fiziki aktivliklər zamanı bədəndə itirilən və eyni zamanda bədən üçün həyati vacib olan elementləri bərpa etməyə kömək edir.

Bizdə isə fikir verirəm ki, idmanla məşğul olanlar enerji içkilərindən istifadə edirlər. Halbuki aktiv məşq və ya hər hansı bir idmanla məşğul olarkən enerji içkilərinin istifadəsi səhhətinizə o qədər də yaxşı təsir etməyə bilər. Enerji içkilərinin tərkibində bildiyiniz kimi kofeion və taurin olur. Bu maddələr həm də Sizin sinir sisteminizi aktivləşdirib oyaq saxlayır. Nəticədə sinirlər oyaq olduğu üçün beyinə “gümrahlıq” barədə siqnallar ötürülür və insan özünü ayıq hiss edir. İdmanla məşğul olarkən sinirlərinizi oyatmaq Sizə lazım deyil. Əksinə bədəninizdən itirlən su və duz miqdarını bərpa etməlisiniz.

Ümumiyyətlə idman içkiləri 3 əsas kateqoriyaya bölünür. 

  1. İzotonik idman içkilərində bədəndə normal halda olmalı miqdarda duz və şəkər olur.
  2. Hipertonik idman içkilərində bədəndə olmalı olan miqdardan daha çox duz və şəkər olur.
  3. Hipotonik idman içkilərində isə bədəndə olmalı olan miqdardan daha az duz və şəkər olur.

Dünyada da adətən İzotonik idman içkiləri içilir. Yuxarıda yazdığımız kimi izotonik idman içkiləri adi halda insan bədənində olmalı olan su və duz miqdarını bərpa edir.

İdman içkiləri haqqında da bu qədər. Bu yazıda əsas məqsədim biz istehlakçıların məhsuldan düzgün istifadə üçün məlumat xarakteri daşıyırdı. Çünki yeri gəldi-gəlmədi enerji içkiləri istehlak etməklə ətrafa vermək istədiyiniz mesaj anlayışla qarşılana bilər, amma effektivlik baxımından anlayışla qarşılamaq mümkün deyil. İdmanla məşğul olanlar, aktiv fiziki iş görənlər enerji içkiləri əvəzinə daha yüksək produktivlik üçün idman içkisi içməlidirlər.

Yuxarıda yazdığım kimi çalışdığım şirkətin portfelində Azərbaycanın ilk və hələlik tək izotonik idman içkisi olan Xsport da var. Bu yaxınlarda Müşfiqlə birlikdə brendin real faydasının çatıdırılması üzərində fikir mübadiləsi aparırdıq. Problem var idi və o da bu idi ki, insanlar idman içkisi nədir hələ çox məlumatlı deyil. Ona görə də daha çox tanıtım, məlumat xarakteri daşıyan, eyni zamanda emosional yanları da əskik olmayan bir tanıtım çarxı hazırlamaq qərarına gəldik. Rasional və emosional faydanı özündə birləşdirən reklam – tanıtım çarxına aşağıda baxa bilərsiniz. Videodan da gördüyünüz kimi çalışmışıq ki, məhsulun rasional faydasını daha çox qabardaq.

Bu arada haşiyə çıxaraq bildirim ki, Xsport-un əvvəlki sloqanı “Özünə Gəl” idi. Biz bu sloqanın brendin əsl mahiyyətini ehtiva etmədiyini düşündük. Ona görə də yeni reklam kampaniyasında Xsportun rasional faydasını ön plana çəkərək net bir sloqan seçdik – TƏRLƏDİNSƏ, İÇ! Sloqan haqqında çox variantlar üzərində düşünürdük. Müşfiq rasional mesajın “tərlədinsə, iç” məntiqi olduğunu dedi. Sonra çox fikirləşəndən sonra, sözü bəzəməkdənsə, olduğu kimi verək deyə düşündük. Məncə, pis alınmayıb – tərlədinsə, iç – Bu qədər sadə yəni. Həqiqətən də içki məhz bu prosesdən sonra qəbul edilməlidir.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bugün bu bloq yazısında mən Sizlərə hansı hallarda enerji içkisi, hansı hallarda isə idman içkisi istifadə etməli olduğumuz haqqında yazacam. Eyni zamanda Azərbaycanın enerji və idman içki bazarı haqqında bəzi məlumatları Sizinlə paylaşacam.

Həmçinin oxuya bilərsiniz

Böhrandan Yeni Dövrana – bütün kitab mağazalarında

Əziz dostlar, bildiyiniz kimi bu ilki Milli Marketinq Forumuna özəl olaraq “Böhrandan Yeni Dövrana” adlı 2-ci kitabımız işıq üzü gördü. Biz ilk dəfə bu kitabı forum günü satışa çıxardıq. Çox

Biznes 0 Comments

Sakit Səmədovla “Biznesdə keçərli olan həyat prinsipləri” video müsahibəsnin qısa xülasəsi

Əziz dostlar, sosial şəbəkələrdə Sakit Səmədovla olan saat yarımlıq videoya böyük marağınızı nəzərə alaraq, həmin canlı yayımın 6 dəqiqəlik qısa xülasəsini Sizə bloqumda təqdim edirəm:   Facebook Comments

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #15 – Hər məsələdə eyni fikrə gəlməyə ehtiyac yoxdur?!

HBR-da bu gün maraqlı bir fikrə rast gəldim. Deyir ki, bəzi qurumlar ehtiyac olmadığı halda bütün məsələlərdə fikir birliyinə ehtiyac hiss edir. Və nəticədə hamının ortaq qərarını almaq üçün uzun

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın