FIF2017-dən xatirə qalanlar
Maliyyə və İnvestisiya Forumundan öncə 5 illik MMF, DMC təcrübəmiz vardı. Amma bunlar öz ixtisasımız idi. Sonra ilk dəfə maliyyə sahəsində də özümüzü sınamağa cəhd etdik. Artıq bu cəhdin reallaşmasından bir aydan çox vaxt keçib. Demək ki, məsələ marketinq olunca və eyni zamanda əsas hədəf maarifləndirmək, dünyada baş verən yenilikləri praktik olaraq tətbiq etmə, paylaşma olanda istənilən sahənin marketinqini düzgün aparmaqla belə forumlar təşkil etmək olar. FİF2017-dən sonra digər sahələrdə də forumların keçirilməsi haqqında düşünürük. Bir çox əlavə təkliflər də var. Sadəcə təşkilati komandamız çox məşğuldur deyə çalışırıq ki, qrafikə salıb hamısını edək. İnanın ki, çox sıx qrafikdə hər şeyi çatdırmağa çalışırıq. Bu iş bizə zövq verir, heç bir maddiyyat bizə bu hissi əvəz edə bilməz. Əvvəl də yazdığım kimi faydalı ola bilmək hissi çox qürurvericidir.
FİF2017 videolarını artıq youtube kanalımızda paylaşmışıq. Sadəcə onları sistemli şəkildə bloqda da yerləşdirib arxiv saxlamaq istəyirəm. Bizə ötürülən faydalı bilikləri daha da təkmilləşdirib gələcək nəsillərə ötürmək üçün hər şey saxlanmalıdır. Fürsətdən istifadə edib FİF2017 həmtəsisçilərimiz Niyazi Abbasov, Emin İsmayılov, Sabit Məmmədov, Aysel Cəbrayılovaya dərin-dərin təşəkkürlərimi bildirirəm. Çox məşğul olsalar da, gecə-gündüz demədən çox qısa müddətdə bu işə başladıq və bitirdik. İnşallah hər il mütəmadi olaraq etmək istəyirik.
Bu yazıda mən Sizə FİF2017-nin bütün gedişatını göstərən 2 dəqiqəlik video sujeti, eyni zamanda təşkilatçıların çıxışlarını təqdim etmək istəyirəm. Həmçinin aşağıda xəbər saytlarının hazırladıqları video süjetlər də var. Tədbirdən 1 ay sonra yenidən olanlara baxıb xatırlamaq zövq verir. Siz də baxın 🙂
Yazar haqqında
Editor review
Summary
Bizə ötürülən faydalı bilikləri daha da təkmilləşdirib gələcək nəsillərə ötürmək üçün hər şey saxlanmalıdır.
Həmçinin oxuya bilərsiniz
DMC2016 dəstəkçilərini daha yaxşı tanıyaq
Dostlar, son həftələr gərgin iş qrafikim olduğuna görə bloq yaza bilmirdim. Son 2 həftədə xeyli yeniliklər edə bildik. Çox şükürlər ki, hər il öncədən sıxıntı yaşayacağımız bəzi məsələlər bəzən öz-özünə
Marketerlərin Novruz görüşü baş tutdu
Bununla artıq 3-cü ildir ki, daha doğrusu Marketinq Azərbaycan qrupu yaranandan bu tərəfə hər il Novruz bayramında marketerlərin əyləncəli görüşünü edirik. İlk dəfə Dalida restoranında, sonra Şəki restoranı, son dəfə
DMC2017 nahar, kofe-breyk qiymətləndirməsi və izləyici rəyləri
Bundan öncəki yazıda DMC2017 spikerlərinin reytinqi haqqında yazmışdıq. Əvvəl də dediyimiz kimi toplam tədbir boyunca 2074 geri dönüş almışıq. Mərhələli şəkildə geri dönüşləri həm Sizinlə paylaşırıq, həm də özümüz üçün

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun