FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı

FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı

Əziz dostlar, FİF2017 06 may tarixində uğurla keçirildi. Tədbirdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də müzakirə edilir. Hissə-hissə facebook səhifəmizdə tədbirlə bağlı məlumat və videolar yayımlanmaqdadır. Mən ayrıca 3 yazı şəklində FIF2017-nin hər 3 panelinin videolarını bir yerə toplayıb təqdim edəcəm. Düşünürəm ki, vaxt ayırıb izləməyə dəyən xeyli faydalı informasiyalar var. Özüm marketoloq olsam da, strateji marketinq bizdən maliyyə bilikləri də tələb edir. Ona görə mənim özüm üçün də çox maraqlı idi.

Forumun 1-ci paneli Maliyyə Bazarları və İnkişaf Perspektivləri idi. Bu panelin moderatoru Gilan FMCG Maliyyə Direktoru Niyazi Abbasov qısa girişlə mövzunun praktik aktuallığına toxundu.

Daha sonra Türkiyənin top 10 özəl sərmaye fondları siyahısında yer alan Mediterra şirkətinin partnyoru Orhan Ayanlar hər kəsin maraqlı izlədiyi təqdimat etdi. Çox sadə və faydalı çıxışı hər birinizin izləməsini tövsiyyə edirəm.

Panelin digər spikerləri AzFinans İnvest şirkətindən İntiqam Səfərəliyev Maliyyə Bazarlarında İnvestisiya şirkətlərinin rolu, MBNP-dən Orxan İsmayılov Maliyyə xidmətlərinin inkişafı üzrə Strateji Yol Xəritəsi , Bakı Fond Birjasından Abdulla İsayev isə Yeni Ticarət Platformasına Keçid başlığı ilə çıxış etdilər. Sonda isə mövzuya uyğun yarım saatlıq faydalı müzakirə, sual-cavab keçirildi. Aşağıda hər birinin video yazısını təqdim edirəm.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 501 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Digitalda da AIR havası

Dostlar, bilirsiniz ki, artıq 4 ildir ki, Marketing AİR təlimləri keçirilir. Oktyabr ayından isə 9-cu belə praktik marketinq təlimləri start götürəcək və 2 ay boyunca davam edəcək. Bu dəfəki konseptimiz

Tədbirlər 0 Comments

Builki DMC2016 nələri öyrətdi?

DMC2016-dan qalan şirin yorğunluq üzərimizdən getməmiş builki Digital Marketing Conference bizə nələri göstərdi təhlil etməyə çalışacam. Konfrans haqqında dünən Aysel xanım da ətraflı yazıb. İstəsəniz oxuya bilərsiniz. Bir sözlə nə

Tədbirlər 0 Comments

MMMF2014-də bilməli və əməl etməli olduğumuz 14 fakt

Bu gün çox gözəl gündür. 28 may – Azərbaycanda Respublika Günüdür. Bu münasibətlə hər kəsi təbrik edirəm və tariximizlə qürur duyduğumu bildirmək istəyirəm. Keçək mövzuya. Artıq sabah, yəni 29 may

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın