FIF2018 spiker, panel və təşkilatçılıq qiymətləndirilməsi
Dostlar, şükürlər olsun ki, bu ilin may ayında biz ilk dəfə eyni ayda 2 forumu uğurla başa vura bildik. 05 may tarixində keçirmiş olduğumuz II Maliyyə və İnvestisiya Forumu demək olar ki, o ana qədərki təşkil edilən bütün forumlardan təşkilatçılıq və spikerlərinə görə seçilirdi. Bu il iştirak da keçən ilki ilə müqayisədə 30% daha artıq idi. Üstəlik bu dəfə televiziya kanalları və 30-dək xəbər portalı 3 ay boyunca tədbirimizin az qala hər anını işıqlandırdı.
Bu yazıda mən Sizinlə hər forumda Qmeter vasitəsilə etdiyimiz sorğunun nəticələrini paylaşacam. Fürsətdən istifadə edim Qmeter şirkətinə və xüsusilə Fariz bəyə belə gözəl fürsət yaratdığı üçün təşəkkür edirəm. Həqiqətən də bir neçə forumdur ki, həvəslə istifadə edirik. Ən əsası isə forumun ümumi gedişatına dair iştirak edənlərin tənqid və iradlarını alıb bir növbəti dəfə daha yaxşı olması üçün çalışırıq.
Qmeter sistemi necə işləyirdi?
Biz forum günü zalda quraşdırılmış xüsusi lövhələrdə iştirakçılara forumun gedişatını, spikerləri, nahar fasiləsini və s. qiymətləndirmə imkanı vermişdik. Onlar rahatca 2-3 addımla planşetdə qiymətləndirə bilirdilər. Bundan əlavə isə iştirak edənlərin mobil telefon nömrələrinə hər panel bitdikcə panelin ümumi qiymətləndirməsi və ayrıca spikerlərin qiymətləndirilməsi mesajları göndərilirdi. İştirakçılar telefon vasitəsilə 1 dəqiqə ərzində rahat qiymətləndirmə edə bilirdilər. Qeyd edim ki, qiymətləndirmə təkcə panel və spikerləri deyil, təşkilatçılığı, nahar fasiləsini də əhatə edirdi. Həmçinin iştiraçılar tənqid və təkliflərini də çox rahatlıqla mobil telefondan bizə göndərə bilirdilər. Sistem haqqında bu qədər. İndi isə uzatmadan keçək nəticələrə.
FIF2018 panellərinin qimətləndirilməsi
1. İnvestisiya Strategiyaları
2. Vergi Siyasəti və Mühasibat Uçotu paneli
3. Maliyyələşmə Strategiyaları
Panellər qiymətləndirmə yekun təhlil:
Görürük ki, ümumən 1-ci yerdə 84% autoriyanın razı qaldığı İnvestisiya, 81% auditoriyanın razı qaldığı Maliyyələşmə Strategyaları və 3-cü yerdə 75% auditoriyanın razı qaldığı Vergi Siyasəti və Mühasibat Uçotu panelidir. Müştəri Məmnuniyyət İndeksində isə eynilə İnvesitiya 63.8 balla 1-ci, 50 balla Maliyyələşmə 2-ci, 49.1 balla Vergi paneli 3-cüdür.
Panellərlə bağlı iştirakçı şərhlərində isə əsas qeydlər belədir: Təqdimatda yazılar oxunmur / sualların verilməsində tanışların önə çəkilməsi 🙂 / spikerlərin sayını azaldıb təqdimata çox vaxt vermək / zalda sual verənlər üçün mikrofon sayını artırmaq və s.
Nahar fasiləsini isə sorğuda iştirak edənlərin 64% yaxşı qiymətləndirib.
Spikerlərin qiymətləndirilməsi
Spikerlərin qiymətləndirməsi – yekun təhlil:
Spikerləri ümumən 82% yaxşı qiymətləndirib. Toplamda spikerlərin məmnuniyyət indeksi 67.1-dir. Ümumilikdə bütün spikerlərə 433 qiymətləndirmə edilib. Detallı olaraq isə aşağıdakı kimidir.
Nəzərə alaq ki, qiymətləndirmə ancaq həmin an zalda olan adamlar arasında keçirilib. Məsələn son paneldə daha az adam olduğuna görə sorğuda da daha az adam iştirak edib təbii olaraq. Ümumən isə nəticələrimiz yuxarıdakı kimidir.
Sonda bir daha bütün spikerlərimizə, dəyərli sponsorlarımıza və ən əsas da bizə qiymət verib, səhvlərimizi düzəldən, tədbirimizi daha dəyərli edən forum iştirakçılarına dərin təşəkkür edirəm. İnşallah növbəti faydalı layihələrdə görüşmək ümidi ilə.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Marketoloq ucuz və keyfiyyət arasında qalarsa
Bu il artıq 10 il olacaq ki, marketinq sferasında çalışıram. Bugünə qədər demək olar ki, bazarda birbaşa və ya dolayı yolla işləmədəyim şirkət demək olar ki, qalmayıb. Eləcə də tanımadığım
Forumu forum edən sirrlər (I hissə)
Bugün çoxdan yazmaq istədiyim bir mövzu haqqında yazacam. Biz 5 ildir ki, illik olaraq bir neçə iri miqyaslı forumlar təşkil edirik. Ölkədə 2 dəfə devalvasiya olur, şirkətlər çətin duruma düşür,
Böhrandan Yeni Dövrana – bütün kitab mağazalarında
Əziz dostlar, bildiyiniz kimi bu ilki Milli Marketinq Forumuna özəl olaraq “Böhrandan Yeni Dövrana” adlı 2-ci kitabımız işıq üzü gördü. Biz ilk dəfə bu kitabı forum günü satışa çıxardıq. Çox
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun