IV Milli İnsan Resursları Forumu nə vəd edir?

Gəlin, orta yolu birlikdə tapaq.

Dostlar, bildiyiniz kimi sabah IV Milli İnsan Resursları Forumu keçiriləcək. Artıq 4 ildir ki, mirf2018 sektorda fəaliyyət göstərən yüzlərlə şirkət çalışanını hər il bir yerə yığıb faydalı olmağa çalışır. Bu işdə xüsusi zəhməti olan forumun təsisçiləri Cabir SüleymanlıTelman İbrahimov xüsusi təşəkkür düşür. Xüsusən Cabir forumun həm ustası, həm fəhləsi kimi hər detalı ciddi təqib edir, arada dalaşır, amma belə ümumi yaxşı adamdır 🙂

Onu da qeyd edim ki, bu ildən forumun həmtəsisçisi olaraq mən də varam 🙂 Forumun pr və marketinq işlərindən məsul həmtəsisçi olaraq bu il çalışdım ki, tədbiri daha çox insana çatdıraq. Qeyd edim ki, bu ilki forumu bu ana qədər 1 milyondan çox unikal insana çatdıra bilmişik. Forumun tv və media sponsorları bu müddət ərzində dəstəyi sayəsində daha çox insana haqqımızda məlumat verə bilmişik. Bu mənim özümün həm də 14-cü forum təcrübəm olmuş olacaq. İnşallah digərləri kimi sabahkı formumuzda da hər şey yaxşı olar. Hər şeyin yaxşı olması üçün 3 aydır ki, gərgin iş gedir.

Konsept, format, məkan

#mirf2018 konsepti bu il ORTA YOL-dur. Biz düşündük ki, getdikcə rəqəmsallaşan dünyada, hər şeyi az qala robotlara və süni intellektlərə həvalə etdiyimiz bir zamanda 2 şeyə diqqət etməliyik. 1 – yeni trendlərdən geri qalmamalıyıq, bu müzakirə belə edilməməlidir. 2 – son dərəcə müasirləşən texnologiyaların içində insan itib-batmamalıdır. İnsan faktoru, onun emosiyaları, üzbəüz söhbət, onun hiss və düşüncələrinə önəm vermə gözardı edilə bilməz. Ona görə də qərara gəldik ki, bu il hərəsindən bir az götürməklə ORTA YOL-u tapaq. Spikerlərimizdən də istəyimiz o oldu ki, öz təqdimatlarında işlərində nəzəri və praktiki bilgilərini tətbiq edərkən ORTA YOL-u necə izləyə bilirlər onu göstərsinlər.

Format olaraq isə davos formatına uyğun olacaq. Spikerlər səhnədə “davos masaları” ətrafında əyləşərək çıxış edəcəklər. Bir neçə spikerimiz səhnədə çıxış etmək istədiyinə görə o formada da çıxışlar olacaq. Səs sistemi, çəkiliş isə yüksək səviyyədə təşkil edilib. Üstəlik zal üçün 2 ədəd böyük monitor da var ki, orada baş verənləri daha net izləyə biləcəksiniz.

Forum günü isə professional canlı yayım təşkil ediləcək. Qatıla bilməyənlər çox şey itirsə də, ən az olduqları yerdən rahat izləyə biləcəklər 🙂 Daha öncəki forumlarımızda istifadə etdiyimiz professional canlı yayım proqramı ilə maksimum içəridəki həyəcanı Sizə ötürməyə çalışacağıq.

Tədbir üçün qeydiyyat 09:00-da başlanacaq. 10:00-a qədər qeydiyyat və networking mərhələsi olacaq. Forumun rəsmi açılışı isə 10:00-da başlayacaq və 18:00-dək davam edəcək. Qeyd edim ki, forum günboyu davam etdiyi üçün nahar fasiləsi və çay fasiləsi nəzərdə tutulmuşdur. Eyni zamanda maraqlı viktorinalarımız da olacaq ki, vizit kartlarınızı lototrona atmaqla dəyərli hədiyyələr qazana bilərsiniz.

Məkanımız bu il fərqli seçdik. Avropa-Azərbaycan Məktəbinin 800 nəfərlik müasir, teatral zalından istifadə edəcəyik. Bu işdə bizə dəstək olan Tural bəyə və EAS rəhbərliyinə təşəkkür edirik. Hazırlıq müddətində komandamıza qarşı səbrli davranışlarını təqdir etmək lazımdır 🙂 Bu ana artıq son 50-100 bilet qalıb. İnşallah sabah ən az 300 şirkətin 800 nümayəndəsini gözləyirik. Onların hamısını himn oxuyarkən görmək çox qürur verəcək. Şəkillərinizi facebook və instagram səhifəmizdə #mirf2018 həştəqi ilə paylaşa bilərsiniz.

Spikerlərimiz

Builki forumun spikerləri də xüsusi həssaslıqla seçilib. Spikerlərimiz bildiyiniz kimi 3 panel üzrə bölünüb. Aşağıda onları Sizə təqdim edirəm. Gördüyünüz kimi hamısı öz sözünü demiş professional insanlardır. İnanıram ki, sabah onlardan bir xeyli praktik və elmi yüklü məlumatlar əldə edə biləcəyik.

Komandamız, yenə də komandamız

Forumun həmtəsisçilərini sadaladıq, amma ən böyük təşəkkür 50 nəfərlik komandamıza düşür. Grow Center, Cogito komandasından Məhəmməd bəy, Əminə xanım, Nigar xanım, Fil Agentliyindən Nəzrin xanım artıq neçə aydır ki, gərgin iş rejimində çalışırlar. Və adlarını bilmədiyim, amma forum günü zalda Sizin rahatlığınız üçün çalışacaq onlarla komanda üzvünə fürsətdən istifadə edib təşəkkür etmək istəyirəm. Yaxşı ki, varsınız. İşin arxasında komanda oyunu varsa, onun uğursuz olması ehtimalı çox azdır. Sizdən xahişimiz sabah komanda üzvlərinin təlimatlarına mümkün olduğu qədər əməl etmənizdir. Belə olduğu təqdirdə bütün gün boyunu qüsursuz, texniki xətalarsız şəkildə başa vura bilərik.

Dəstəkçilərimizə sonsuz təşəkkürlər

Dəstəkçilər olmasa, tədbirin ərsəyə gəlməsi çox çətin olar. Dəstəkçilər özlərini tanıtmaqla bərabər, həm də böyük və faydalı bir işin bir parçası olurlar. Fürsətdən istifadə edib satış təlimləri deyəndə ağla ilk gələn Sat Group, saytımızı gözəl şəkildə hazırlayan Digitello, kreativ tərəfdaşımız Yello-nun timsalında Azər, Namiq və Məlahət xanıma, bizi hər zaman dəstəkləyən, proseslərin avtomatlaşdırılmasında önəmli rol alan, işi öz işi kimi sahiblənən Logix, Ticketsetup komandası, forum günü məmnuniyyət dəyərləndirməsi edəcək Qmeter şirkəti, tədbirin pr tərəfdaşı Fil Agency, təşkilati dəstək göstərən Grow Center,  Cogito, çap tərəfdaşımız HG Group, xüsusilə Günel xanım, səhnə tərtibatı tərəfadşımız Crea Time, xüsusən Samir bəy, Erickson İnternational Group, Magnus-a təşəkkür edirik. Bizi mediada bu müddət ərzində işıqlandıran və forum günü də maksimum işıqlandıracaq media tərəfdaşlarımız facemark.az, banker.az, olke.az, banco.az, bbn.az, bizplus.az, xeberler.az, edumap, baku.ws, marja.az, asan radio, report informasiya agentliyi, fins.az, eduonline.az, finans.az, aznews.info, hr-az.com xəbər portallarına dərin-dərin təşəkkürlər.

Biletləri necə əldə etmək olar deyirsizsə,

Bu da bizim  #mirf2018 imic çarxımız. 

Gəlin, orta yolu birlikdə tapaq.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Niyə Satış Forumu?

Hazırkı iqtisadi şəraitdə bir çox şirkətlər satışdan ciddi şəkildə asılı hala düşüb. Həm qlobal iqtisadi dəyişikliklər, həm də rəqabətin bu halda artması şirkətlərimizdən satışı artırmaqdan əlavə, ən pis halda öncəki

Tədbirlər 5 Comments

Milli İnsan Resursları Forumu 2022 üçün çağırış videosu

Əziz dostlar, bildiyiniz kimi artıq 5-ci dəfə keçirilən Milli İnsan Resursları Forumu bu ilin aprel ayının 16-da baş tutacaq. Foruma sayılı günlər qalıb. Möhtəşəm yeniliklərlə daha da faydalı olmağa çalışacağıq.

Tədbirlər 0 Comments

Forumun kitabı da var – Böhrandan Yeni Dövrana

Nəhayət bugün gəldi. 1 ildir ki, fasilələrlə də olsa, üzərində işlədiyim böhran marketinqinə aid kitabım artıq çapa verilib. Bu il milli marketinq forumunun tarixində ilk dəfə forumun konseptinə uyğun öz

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın