Marketinq Azərbaycan qrupunun 5 ili tamam oldu

Marketinq Azərbaycan qrupunun 5 ili tamam oldu

31 avqust tarixində facebookda ən böyük qapalı marketinq qrupu olan Marketinq Azərbaycan qrupunun yaranmasının 5 ili tamam olur. Qrupun yaranma tarixi və keçirdiyi tədbirlər haqqında daha öncə çox yazmışam. Bu ay mənim üçün çox doğma olan bu qrupun yaranmasından 5 il keçir. Bu 5 il ərzində dönüb geriyə baxanda xeyli maraqlı görüşlərin, faydalı müzakirələrin, tədbirlərin xatirəsi göz önündə canlanır. Bu müddət ərzində qapalı qrup olmasına baxmayaraq sistemli bir təşkilat kimi fəaliyyət göstərə bilmişik. Qrupun öz qaydalar toplusu var. Bu yazıda mən Sizinlə facebookun qruplar üçün yeni funksiyası – statistik məlumatları açıqlayacam.

Qrup üzvlərinin profilləri, üzvlərin aid olduğu şirkətlər, bir çox digər məlumatları təhlil edib o haqda yazmışam. Oxumayanlar üçün bir daha yazıların linklərini yerləşdirirəm.

Marketinq Azərbaycan qrupu üzvləri hansı növ şirkətləri təmsil edir?

Marketinq Azərbaycan qrupu üzvlərinin bitirdiyi universitetlər (II yazı)

Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili

Marketinq Azərbaycan qrupunun yeni qaydaları və yenilikləri

Marketinq Azərbaycan şineli

Linkdən oxumaq istəməyənlər üçün qrup haqqında qısa arayış verim.

"Marketinq Azərbaycan qapalı facebook qrupu 5 ildir ki, fəaliyyət göstərir. Hazırda yerli və xarici şirkətlərdə çalışan 12800-dən çox üzvü var. Üzvlər arasında marketinq, reklam sahəsində çalışan tələbələr, həmçinin bu sahə ilə marağı olan digər peşə sahibləri də var. Qrupun üzvləri yerli və xarici universitetlər daxil toplam 618 universitetin məzunudur.Üzvlərin 81%-i ya tam, ya da ikinci ali təhsil kimi xarici universitetlərdə oxuyub. Qrup üzvlərinin 40%-ə yaxını xidmət sektorunda çalışır. Sonrakı yerləri bank, reklam agentliyi, təhsil, qida sektoru tutur. Üzvlərin 47%-i 21-30 yaş aralığındadır. 22% 31-40, 19% isə 40 yaşdan yuxarıdır.  65% kişi, 35% qadın üzv var. Orta gündəlik yeni üzv sayı 30-dan çoxdur. Qrup 11 nəfər admin tərəfindən idarə edilir. "

Marketinq Azərbaycan qrupunun aktivlik statistikası

Dostlar, dediyim kimi qruplarda artıq “group insights” bölməsi var. Əvvəllər yox idi. İndi isə sizə son 7, 28, 60 gün üçün statistik məlumatlar ala bilirsiniz. Mən bu yazıda Sizə son 2 ay üzrə qrupun statistikasını paylaşacam. Nəzərə alsaq ki, son 2 ay yay aylarına təsadüf edir, o zaman göstəriciləri rahat 1,5 dəfə daha artıq hesaba ala bilərik.

Beləliklə, son 60 gün üzrə,

  • 434 nəfər yeni üzvlüyə qəbul edilib, 80 nəfərin üzvlük tələbi isə rədd edilib. Bloklanan istifadəçi yoxdur.
  • Toplam 253 paylaşım (post), 1066 şərh, 8355 aktiv üzv, 2762 bəyənmə olub. Aktiv üzv deyərkən paylaşılan postları görən, bəyənən, şərh edənlər nəzərdə tutulur. Deməli, qrup üzvlərinin 65%-dən çoxu mütəmadi olaraq aktiv olur. Ümumiyyətlə Sizə deyim ki, aylıq 7500-dən az aktiv adam olmur. Gündəlik isə bu rəqəm 4300-dən çoxdur. Ümumilikdə orta aylıq 300 paylaşım, 600+ şərh olur. Olduqca yaxşı göstəricilər hesab etmək olar. 65% aktivlik hər qrupda yoxdur.
  • Son 2 ayda qrupda həftənin ən aktiv günü 5-ci gün, daha sonra 1 və 3,  bazar isə ən passiv gündür.
  • 1-5-ci günlər saat 11, 12 və 5, 6-cı gün axşam 5, bazar isə səhər 11-12 daha aktiv olub. Ümunən isə axşam 9 ən aktiv vaxt hesab edilir.
  • Qrupun postlarına baxış sayına görə isə vəziyyət aşağıdakı kimidir. Gördüyünüz kimi 1 postu 3500 adam belə gördüyü olub.

Screen Shot 2017-08-12 at 22.49.52

  • Qrup üzvlərinin daxil olduğu ölkə və şəhərlər isə aşağıdakı kimidir

Screen Shot 2017-08-12 at 22.59.04

Beləliklə, bunlar təxminən 2 həftə sonra yaranmasının 5 illiyini qeyd edəcək Marketinq Azərbaycan qrupunun statistik göstəriciləridir. Ümidvaram bu məlumatlar qrupdan aktiv şəkildə faydalanan, postlar edən üzvlər üçün maraqlı olacaq. Biz isə adminlər olaraq bundan sonra da səylə Sizə xidmət göstərməyə davam edəcəyik.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bunlar təxminən 2 həftə sonra yaranmasının 5 illiyini qeyd edəcək Marketinq Azərbaycan qrupunun statistik göstəriciləridir. Ümidvaram bu məlumatlar qrupdan aktiv şəkildə faydalanan, postlar edən üzvlər üçün maraqlı olacaq.

Həmçinin oxuya bilərsiniz

Digital 0 Comments

İnternet media gəlirliliyi və milli brendlərimizin sosial şəbəkə aktivlikləri – video

13 iyun tarixində Region TV-nin “Media Radar” verilişinin qonağı idik. Dostumuz İsmayıl Həsənovun aparıcılığı ilə təxminən yarım saat ərzində ölkəmizdə internet reklamları, internet saytlar, milli brendlərimizin sosial şəbəkələrdə aktivlikləri haqqında

Marketinq 0 Comments

Ümumi baxış sayı 270 mini keçən 43 video bir yazıda

Hələ keçən ilin iyulunda fmr tv video postlar seriyasına başladığımız haqqında yazmışdım. İstəsəniz bu linkdən oxuya bilərsiniz. Mövzudan xəbərsiz olanlar üçün deyim ki, saytımızın tematikasına uyğun olaraq ancaq biznes, marketinq,

Expert TV-də 7 suala video cavab

Bir müddət öncə Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Experttv.az kollektivi tərəfindən qonaq kimi dəvət edilmişdim. Maarifləndirici və çox faydalı bir video portal olan Expert tv-də Siz özünüz üçün maraqlı olan xeyli

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın