MilliNet, yoxsa YerliNet ?!

MilliNet müsabiqəsinin bu ilki biabırçılığı haqqında danışacağıq.

Bu dəfə MilliNet müsabiqəsindən yazmaq istəyirəm. Əslində yazmayacaqdım, amma sonra düşündüm ki, niyə də yazmamalıyam, bu müsabiqənin faydasızlığına susmaq olmaz. Qısa olaraq bildirim ki, artıq 3-cü ildir ki, davamlı olaraq MilliNet müsabiqəsini izləyirəm. 2 ildir isə iştirak edirəm. Keçən il təqdim etdiyim saytın fb səhifəsinə jurilərin qeydlərini oxuyanda şoka düşmüşdüm. Juri adlanan kəs necə belə savadsız şərhlər, xüsusilə də təhqiredici ifadələr yaza bilər. Təbii ki, sonradan təşkilati komitəyə yazdığım maildə sərt şəkildə etirazımı bildirdim, həmin juri də şəxsən üzr istədi. Bu haqda çox yazmayacam, amma bu dəfə uğuruna 100% əmin olduğum, yəni çalışdığım şirkətin, İdealın facebook səhifəsinin MilliNetdəki dəyərləndirməsi barədə danışmaq istəyirəm.
İdealın facebook səhifəsini “ən yaxşı sosial şəbəkə səhifəsi” nominasiyası üzrə təqdim etmişdim. Və bu dəfə hələ 1-ci tura keçən 6 nominantı görəndə şoka düşməmək mümkün olmadı. Aşağıda Sizə həmin səhifələrin təhlilini də verəcəm. Amma ondan öncə qısa olaraq İdealın facebook səhifəsi haqqında qeydlərimi deyim. 
İdeal FB səhifəsinin üstünlükləri nələrdir?
Onu bildirim ki, səhifəmiz Azərbaycanda top 5-də olan şirkət səhifəsidir, socialbaker nəticələrinə görə 2013-cü il xüsusi mükafat alıb, eyni zamanda analitika nəticələrinə görə Azercell və Bakcell-in belə bir çox göstəricilərindən irəlidədir. Səhifədə bütün şəkillər xüsusi olaraq seçilir, 90% xarici brendlərin öz verdiyi şəkillər, 10% isə dizaynerin fb üçün xüsusi hazırladığı profil və cover şəkillər istifadə olunur. Bundan əlavə çox az səhifədə olan və fan səhifənin ən önəmli göstəricilərindən olan 8 professional işlənmiş app vardır. Bununla fan səhifə tam olaraq mini sayt rolunu oynayır. Azərbaycanda ilk dəfə gözəllik və ya başqa dildə desək LİKE yarışmasını professional app üzərindən etmişik və bunun üçün xüsusi Miss İDEAL 2013 əlavəsi yazılıb. Və ən əsası ilk dəfə əlavələr arasında adriver sistemi ilə izlənilə bilən reklam bannerləri fan səhifədə yerləşdirilib. Bununla bitmir. Fan səhifə illik, aylıq, həftəlik və günlük olaraq xüsusi hazırlanmış proqram vasitəsilə idarə edilir. Response rate indekslərində ilk sıralardadır. Səhifədə reklam xarakerli postlardan əlavə gündəlik olaraq fanlara hədiyyə qazandıran sual, eyni zamanda xanım və bəylər üçün maraqlı olan faydalı məlumatlar yer alır. Bu qədər kifayətdir, məncə. İndi gələk bu nominasiyada 2-ci tura keçən 6 fan səhifəsinə:
1. https://www.facebook.com/azadliqradiosu – Azadlıq Radiosunun fb səhifəsi
Səhifədə 3 professional əlavə var. Səhifədə şəkil və paylaşımlarda xüsusi özəllik yoxdur. Saytın xəbərləri birəbir paylaşılır. Amma aktual və faydalılıq baxımından səhifənin nominantlar sırasına salınmasını haqlı görürəm.
2. www.facebook.com/kenan.mecidov – Fotoqraf Kənan Məcidovun fan səhifəsi
İşin ən gülməli tərəfi burdadır. Səhifədə heç bir özəllikdən, aktuallıqdan və faydalılıqdan söhbət gedə bilməz. Nominantlar arasında ən son yeri faydalılıq əmsalına görə bəlkədə bu səhifə almalıdır. Çünki səhifədə çəkilən şəkillərin yayımından başqa bir şey yoxdur, şəkillər belə səhifəyə ölçüsü azaldılıb yüklənib, hər halda fotoqrafın səhifəsində şəkillər göz oxşamalıdır. Fotoqraf özü şərh yazanlara aktiv işləmir, yəni onların fikirlərinə münasibət bildirmir, geri feedback yoxdur. Və bunlar bir tərəfə fotoqrafın səhifəsi yuxarıda yazdığım parametrləri və stili olan səhifə ilə müqayisədə növbəti tura keçir. MilliNet-i “nə zibilə düşdüm dəstəklədim” deyib obyektivliyini itirərək dəstəkləmək zorunda qalan Vahid Qasımov bu səhifənin seçilmə özəlliyini də açıqlasa sevinərdik. Bir sözlə gülüncdür.
Professional heç bir əlavə yoxdur. Fan səhifəyə özəl xüsusi sxem tətbiq edilmir. Amma səhifənin və mövzunun aktuallığı və faydalılığı baxımından dəstəklənməsini düşünürəm. Eyni zamanda fikirləşirəm ki, bu ad altında fəaliyyət göstərən səhifə üçün də az iş görülüb. Amma növbəti tura keçməsinə haqq verirəm. 
İki xəbər saytı tur adlayır, ən böyük absurd. Ən azı oxşar sahə olduğundan ikisi müzakirə edilərək biri seçilməli idi. Səhifədə heç bir professional əlavə və işlənmə yoxdur. Xəbər saytı favorite pages bölməsində Ford Azerbaijan, maykalar.com, resto.az kimi səhifələri əlavə edib. Tam qeyri-professional addım. Nə aktuallıq, nə xəbərlərin təqdim özəlliyi və də faydalılığı baxımından Azadlıq Radiosundan xüsusi seçilmir, ən az parallel qoyula bilməz. İdealın səhifəsi ilə müqayisədə isə mənfiyə düşməlidir.
Növbəti “multfilm” bu səhifədir. Şəxsi trainerin səhifəsində heç bir özəl əlavə yoxdur. Seminarların adları və şəkilləri, xüsusən də fanların paylaşılanlara reaksiyası yoxdur. “Seksologiyanın tarixi” falan mövzular belə fanları cəlb edə bilməyib. Ümumiyyətlə profil və coverini Vahid müəllim dediyinə əsaslansaq vizual heç bir effekt vermir. Bu arada kriteriya kimi vizual xoş deyil ifadəsini də ilk dəfə Vahid müəllimdən eşitdik, sağ olsun. Bu səhifə fotoqrafın səhifəsi kimi ən dəxilsiz seçimlərdən ikincisidir. Mövzuya və müsabiqəyə əlaqəsi qaranlıqdır. Jurilərdən kiminsə yaxınıdırsa, o başqa.
Deməli, bu səhifə də həm korporativ, həm də sosial şəbəkə nominasiyasında seçilib, daha bir disbalans. Korporativ seçilibsə, fan səhifə niyə? və ya tərsi. Seçim o qədər qıtlıq idi. Səhifədə cəmi səliqəsiz yığılmış 1 sorğu əlavəsi var. Şəkillər xüsusi işlənmir. Ümumən normal səhifədir. Amma dediyim kimi iki nominasiyada seçilməsi düzgün deyil. Bizim səhifə ilə isə ümumiyyətlə müqayisə oluna bilməz.
MilliNet necə qiymətləndirir və qiymətləndirməli idi???

Profilimdə yazdığım statusa şərh yazan Vahid müəllimin dediyinə görə 10-dan çox juri üzvi MilliLike verir. Onlar toplanır və ona əsasən seçim edilir. Amma adını düz seçiblər milli like, yəni azərbaycan sayağı like. Sözün əsl mənasında heç bir məntiqə əsaslanmır. Ən böyük çatışmazlığı isə müsabiqə elan edilir, amma hansı kriteriya əsasında nominantlar dəyərləndiriləcək o yazılmır. Vahid müəllim bildirdi ki, kimin nə xoşuna gəlir səs verir. Bu professionallığı alqışlamaq lazımdır, məncə. Kiminsə XOŞU ilə seçilənlər jurilərə minnətdar olmalıdır ki, onları əhvalının SAZ yerinə düşüb, dostunun dostu, körpü məsələsində tanış və s. çıxıb. Halbuki, mütləq şəkildə kriteriya olmalı idi. O kriteriya əsasında səhifələr dəyərləndirilməli və keçənlər və keçməyənlər haqqında şərhlər açıq şəkildə yazılmalıdır. Ümumiyyətlə o jurilərin özünün öz sahələrində professionallığı da sual altındadır. İnciməsinlər, amma seçimləri onlar haqqında bu cür düşünməyə əsas verir. Professional tənqidçinin verdiyi şərhə baxın: 
  • Cover picture iyrəncdir, profil brendi əks etdirmir – kim harda yazıb ki, profil həmişə brendi əks etdirməlidir. Cover yeni əlavəmizi tanıtmaq üçün hazırlanıb, iyrəncdir yazmaq ən məntiqsiz fikirdir. Saman çöpündən yapışmağa bənzəyir.
  • Şəkillərin çox maraqsızdır – şərhə baxın. Maraqlı ümumiyyətlə nə deməkdir. Səbəb yazır ki, ağ fonlu olmasıdır. Onu dünya brendləri o cür çəkib bizə verirsə, nədən danışırıq ümumiyyətlə. Chanellin dizaynerindən yaxşımı biləcəksiniz ki, şəkilin fonu necə olmalıdır.
  • Postlar maraqsız, lifestyle yoxdur – hiss olunur ki, 3 dəqiqə ərzində baxa bildiyinə çatdırıb baxıb. Lifestyle gündəlik olaraq qoyulur. və yenə də “maraqsız” söhbəti. Maraqlı-nı tanıyanlardan bildirmələrini xahiş edək onda ki, görək bu “maraqlı” nəyə oxşayır. Şərhdə yazdığım kimi komentlər el arasında məşhur olan “voopşe sənin papağın hansı” misalına bənzəyir. Nəysə.
Yekun:
Əzizlərim, əziyyət çəkirsiniz, bilirəm. Amma başqalarının da əziyyətini qiymətləndirəndə Cem Yılmaz demiş əlinizi vicdanınızın üstünə qoyun. Siz səs vermədiniz, hansısa səhifəyə nəsə oldu, yox. Amma siz bu və bunu kimi halların nəticəsində hər il bir az daha gözdən düşürsünüz, azərbaycanda normal müsabiqə olmaz fikrini möhkəmləndirdiyiniz üçün bir tərəfdən “alqış”, bir tərəfdən də qarğış düşür. İlkin Manafov startup boş şeydir deyəndə hamı düşdü üstünə ki, niyə elə deyirsən, təzə çiçəklənir dəstək olmaq lazımdır. Və onu ən çox tənqid edənlər, indi MilliNet-in seçimini dəstəkləyir. Bir sözlə absurd. Amma mən ümidvaram və əminəm ki, bizlər bu steraotipləri aradan qaldırmağa nail olacağıq. Sizdən keçdi daha. Gələcək nəsil üçün müqayisə predmeti verdiyiniz və olduğunuz üçün Sizə təşəkkürlər.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

3 il, 3 qara və daha nələr

Hərənin bir air-i var, bizim də airimiz ˝paylaşmaqdır˝. 3 il öncə məhz belə deyib çıxmışdıq yola. Bugünlərdə Marketing AİR-in yaranmasının 3 ili tamam oldu. Hələ təlim başlayan ərəfədə ˝3 qaranın

Köşə yazıları 0 Comments

Facemark-ın 1 yaşı oldu

“Qaraqutu”dan “Face of Marketing”ə çevrilən 1 illik yol 21 oktyabr sevilən, oxunan marketinq portalı olan Facemarkın yaranmasının 1 ili tamam olur. Düz 1 il öncə, 21 oktyabr 2011-ci ildə Facemark

Köşə yazıları 0 Comments

Həyat Keyfiyyəti

Son zamanlar müşahidələrim belə deməyə əsas verir ki, karyerasının bəlli bir səviyyəsinə gəlib çatmış bir çox top menecerlər ümumən həyat keyfiyyətlərindən razı deyil. Gəlin görək hələ ilk olaraq həyat keyfiyyəti

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın