MMF2018 spiker, panel və təşkilatçılıq qiymətləndirilməsi

MMF2018 spiker, panel və təşkilatçılıq qiymətləndirilməsi

Beləliklə, 6-cı Milli Marketinq Forumu da arxada qaldı. MMF2018 haqqında ayrıca yazacam, amma bu yazıda bizim forumu dəyərli edən iştirakçıların fikirlərinə yer vermək istəyirəm. Bildiyiniz kimi artıq neçənci forumdur ki, biz Qmeter şirkəti ilə əməkdaşlıq edirik. Qmeter bizə keçirdiyimiz forumlarda iştirakçıların müxtəlif kriteriyalara görə məmnunluq səviyyəsini ölçməyə imkan verir.

Qmeter sistemi necə işləyirdi? 

Biz forum günü zalda quraşdırılmış xüsusi lövhələrdə iştirakçılara forumun gedişatını, spikerləri, nahar fasiləsini və s. qiymətləndirmə imkanı vermişdik. Onlar rahatca 2-3 addımla planşetdə qiymətləndirə bilirdilər. Bundan əlavə isə iştirak edənlərin mobil telefon nömrələrinə hər panel bitdikcə panelin ümumi qiymətləndirməsi və ayrıca spikerlərin qiymətləndirilməsi mesajları göndərilirdi. İştirakçılar telefon vasitəsilə 1 dəqiqə ərzində rahat qiymətləndirmə edə bilirdilər. Qeyd edim ki, qiymətləndirmə təkcə panel və spikerləri deyil, təşkilatçılığı da əhatə edirdi. Həmçinin iştiraçılar tənqid və təkliflərini də çox rahatlıqla mobil telefondan bizə göndərə bilirdilər. İndi isə uzatmadan keçək nəticələrə.

Gəlin, ilk öncə keçək panellərə. Bildiyiniz kimi 2 gün ərzində 6 panel üzrə müzakirələr aparıldı. Aşağıda mən reytinq ardıcıllığı ilə panelləri və müvafiq olaraq SLI indekslərini paylaşıram.

  1. Milli Keyslər – 63.8
  2. Rəqəmsal Marketinq – 58.7
  3. Marketinq Kommunikasiyaları – 55.3
  4. FMCG – 52.3
  5. Marketinq Strategiyaları – 51
  6. Bloqçuluq – 3.1

İndi gəlin daha detallı, sistemdən çıxarılan şəkillərlə baxaq.

Milli Keyslər Paneli

Milli Keyslər Paneli

Milli Keyslər Paneli

Milli Keyslər Paneli

Rəqəmsal Marketinq Paneli

Rəqəmsal Marketinq Paneli

Rəqəmsal Marketinq Paneli

Rəqəmsal Marketinq Paneli

Marketinq Kommunikasiyaları Paneli

Marketinq Kommunikasiyaları Paneli

Marketinq Kommunikasiyaları Paneli

Marketinq Kommunikasiyaları Paneli

FMCG paneli

FMCG paneli

FMCG paneli

FMCG paneli

Marketinq Strategiyaları Paneli

Marketinq Strategiyaları Paneli

Marketinq Strategiyaları Paneli

Marketinq Strategiyaları Paneli

Bloqçuluq Paneli

Bloqçuluq Paneli

Bloqçuluq Paneli

Bloqçuluq Paneli

Stend önündə səs vermənin nəticələri

25 və 26 may tarixlərində MMF-in keçirildiyi zalın girişində həm də stend şəklində qiymətləndirmə üçün planşet yerləşdirilmişdi. İstənilən şəxs yaxınlaşaraq heç bir informasiya vermədən cəld şəkildə qiymətləndirə bilərdi. Aşağıda Sizə həmin qiymətləndirmənin də nəticələrini paylaşıram. Gördüyünüz kimi toplam 375 nəfər qiymətləndirmədə iştirak edib. Ən çox forumun 2-ci günü müsbət səs alıb. Ümumilikdə isə 66.4% nəticə ilə qənaətbəxş qiymətləndirmə olub. Keçən il bu rəqəm 55% üzərində idi. Bu da onu göstərir ki, müqayisədə hər ötən il bir öncəkindən daha yaxşılığa doğru gedir.

Planşetdəki səsvermə nəticələri

Planşetdəki səsvermə nəticələri

Spikerlərin dəyərləndirilməsi

Spikerlərin və ümumiyyətlə qiymətləndirmə haqqında onu deyək ki, istənilən bu tip səsvermələrdə subyektivlik amili çox ciddi rol oynayır. Üstəlik nəzərə alsaq ki, sms göndərilən adamların arasından hamı səsvermədə iştirak etmir. Bu səsvermə ancaq sms-ə cavab verənlər arasından müəyyən edilmiş qiymətləndirmələrdir. Amma dediyimiz kimi istənilən hərəkət hərəkətsizlikdən yaxşıdır prinsipi ilə getsək, bunun özünü belə necəsə meyar hesab etmək olar. Aşağıda MMF2018-də iştirakçılar tərəfindən müsbət rəyləri bol olan TOP 5 spikeri paylaşıram. Gördüyünüz kimi 3 spiker 62 bal toplayıb deyə onların hamısı 4-cü yeri bölüşdürüblər.

MMF2018 Spikerlər

MMF2018 Spikerlər

Subyektiv fikirlərim 🙂

Təşkilatçılardan biri olaraq öz şəxsi subyektiv fikrimi spikerlərlə bağlı əlavə etmək istərdim. Mənə görə öz keysini çox gözəl şəkildə Kapital Bank nümayəndəsi Günel Fərzəliyeva və Renat Azməmmədov təqdim etdi. Rüfət Hüseynov, Rasim Davudov, Tural Həsənov, Seymur Quliyev, Ellada Əliyeva praktikada özünü tapmış nəzəri, elmi ağırlıqlı çıxışları ilə o sahənin adamları üçün çox gözəl mənbə rolunu oynadı deyə bilərəm. Ceyhun İmanov və Orxan Rzayev mənim üçün gələcək trendlər, yanaşmalar baxımından çox dəyərli informasiyalar bölüşdülər. Həlimə xanımın çıxışından sonra dedikləri üzərində bir-iki gün düşünmüşəm. Ümumiyyətlə bir söz deyim ki, spikerləri qiymətləndirərkən gözləntiləri düzgün müəyyən etmək lazımdır. Mən həm də təşkilatçıyam. İllərin təcrübəsi göstərir ki, bir çox halda auditoriya gözləntilərində yanlışlığa yol verdiyinə görə spikerləri öz prizmalarından mühakimə edirlər. Mən hələ bizdəki qədər dünyanın heç bir yerində spiker çıxışının bu qədər müzakirəsinə rast gəlməmişəm. Açın beynəlxalq forumların saytlarını, facebook səhifələrini, tvit hesablarını və s. Hər kəs öz fikrini deyib gedir. Kimsə o çıxışdan biznesinin istiqamətini dəyişir, kimsə bildiyi bir şeydən bir daha əmin olur, kimsə də bütöv bir çıxışdan sadəcə 1 cümlə götürə bilər ki, elə o 1 cümlə bütün həyatını dəyişə bilər. Üstəlik onu da etiraf etməliyik ki, MMF spikerlər üçün həm də ciddi karyera fürsəti deməkdir. Bunun bariz nümunələri ətrafımızda çoxdur, bundan sonra da olacaq.

Sonda fürsətdən istifadə edib MMF2018-də iştirak edən bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm. 2 qat təşəkkürlər isə bizi qiymətləndirən, səhvlərimizi və düzlərimizi bildirməklə nəticədə bizi daha da inkişaf etdirən səsvermədə iştirak edənlərədir. Və təbii ki, böyük təşəkkür də bizə bu fürsəti yaradan Qmeter şirkətinə düşür.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Azercell, Bakcell, Nar – 3 mobil operatorun fan səhifə təhlili! Kim neçəncidir?!

Əziz dostlar, Sizinlə Socialbakers-lə əməkdaşlıq çərçivəsində növbəti araşdırmamı təqdim edirəm. Bu dəfə mən ölkəmizin 3 böyük mobil operatorlarının göstəricilərini təhlil edəcəm. Qiymətləndirmə 5 ballıq şkala ilə 9 parametr üzrə aparılacaq.

Müştəri Davranışları 0 Comments

Müştəri davranışlarında “LÜKS” amili

Bugün bizi əhatə edən bir çox yerdə “lüks” kəliməsi ilə qarşılaşırıq. Dünyada və Azərbaycanda bir çox brendlər və ya xidmətlər var ki, adının önündə sevə-sevə bu kəliməni işlədir. Bəs nədir

Sağa-sola placement

Deməli, bu yaxınlarda PG marketinq direktoru Mark Pritçard İAB-dəki çıxışında rəqəmsal marketinq alətlərinin effektinə şübhə etmiş, bu sahədə boşluqların olduğunu bildirmişdi. Bu hadisə dünyada reklam agentlikləri arasında xeyli müzakirə edildi.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın