Mobil ticarət bazarı və müştəri özəllikləri + (Statistika və infoqrafika)

Mobil ticarət bazarı və müştəri özəllikləri + (Statistika və infoqrafika)

Bu gün dünyanın bir çox araşdırma şirkətlərinin saytını ziyarət etmə fürsətim oldu. Həftəsonu olduğundan rahat-rahat xeyli yeni araşdırmalar oxuya bildim. Bu gün onlardan ən sürətli inkişaf edən trend – mobil internet haqqında bəzi maraqlı statistikalar isə diqqətimi çəkdiyindən onları Sizinlə də paylaşmaq istəyirəm. Bloq xüsusilə mobil, digital sahədə çalışanlar üçün maraqlı ola bilər.

internet – sosial media – eticarət – mobil. Dünya hələ ki, bu trendlər üzrə irəliləyir. Öncə internet çıxdı, insanlar artıq hər şeyi internetdən ˝soruşmağa˝ başladılar. Dərslərini belə online üzərindən aldılar. 2016-cı ildə məsələn, online təhsil bazarı 52 milyard dollara çatacaqmış. 

Mobil ödəmə 2017-ci ildə 823 milyard dollar olacaq.

Bunlardan ən maraqlısı, iddialısı isə mobil ticarətdir. Dünya üzrə sosial media istifadəçilərinin yarısından çoxu mobildən giriş edir, internet istifadəçilərinin isə hər il mobilə keçişi minimum 2 rəqəmli faizlərlə artır. Təsəvvür edin ki, 2013-cü ildə mobil ödənişlər (mobil cihazlar vasitəsilə müxtəlif xidmətlərin ödənişi) dünya üzrə 188 milyard dollar olub. Bu rəqəm 2014-də 285, 2015-ci ildə 426 milyon, 2016-cı il 605 (proqnoz), 2017-ci ildə 823 milyard dollar olacağı proqnozlaşdırılır. Təsəvvür edin bu il öncəki ildən 42% daha çox, 2017-ci il isə 2016-dan 36% daha çox olacaq. Qlobal olaraq internetin sürəti artdıqca mobil ödənişlər də parallel olaraq artacaq. NFC üzrə ödənişlər parallel olaraq artacaq. Statistikaya görə 2019-cu ildə dünyada NFC-yə sahib telefonlar 81% təşkil edəcək.  Bir sözlə bir barmağınız və mobil telefonunuzla edə bilməyəcəyimiz iş qalmayacaq az qala. Azərbaycanda da çox sürətli olmasa da, bu sahədə inkişaf il-ildən hiss olunur. Xüsusən, indiki iqtisadi şəraitdə intellektual və innovativ sahələrə yatırım artıq yeganə çıxış yollarından olacaq.

Alış-verişin mobil profili – araşdırma

BKM, McKinsey&Company İpsos araşdırma şirkəti bir yerdə Türkiyədə ˝Alış-verişin mobil profili˝ adlı maraqlı bir araşdırma edib. Araşdırma nəticəsində 2016-cı il üçün mobildən alış-veriş edənlərin orta statistik profili müəyyən olub. Baxmayaraq ki, araşdırma türkiyə bazarı üçün aparılıb, ancaq o bazar bizə də çox yaxın olduğundan xırda düzəlişlərlə bizdə də eyni halın tezliklə baş verəcəyini gözləmək olar. Təəssüf ki, Azərbaycanda hələ bu tip araşdırmalar aparılmır, aparılsa belə, hər kəsə açıq şəkildə paylaşılmır. Xarici mənbələr isə şəffaflıq, rahat informasiya əldə etmə baxımından çox rahatdır. Adicə AGB-dən 2015-ci il mediya üzrə qısa xronika istəmişəm, hələ də gözləyirəm. Ümid edirəm ki, rəsmi olaraq ilk dəfə bir bloqer bu məlumatları alıb oxucular üçün də faydalı təhlil hazırlaya biləcək. Keçək mövzuya. Araşdırmaya görə:

ozellik

Mobil alış-verişin ilk mərhələsi məhsul araşdırma və qarşılaşdırmasında müştərilərin çoxu qiyməti müqayisə edir, 1/3-i isə müştəri fikirlərini və kampaniya təkliflərinə diqqət edir. Yəni bu mərhələ şirkətlər çalışmalıdır ki, müştərilər rahat şəkildə məhsulları müqayisə edə bilsinlər. Eyni zamanda digər müştərilərin məhsullar haqqında olan fikirlərini də daha görünən etməlidirlər.

Mobil alış-verişin ikinci mərhələsi satış/ödəmə mərhələsində isə müştərilər üçün güvənlik və sürət həlledici rol oynayır. Burada da şirkət çalışmalıdır ki, müştəri tam güvənli şəkildə alış-veriş etdiyinə əmin olsun, eyni zamanda texniki cəhətdən də bu xətasız baş versin, gecikmələr olmasın tranzaksiyalar zamanı. Araşdırmaya görə dünyada mobil alış-veriş edən hər 5 adamdan 4-ü şəxsi məlumatlarının oğurlana biləcəyindən ehtiyat edir. Gedişata görə gələcəkdə mobil alış-veriş barkod sisteminə keçəcəkdir.

Alış-veriş davranışları

Adətən mobil alış-veriş edənlər online alış-veriş alışqanlığı olan adamlar olur. Türkiyədə də interneti olan hər 4 adamdan biri online alış-veriş edir. Online alış-veriş edən hər 3 adamdan biri isə mobil alış-veriş edir. Maraqlıdır ki, mobil alış-veriş saytı ziyarət edənlərin 40%-i seçimi mobil saytdan edib ödəməni offline etməyə üstünlük verir. Bu Azərbaycanda da yüksək səviyyədədir. Yəqin ki, səbəbləri sırasında güvənsizlik, bilgisizlik, daha operativ əldə etmə istəyi var.

mobil

Mobil alış-veriş edənlər kimlərdir?

Mobil alış-veriş edənlər adətən 25-34 yaş arasındakı adamlardır. Təbii ki, təhsil səviyyəsi yüksəldikcə, istifadəçiləri də artır. Statistikaya görə mobildən alış-veriş edənlərin 73%-i həm mobil sayt, həm də mobil tətbiqdən istifadə edir. 19% sadəcə mobil sayt, 8% isə ancaq mobil tətbiq vasitəsilə alış-veriş edir. Mobil alış-verişi ən az istifadə edənlər işsizlər və evdar qadınlardır.

Mobil ticarət ilə məşğul olanlar bunlara diqqət etməlidir. Mobil sayt problemsiz, texniki xətasız olmalı, mobil tətbiq mütləq olmalı, məhsullar rahat və müqayisəli şəkildə izlənmək imkanına malik olmalı, müştərilərə kampaniyalar haqqında məlumatlar səliqəli şəkildə və bezdirici olmadan verilməli, təhlükəsizliyə ən yüksək səviyyədə fikir verilməməli və son olaraq müştəriyə bir çox alternativ ödəmə imkanı verilməlidir. Mobil ticarət istifadəçilərini bu xidmətdən aktiv istifadədən çəkindirən xüsusiyyətlər sırasında da 81% respondent məlumatların oğurlana bilmə riskini qeyd edib. Digər maraqlı statistika isə tablet sahiblərinin mobil telefon sahiblərinə nisbətən mobil ticarət etmə ehtimalının 3 dəfə daha artıq olmasıdır.

Araşdırmaya görə mobil ticarət tətbiqinə malik müştərilərin telefonunda ən az 4 belə tətbiq olur. Müştərilər tətbiqi adətən mobil saytla müqayisədə daha sürətli olduğu üçün endirirlər. Digər səbəb isə mobil tətbiqdən alışlara xüsusi güzəştlərin olmasıdır. Müştərilər belə tətbiqləri isə telefonlarının sürətini zəiflətsə və tez-tez yorucu bildirişlər gələcəyi halda silir.

Gəlin, indi görək mobil ticarətdə hansı marketinq taktikalarından istifadə etmək lazımdır.

mobiltaktika

Diqqət çəkmə – mobil satışı artırmaq üçün orijinal fikirlərə ehtiyac var. Pulsuz çatdırılma, müştəriyə özəl məhsul, heç yerdə satılmayan malın ancaq mobildə satışı kimi taktikalar ola bilər.

Mobilə uyğun həllər –  Unutmaq olmaz ki, insanlar mobildən aldığı hər şeyi mağazadan da ala bilər. Müştəri əksərən heç kimlə danışmadan da fikirlərini, iradlarını bildirmək istəyir. Bunun üçün tətbiqdə müştərinin suallarını rahat verməsini, zəng mərkəzinə rahat çıxışını təmin etmək lazımdır.

Tətbiqlərə xüsusi diqqət – Mütəmadi olaraq tətbiqləri yeniləmək lazımdır. Əlavə üstünlüklər verə biləcək funksiyalar əlavə edilməlidir. Müştəri vebdən daxil olduqda alternativ üçün axtarış motorlarından istifadə edə bilir. Tətbiqdə isə ona başqa məlumat lazım olanda tətbiqdən çıxmaq məcburiyyətində qalır. Ona görə də tətbiq maksimum lazımlı məlumatı özündə birləşdirməlidir.

Reklam strategiyası – mobildə reklam imkanları vebdəki kimi deyil. Burada daha az mətn, daha kiçik ölçülü şəkillər istifadə edilməlidir. Ona görə də mətnə, verilən mesaja və şəkilə mobil reklamlarda xüsusi diqqət vermək lazımdır. 4 əməliyyat sistemi və onlarla telefon modeli var. Vebdəki kimi çox qarışıq sistem deyil, ona görə siz reklam startegiyanızda bu əməliyyat sistemi və modellərin özəlliklərindən maksimum faydalanmalısınız.

Hansı sektorlar daha öndədir?

Mobil tətbiqlər içərisində yayılmasına görə birinci yeri sosial mediyaya aid tətbiqlər tutur. Daha sonra oyun və alış-verişə aid tətbiqlər gəlir. Ardıcıl olaraq isə siyahını sağlamlıqla bağlı tətbiqlər davam etdirir. Son zamanlar isə tətbiqlər içərisində xüsusi məqsədli tətbiqlər dəb alır. Məsələn, bu tətbiqlər vasitəsilə siz uzaqdan evinizin işığını, qazını, suyunu idarə edirsiniz, qapını açıb-bağlayırsınız, televizoru idarə edirsiniz və s.

Dünyada mobil ticarətdən ən çox əyləncə, səyahət, elektronika və geyim sektoru istifadə edir. Azərbaycanda getdikcə taksi xidmət və bankların mobil tətbiqləri də geniş istifadə edilir.

Bəli, gördüyümüz kimi gələcək mobilə doğru gedir. Ölkəmiz də mobil istifadə faizinə görə digər ölkələrdən geri qalmır. Türkiyədə mobil penetrasiya 41%-dir, məsələn. Bu isə təxmini 31.7 milyon mobil istifadəçi deməkdir. Türkiyə baxımından bazar kifayət qədər böyükdür. Azərbaycanda isə ağıllı mobil istifadəçiləri sayı yüksək olsa da, insanların və eləcə də şirkətlərin rəsmi alış-verişlərə çox da maraqlı olmaması bu sektorun geniş inkişafına ən ciddi maneələrdəndir. Ümid edirik ki, hazırkı durumda aradan qaldırılması elə də çətin olmayan bu problem tezliklə həll edilər. Yalnız bu halda dünyada baş verən trendlərin analoji nəticələrini özümüzdə də görə bilərik.

Növbəti dəfə daha faydalı olmaq ümidilə.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Mobil ödəmə 2017-ci ildə 823 milyard dollar olacaq.
0/5

0

Very Poor
0
Summary

Mobil ödəmə 2017-ci ildə 823 milyard dollar olacaq.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!

Nəhayət, araşdırmamızın ən maraqlı hissəsinə, Azərbaycan bazarı ilə əlaqədar hissəsinə çatdıq. Bundan öncə dünya bazarı ilə əlaqədar yazını kimsə oxumayıbsa, buyurub oxuya bilər – Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları.

Araşdırma 0 Comments

Son 3 aya əsasən 4 böyük bankın facebook fan səhifə təhlili! Kim neçəncidir?!

Ötən bloqumda yazdığım kimi Socialbakerslə əməkdaşlığım çərçivəsində aylıq mütəmadi olaraq Azərbaycan və xarici şirkətlərin sosial media aktivliyini müqayisə edəcəm. Məqsəd həmin şirkətlərin öz fəaliyyətini təhlil edib səhvlərini düzəltməsi, güclü tərəflərini

Şərhlər

  1. Megan Atkinson
    Aprel 24, 04:40 Reply

    Hi there,

    We run an Instagram growth service, which increases your number of followers both safely and practically.

    – Guaranteed: We guarantee to gain you 400-1200+ followers per month.
    – Real, human followers: People follow you because they are interested in your business or niche.
    – Safe: All actions are made manually. We do not use any bots.

    The price is just $60 (USD) per month, and we can start immediately.

    If you are interested, and would like to see some of our previous work, let me know and we can discuss further.

    Kind Regards,
    Megan

Şərh yazın