MMF2017-də FMCG və Dağıtım panelini niyə izləməlisiniz

MMF2017-də FMCG və Dağıtım panelini niyə izləməlisiniz

Dostlar, artıq MMF2017-yə 3 gün qalır. Komanda olaraq sürətlə foruma hazırlaşırıq.

Təşkilati işlərin ağırlığı öz yerində, amma foruma həm də moderator kimi hazırlaşmaq çox çətindir, gərgin zəhmət tələb edir.

Foruma 3 gün qalmış Sizə moderatoru olduğum FMCG və Dağıtım paneli haqqında yazmaq istəyirəm. Ümumiyyətlə bilirsiniz ki, forum 2 bütöv gün ərzində davam edəcək, 6 paneldən ibarətdir. Mən iddia edirəm ki, 27 may tarixində nahardan sonra Siz ən faydalı çıxışları izləyəcəksiniz. Digər panel moderatorlarının dediklərinə çox da fikir verməyin 🙂 Bu gün məsələn, gördüm ki, Turanə xanım da Özsüt-də moderatoru olduğu Bloqçuluq panelinin spikerlərini başına yığıb müzakirələr aparır. Bu il yubiley olduğu üçün hamı deyəsən ciddi hazırlaşır 🙂 Amma olsun, mən yenə də bizim panelin ən faydalı panel olacağını düşünürəm. Niyə? O zaman aşağıda yazılanları oxuyaq!

"FMCG bildiyiniz kimi tez istehlak olunan mallar qrupunun adıdır. Buraya qida, qeyri-qida, tütün, təmizlik vasitələri, içkilər və s. kateqoriya mallar daxildir. Bu kateqoriya mallar adətən çox tez-tez gündəlik həyatımızda istifadə edilməsi və qiymətlərinin də münasib olması ilə seçilir. Adətən kiçik marja, amma böyük dövriyyəli məhsullar kateqoriyası kimi xarakterizə edilir."

Pərakəndə ticarət dövriyyəsinin çox böyük hissəsini elə FMCG məhsulları tutur. Statistikaya görə Azərbaycanda 1 nəfərə düşən pərakəndə ticarət dövriyyəsi 236 manat təşkil edir. Ümumi FMCG sektoru üzrə ticarət dövriyyəsinin isə illik 15 milyar manat olduğu təxmin edilir. Bunların içində qida və qeri-qida mallarına çəkilən xərc 50/50 nisbətində bölünür. Azərbaycanda son bir neçə ildə dağıtım şirkətləri də çox dinamik inkişaf etməyə başlayıb. Böyük holdinqlərdən fərqli olaraq duruma daha çevik reaksiya verib tez zamanda bazara lazımı məhsulu çıxara biliblər. Eyni zamanda kobud desək “dəlləkliyi” dağıtımını etdiyi məhsullar üzərində öyrənə-öyrənə sonda özləri də istehsala keçdi, bir çoxu private label məhsullar buraxmağa başladı. Xüsusən də indiki iqtisadi şəraitdə bu sektor 1-ci tələbat malları olduğu üçün çox aktualdır. Müştəri davranışları 2 devalvasiyadan sonra əhəmiyyətli şəkildə dəyişib. Bütün bu dəyişiklikləri Siz bizim spikerlərimizdən dinləyəcəksiniz.

Gəlin, panelimizlə tanış olaq. Aşağıda qısaca spikerlərimiz və onların çalışdığı şirkətlər, eləcə də spikerlərimizin video müraciətlərini təqdim edəcəm.

fmcg paneli mmf2017

MMF2017 / 27 may / FMCG və Distribution Paneli

Avrora – Aqşin Rəhimov

Spikerlərimizdən biri Avrora şirkətinin satış direktoru Aqşin Rəhimovdur. Aqşin bəylə 2 dəfə görüşdük. Çox savadlı və işini gözəl bilən dostumuzdur. Mən şəxsən çox sevinirəm ki, Azərbaycanda işini o cür sevən kadrlar var. Aqşin bəyə tabe şirkətdə 900 nəfər çalışır. Avrora şirkəti özü isə ən böyük dağıtım şirkətlərindən biridir, 3000 nəfərədək adam çalışır şirkətdə. Avrora eyni zamanda Bizon, Go kimi yerli enerji içkiləri istehsal edir, ümumilikdə 14 brendləri tam yerli istehsaldır. Ümumən isə 300-dən çox brendin bütün Azərbaycan üzrə dağıtımını edirlər. Xırdalan zavodunun bütün məhsulları, Lafarella, Romaşka, PalSüd, Rosko, Rolton kimi məşhur brendlərlə çalışırlar.

Engin – Ramin Xəlilov

Engin şirkəti də 11 şirkətin 35-dən çox brendinin Azərbaycanda dağıtımı ilə məşğuldur. Əsasən PG məhsullarının dağıtımını edirlər. Enginə aid mallar Azərbaycanda 11000 satış nöqtəsdində satılır. Ariel, Pampers, Kinder, Gilette, Selpak, Pringles kimi məşhur brendləri var. Ramin bəylə də maraqlı müzakirələrimiz oldu. Keçən həftə panelimizin bütün spikerləri ilə Manqalüstü Restoranında çox faydalı görüş oldu. Hətta görüşdə AzGranata şirkətinin direktoru Anar Bayramov da iştirak edirdi. Baxmayaraq ki, özü başqa panelin moderatorudur, FMCG ona da maraqlı gəlmişdi 🙂

Johnson&Johnson – Anar Məmmədov 

Bu şirkət Sizin tanıdığınız Johnsons Baby, Listerin, Le Petit Marcel, Doctor MOM, Rinza, İmodion, Nizoral kimi brendlərin nümayəndəsidir. 200 illik Amerika şirkətidir. Şirkətin məhsullarının dağıtımını İntent şirkəti edir (Humana və Nivea kimi brendin dağıtımını edir həm də) Johnson&Johnson Azərbaycanda əsasən dərman preparatları, uşaq qulluq vasitələrini satırlar. Mass Market məhsulları üzrə dağıtımı isə Avromed, Zeytun, Azerimed şirkəti edir. Ümumilikdə illik 400 milyon avro dəyərində bir bazardır. Düşünürəm ki, Anar bəyin deyəcəkləri hamı üçün çox maraqlı olacaq.

Gilan FMCG – Rafiq Vəliyev

Bu da bəndənizin video müraciəti 🙂

Əziz dostlar, foruma az qala öz panelimi bir arada bloq yazısında cəmlədim ki, foruma qədər məlumatlı olaq, suallarımızı indidən hazırlayaq. Hesab edirəm ki, bu yazıdan sonra foruma gəlmək istəyən daha çox olacaq.

Sonda bir daha xatırladıram ki, bizim panel forumun ikinci günü, yəni 27 may nahardan sonra başlayacaq. Gəlin, faydalı olacaq. Nə varsa, xırda-xuruş alverdə, yəni bizim paneldə var 🙂

Facebook Comments

Editor review

Summary

Gəlin, faydalı olacaq. Nə varsa, xırda-xuruş alverdə, yəni bizim paneldə var :)

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

12 dəfə keçirilmiş Marketinq AIR məzunları təhlili

Bu ilin martında 12-ci Marketing AIR praktiki marketinq təlimlərini başa vurduq. 2012-ci ildə Anar Bayramov, İlkin Manafov və mənim iştirakımla böyük həyəcan və istəklə yaratdığımız Marketing AIR-in bugün düz 490

Tədbirlər 0 Comments

Marketerlərin iftar görüşü – “Marketinq Ramazannaməsi” niyə vacibdir?

Yaxın dostlar bilir ki, biz bununla artıq 4-cü ildir ki, davamlı olaraq marketoloqlar, reklamçılar və bu sahə ilə əlaqəli olanlar yığışırıq. Facemark.az-ın fb səhifəsində əvvəlki görüşlərin şəkillərini görə bilərsiniz.  Bu

Tədbirlər 0 Comments

“Marketinq Parti-Marti”yə saatlar qalır. Bizi nələr gözləyir?!

Əziz dostlarımız və marketinq azərbaycan qrupunun üzvləri. Bildiyiniz kimi bizim bu gün “Marketinq Parti-Marti” adını verdiyimiz görüşümüz var. Görüşə saatlar qalır, bu bloqu yazaraq qısa da olsa, Sizə bəzi vacib

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın